CƏMİYYƏT
Məişət zorakılığından zərər çəkənlərin sosial dəstək üçün etimad ünvanı – yeni videoçarx VİDEO
Bakı, 27 iyul, AZƏRTAC
Yaxınlarından, birgə yaşadığı şəxslərdən şiddət və zorakılıq görən insan çətin məqamında sosial dəstək üçün etimad göstərib müraciət edə biləcəyi ünvanı axtarır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində bir il əvvəl yaradılan şöbə - Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsi onlar üçün etimad ünvanıdır.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, burada reabilitasiya olunan şəxslər müasir standartlara uyğun şəraitdə sosial xidmətlərlə, sosial-hüquqi və psixoloji dəstəklə əhatə olunurlar. Hazırda şöbədə 45 şəxsin reabilitasiyası işləri aparılır.
Məişət zorakılığı ilə üzləşən şəxslər agentliyin 116 - 123 “Qayğı” Çağrı mərkəzinə zəng edərək müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]