Ağalı sakini: 29 illik həsrətə son qoyulduğu üçün sevincliyəm VİDEO
Bakı, 10 sentyabr, Elmir Səftərov, AZƏRTAC
Mənim oğlum Birinci Qarabağ müharibəsində şəhid olub. Biz isə 1993-cü ildən köçkünlük həyatı yaşayırıq.
Bu fikriləri AZƏRTAC-a müsahibəsində Ağalı kənd sakini Təkcə Əliyev söyləyib.
“Mən Zəngilandan çıxanda 44 yaşım var idi, o vaxtdan bəri torpaq həsrəti ilə yaşayıram. 29 ildir ki, öz doğma yurdumdan uzaq idim. Bu gün isə uzun həsrətdən sonra arzularıma çatıram”, - deyə T.Əliyev vurğulayıb.
O deyib: “Ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Dövlətimiz bizim yanımızda olduğu kimi, biz də ölkəmizi, onun başçısını hər zaman dəstəkləyəcəyik”.