MƏDƏNİYYƏT


Bələdiyyə sədri: 2023-cü ildə türk dünyası mədəniyyət paytaxtının Şuşa olması əbədi yaddaşlarda qalacaq VİDEO

Bursa, 3 oktyabr, AZƏRTAC

Dördüncü Dünya Köçəri Oyunlarının yüksək nəticələrindən çox məmnunuq. Buradakı əzəmət bir daha göstərdi ki, türk xalqları bir yerdə olanda həyata keçirə bilmədikləri iş yoxdur. Azərbaycanı, türk dünyasını Bursada, İznik gölünün sahillərində qarşılamaqdan çox məmnun olduq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Bursa vilayətinin İznik rayon bələdiyyəsinin sədri Kağan Mehmet Usta ifadə edib.

Azərbaycan-Türkiyə qardaşlığının, türk dünyası birliyinin inkişaf etdirilməsinin vacibliyini mənəvi borc kimi dəyərləndirən İznik bələdiyyəsinin sədri bildirib ki, Bursanın türk dünyası mədəniyyət paytaxtı estafetini 2023-cü ildə Şuşa şəhərinə verməsi Qarabağ zəfərindən sonra atılan tarixi addımlardan biri kimi əbədi olaraq yaddaşlarda qalacaq.

Xatırladaq ki, oktyabrın 2-də təntənəli bağlanış mərasimi ilə başa çatan bu oyunlarda dörd gün ərzində 102 ölkədən 3 mindən yuxarı idmançı çempionluq uğrunda mübarizə aparıb, idman kəndində ölkələrin və xalqların mədəniyyət nümunələri tərənnüm olunub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Bursa 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.