21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatı üçün heyəti müəyyənləşib
Bakı, 26 avqust, AZƏRTAC
Avqustun 31-də 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, yığmamız səfərdə İsrail komandası ilə qarşılaşacaq. Oyuna hazırlıq məqsədilə avqustun 27-dən etibarən təlim-məşq toplanışına başlayacaq yığmamızın heyəti müəyyənləşib.
İyirmi iki futbolçunun çağırıldığı heyətdə Fəhmin Muradbəyli, Elnur Cəfərov (hər ikisi “Neftçi”), Eltun Turabov, Elgün Uluxanov (hər ikisi “Qarabağ”), Xəyal Nəcəfov, Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə (hamısı “Sumqayıt”), Yusif Nəbiyev (“Zirə”), Oleq Hüseynov, Taşkın Sertan, Vüqar Həsənov, Əlibəy Məmmədli (dördü də “İnter”), Qismət Alıyev (“Qəbələ”), İlkin Sadıqov, İlyas Səfərzadə (hər ikisi “Kəpəz”), Aydın Bayramov (MOİK), Əmirhüseyn Nəcəfi (“Səbail”), Alen Askerov (“NK Novigrad”, Xorvatiya), Onur Albayrak (“Hobro IK”, Danimarka), Ozan Can Kokcu (“Bursaspor”, Türkiyə), Serkan Baloğlu (“Ştutqart”, Almaniya), Mustafa Özhitay (“SSV Ulm 1846”, Almaniya) yer alıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]
Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək
- 28.09.2026 [12:39]