Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ağdamda seçilən düzgün və aldadıcı taktika bölmələrimizin cinahlardan irəliləməsinə imkan yaratdı VİDEO

Erməni vandalizminin qurbanına çevrilən, Qafqazın “Xirosiması” adlandırılan Ağdam xilas ediləcəyi günü səbirsizliklə gözləyirdi

Ağdam, 20 noyabr, Göyçək Mahmudlu, AZƏRTAC

Azərbaycanın tarixinin təqvimində qırmızı ilə yazılmış daha bir təqvim var: 20 noyabr. Həmin tarix Ağdamın Azərbaycan Ordusunun nəzarətinə keçdiyi gündür.

2020-ci ilin sentyabrın 27-də başlanan əks-hücum əməliyyatına düşmən cəmi 44 gün tab gətirə bildi. Hər gün ərazi bütövlüyümüzün kəndbəkənd bərpa olunduğu xəritə 44 gün ərzində tamamlandı. Otuz il ərzində ağır istehkamlar quran, özlərini qalib adlandıran və “yenilməzlik” donuna bürünən Ermənistan ordusunun uydurmaları 2020-ci ilin payızında Azərbaycan əsgərinin şücaəti sayəsində puça çıxdı. Ordumuz hər bir cəhətdən onlardan üstün idi. Əsas fərqimiz isə doğma torpaqlarımız naminə vuruşmağımız idi. Uzun illər öz sakinlərinə həsrət qalan, düşmən barbarlığının qurbanına çevrilən həmin torpaqlar xilas olacağı günü səbirsizliklə gözləyirdi. Həmin gün yetişəndə isə torpaq da, daş da, ağac da təbiət də - hər şey doğma insanlarına güc verdi. Bu savaşda canlı, cansız, mücərrəd olan nə varsa - hər şey bizim tərəfimizdə idi. Xeyirlə Şərin mübarizəsində İlahi ədalət gec də olsa bərpa olundu. Biz haqqımız olanı 44 gün ərzində nəinki düşmənə, onun havadarlarına qarşı bütün cəbhələrdə döyüşərək aldıq. Xalq-ordu-iqtidar birliyi dəmir yumruq kimi qarşısındakı bütün maneələri əzə-əzə irəlilədi. Bu müqəddəs yolda canımızdan canlar getdi, ən dəyərlilərimizi qurban verdik, lakin amalımıza çatdıq: biz adımıza layiq Zəfər qazandıq. Biz tarixi missiyamızı 44 günə yekunlaşdırdıq... Düşmən dizlərini yerə qoyaraq kapitulyasiya aktına imza atmalı oldu. Nəticədə Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan azad edildi.

2020-ci il noyabrın 20-də Ağdamda Zəfər Günəşi doğdu

Azərbaycanın hərbi-siyasi qələbəsinin təsdiqi olan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusu əvvəlcə Ağdam rayonuna daxil oldu. 27 il ərzində ermənilərin hər cür vandallığına məruz qalan, daşı-daş üstündə qalmayan, Qafqazın “Xirosiması” adlandırılan Ağdama 2020-ci ilin payızında doğma insanlarının hənirtisi ilə erkən bahar gəldi. Rəşadətli Azərbaycan Ordusu Ağdama girişi ilə nəinki düşməni, hətta neçə illərdir rayonu Günəşə həsrət qoyan qara buludları da qovdu. 2020-ci il noyabrın 20-də Ağdamda Zəfər Günəşi doğdu.

Düşmən nə qədər özünü məğlubedilməz olduğu barədə yalana inandırmağa çalışsa da, bu mümkün olmamışdı. Onlar bilirdilər ki, bir gün qorxduqları başlarına gələcək. Bunu naxələflərin işğal dövründə torpaqlarımıza qarşı törətdikləri vəhşiliklər də sübut edir. Barbarlar canlı-cansız nə varsa, hamısına qıyıblar, bizə olan nifrətlərinin heyfini daşdan, ağacdan, çaydan çıxıblar.

