Azərbaycan Dövlət İnformasiya Agentliyi

ATU-nun şəhid məzunlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub VİDEO

Bakı, 21 aprel, AZƏRTAC

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) şəhid məzunların xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı olub.

Tədbiri ATU-nun Hərbi tibb fakültəsinin rəisinin baş köməkçisi, mayor Yaqub Qasımov açaraq mərasim iştirakçılarını salamlayıb.

AZƏRTAC bildirir ki, universitetin rektoru, professor Gəray Gəraybəyli çıxış edərək, 2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsini tariximizin ən parlaq səhifəsi, hamımızın qürur mənbəyi kimi dəyərləndirib: “Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya öz gücünü və mübarizliyini göstərdi. Həmin günlərdə Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər Sərkərdə kimi deyil, həm də diplomatik cəbhədə olduqca uğurlu fəaliyyət nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gəldi.

44 gündə Azərbaycan Ordusu bütün dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri təkcə tanklarla, toplarla deyil, həm də ağılla və sarsılmaz inamla qazanmaq olar”.

Döyüşlərin iki cəbhədə getdiyini xatırladan rektor, həm düşmənlə üz-üzə aparılan ön cəbhədəki, həm də yaralıların həyatını xilas etmək uğrunda həkimlərin apardığı döyüşlərdən söhbət açıb. Həkimlərimizin bu müharibənin hər iki cəbhəsində qalib olmağı bacardıqlarını qürur hissi ilə yada salıb: “Təəssüf ki, itkilərimiz də az olmadı. Azərbaycanın 3 minə yaxın igid oğlu torpaqlarımızın azadlığı uğrunda canını qurban verərək şəhidlik zirvəsinə yüksəldi, minlərlə hərbçimiz yaralandı. Tibb işçilərindən 159 nəfər yaralandı, 42 nəfər isə xidməti vəzifələrini yerinə yetirərkən qəhrəmancasına şəhid oldu. Onlardan 9-u həkim, 7-si feldşer, 26-sı sanitardır. Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışova da tibb işçisi idi. Vətən müharibəsində hərbi tibb personalı öz vəzifə borcunu layiqincə yerinə yetirdi”.

Professor G.Gəraybəyli döyüş meydanında qəhrəmanlıq göstərən tibb xidməti işçilərinin əksəriyyətinin ATU-nun yetirmələri olduğunu vurğulayıb: “Bu gün universitetimizin şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün hazırladığımız bu abidənin yenidənqurma işlərindən sonra açılışına toplaşmışıq. Azərbaycan Tibb Universitetinin 18 şəhidinin adları burada əbədi həkk olunub.

İllər ötəcək, nəsillər dəyişəcək, amma Azərbaycan xalqı heç zaman öz qəhrəmanlarını unutmayacaq! Bu abidə də universitetimizin çoxminli müəllim-tələbə heyətinə şəhid məzunlarımızı hər gün xatırladacaq.

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bu nəcib addıma görə Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyliyə və universitetin rəhbərliyinə təşəkkürünü bildirib. Üzərində qəhrəman övladlarımızın adları həkk olunmuş bu abidənin universitet tələbələri, professor-müəllim heyəti üçün müqəddəs ziyarətgah yeri olacağını vurğulayıb. “Şəhidlər ölmür, onların müqəddəs ruhu yaşayır”, - deyən icra başçısı bütün şəhid ailələrinin qürurla, başı uca gəzmək haqqı olduğunu bildirib: “Biz bu gün həm də ona görə qürurluyuq ki, artıq bu abidənin önündə qəhrəman xalq olduğumuzu bir daha dərk edirik. Vətən müharibəsinə qədər - torpaqlarımızın 20 faizini erməni terrorçuları işğal etdiyindən, belə abidələrin qarşısında nisgilli idik. Eyni zamanda, ulu öndərimiz Heydər Əliyevin işğal altında qalan torpaqlarımızın azad olacağı barədə dəfələrlə verdiyi bəyanatları eşidirdik. Ali Baş Komandanımız, böyük Sərkərdəmiz İlham Əliyev beynəlxalq tribunalardan Qarabağa qayıdacağımızı bütün dünyaya çatdırırdı. Nəhayət, xalqımız Prezidentin və Ordunun ətrafında birləşərək böyük Qələbə qazandı. Bu gün o müqəddəs torpaqlarımızda azan səsini, Dövlət Himnimizi eşitmək, üçrəngli bayrağımızın dalğalandığını görmək böyük fəxarətdir”.

Abidənin açılış mərasimində çıxış edən kapitan Şöhrət Qasımovun həyat yoldaşı Türkan Qasımzadə də öz ailəsi və bütün şəhid ailələri adından şəhid həkimlərin xatirəsini əbədiləşdirdiyi üçün Azərbaycan Tibb Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib. O, Azərbaycanın 44 günlük müharibəni şəhidlərimizin canı bahasına şanlı Zəfərlə başa vurduğunu deyib: “Bizim qəhrəman həkimlərimiz də bir əlində tibbi yardım çantası, bir əlində silah vuruşdular. Bu gün onların yoxluğu ilə barışmaq çətindir, ancaq xalqımızın şəhidlərə verdiyi dəyəri görmək biz şəhid ailələrinə böyük təsəllidir. Şəhidlərimizin milli ruhda tərbiyə olunmasında təbii ki, buradakı müəllimlərin də rolu böyükdür. Mən onlara da bu çətin və şərəfli yolda uğurlar arzulayıram. İnanıram ki, bundan sonra da gənclərimizi məhz vətənpərvər ruhda tərbiyə edəcək, qəhrəman şəhidlərimizi onlara tanıdacaqlar. Bütün şəhidlərimizin ruhu şad olsun”.

Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr, şəhid ailələrinin üzvləri iştirak ediblər. Şəhid məzunların adları həkk olunmuş abidənin önünə tər güllər düzülüb.

ATU-nun şəhid məzunlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək