REGİONLAR
İsmayıllıda "KİA" markalı iki avtomobil toqquşub, ölən və yaralanan var VİDEO
İsmayıllı, 31 iyul, AZƏRTAC
İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 10:00 radələrində Muğanlı-İsmayıllı yolunun Talıstan kəndi ərazisində olub. Belə ki, hərəkətdə olan "KİA" markalı minik avtomobili qarşı tərəfdən gələn eyni markalı maşınla toqquşub. Hadisə zamanı sürücülərdən biri - Bakı sakini 1985-ci il təvəllüdlü Ruslan Vaqif oğlu Hacıyev aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb. Həmin avtomobilin sərnişini - Cülyan kənd sakini 1999-cu il təvəllüdlü Həsən Müşfiq oğlu Hüseynov isə xəsarət alıb. Yaralı İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən hadisənin başvermə səbəbi araşdırılır.