Əbəs yerə Ağdama “ruhlar şəhəri” deyilmirdi. Otuz il ərzində şəhərin öldürülən ruhu, xarabaya döndərilən kəndləri insanı vahiməyə salırdı. Təbiətə tutulan divan görənləri dəhşətə gətirirdi. Lakin 2020-ci il noyabrın 20-dən Ağdama yeni can, yeni nəfəs gəldi. Bütün təhlükələrə, risklərə baxmayaraq, rayonun azad edilməsindən cəmi üç gün sonra - 2020-ci il noyabrın 23-də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində oldular. Dövlətimizin başçısının Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırması görüntülərini milyonlarla azərbaycanlı fəxr və böyük sevinclə izlədi. Həmin gün dövlətimizin başçısı çıxışı zamanı Ağdamın bərpa olunacağını bütün dünyaya duyurdu: “... Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik”.

AZƏRTAC-ın müxbiri Vətən müharibəsi dövründə Ağdam istiqamətində aparılan əməliyyatlarda iştirak edən və hazırda xidmətini həmin rayonda davam etdirən hərbi qulluqçularla həmsöhbət olub. İki il ötməsinə baxmayaraq, hərbçilərimiz hələ də o günləri böyük qürur və fərəhlə xatırlayır, bu torpaqlarda xidmət göstərməkdən fəxr etdiklərini deyirlər.

Düşmən manevrlərimizə aldanaraq boşluqlara yol verdi ki, ordumuz bundan layiqincə yararlandı

Vətən müharibəsi iştirakçısı mayor Nicat Tağıyev deyib: “Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Vətən müharibəsi nəticəsində xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. Bu gün fəxr edirik ki, azad olunmuş Ağdam torpağında xidmət edir, döyüş növbətçiliyini təşkil edirik”.

Ağdamda müdafiə döyüşündə iştirak etmiş baş leytenant Əlisgəndər Qurbanovun sözlərinə görə, 44 günlük Vətən müharibəsi dövründə tabe olduğu bölüyün döyüş zolağı Ağdam istiqaməti olub: “Mən Ağdamda müdafiə döyüşündə iştirak etmişəm. Bura vaxtilə müharibə ərəfəsində ermənilərin hava hücumundan müdafiə sisteminin olduğu yüksəklikdir. Onlar ərazidə hava hücumundan müdafiə qurğularını yerləşdirərək öz bölmələrini müdafiə edirdilər. Biz də onların yerini qabaqcadan aşkar edərək lazım olan artilleriya vasitələri ilə zərərsizləşdirdik. Əraziyə baxsaq, ümumiyyətlə strateji yüksəkliyə düşmən hakim idi. Biz isə sırf düşmənin ön xəttinin qarşısında düzəngahda yerləşmişdik. Məqsədimiz düşməni bu zolaqda aldatmaq, onların fikrini üzərimizə tam çəkmək, ordumuzun irəliləməsi üçün digər cinahlarda boşluqlar yaratmaq idi. Biz bunu bacardıq, düşmənin lazım olan güc-qüvvəsini öz üzərimizə, Ağdam zolağına çəkdikdən sonra müdafiə döyüşünə başladıq. Bu zaman onların say nisbəti bizim ordunun bölmələrinin say nisbətindən daha çox idi. Buna baxmayaraq, lazım olan artilleriya, tank atışları, manevrlər edərək düşmənin bu zolaqda diqqətini üzərimizə çəkərək digər cinahlarda boşluq yaratmağa məcbur etdik. Düşmən manevrlərimizə aldanaraq boşluqlara yol verdi ki, bundan da layiqincə yararlandıq. Ağdam rayonuna daxil olarkən əvvəlcə rayonda düşmənin hansı ön xətdə yerləşdiyi, necə möhkəmləndiyi, bizimlə döyüşü hansı zolaqdan apardığını öyrəndik. Məlum oldu ki, onlar sırf yeddi valdan ibarət ön xətdəki ərazidə yerləşmişdilər. Həmin ön xətlər vallar arasındakı minalanmış ərazilər idi. Yüksəkliklərdə pulemyot və minaatanlar üçün uzunmüddətli atəş nöqtələri, “Faqot” kompleksinin mövqeləri var idi ki, bunlar da sırf onların ön xəttinin üzərində qurulmuşdu. Qələbə ordumuza çox yaraşır. Bir hərbçi kimi döyüş növbəsinin mütəşəkkil təşkil edilməsində iştirakımıza görə qürur duyuruq. Qarabağ Azərbaycandır!”.

Ağdamda aparılan yenidənqurma və bərpa işləri

İşğal dövründə Ağdamda 10 min kvadratkilometrdən çox ərazi Ermənistan tərəfindən dağıdılıb. Törədilən bu vandallıq aktları ucbatından cəhənnəmi xatırladan Ağdamın cənnətə çevrilməsi istiqamətində işlərə başlanılıb. Ötən iki ildə Ağdam şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Ərazisinin çox hissəsi minalı sahə olsa da, təmizləmə işləri aparıldıqca bərpa-quruculuq tədbirləri də gecikdirilmir. Bütün şəhərlər kimi, Ağdamın da baş planı aparıcı beynəlxalq şirkətlər tərəfindən artıq hazırlanıb və təsdiqlənib. Qeyd edək ki, 2021-ci il mayın 28-də Prezident İlham Əliyevə Ağdam şəhərinin baş planı təqdim olunub.

Ötən il mayın 28-də Prezident İlham Əliyev tərəfindən Ağdam şəhərinin bərpasının təməl daşı qoyulub. Bununla yanaşı, ötən iki il ərzində “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, Zəfər və İşğal muzeylərinin, Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpaolunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və xalça istehsalı müəssisələrinin, “Park Forest Otel Ağdam” mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməli qoyulub. Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcək. Bundan başqa, dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur. Eləcə də Ağdam şəhərində min yerlik məktəb tikilir.

Ağdamda Qarabağ xanlığının banisi Pənahəli Xanın Sarayının yerləşdiyi İmarət Kompleksinin bərpası işləri davam edir. Həmçinin, Ağdamda tamaşaçı tutumu 15 min nəfər olan və şəhərin geniş infrastruktura malik guşəsində yeni stadion inşa edilir.

Bu il oktyabrın 4-də dövlətimizin başçısı və birinci xanım Ağdam rayonunun Eyvazxanbəyli kəndindəki Atçılıq Nəsilartırma Mərkəzinin, Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, City Hotel Ağdam mehmanxanasının, keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı kəndinin təməlqoyma mərasimlərində, Xurşidbanu Natəvanın abidəsinin açılışında iştirak ediblər. Həmçinin Pənahəli Xanın Sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış olublar.

Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa-restavrasiya işləri aparılır. Tarixi-memarlıq abidələrinin bərpası, o cümlədən yaşıllıqların salınması işlərinə də diqqət ayrılır.

Həmçinin bu ilin oktyabrında Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib. Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən bu Forum şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlığın genişləndirilməsi baxımından nadir və uğurlu platforma olub.

İndi işğaldan azad olunmuş Ağdamda keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün dövlətimiz bütün potensialını səfərbər edib. İrimiqyaslı infrastruktur layihələri icra olunur.

Görülən işlər onu deməyə əsas verir ki, Ağdamın çal-çağırlı vaxtlarının geri dönməsinə çox müddət qalmayıb. Çox keçməyəcək ki, nəinki Ağdamda, azad edilmiş bütün ərazilərimizdə həyat yenidən qaynayacaq, körpələrin, uşaqların gülüş səsi illərdir torpaqlarımızın üzərinə çökmüş ölü sükutu pozacaq.

Ağdamda seçilən düzgün və aldadıcı taktika bölmələrimizin cinahlardan irəliləməsinə imkan yaratdı VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

Təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür