Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Həşimovun ən böyük arzusu... FOTOREPORTAJ VİDEO

Bakı, 14 dekabr, AZƏRTAC

Dekabrın 17-dən 24-dək Bakıda görkəmli şahmatçı, Avropa çempionu, beynəlxalq qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Vugar Gashimov Memorial-2022” superturniri keçiriləcək. 2014-cü ildən keçirilən turnirdə dünya şahmatının elitası mübarizə aparır.

Turnirin direktoru, Əməkdar məşqçi Anar Allahverdiyev yarışla bağlı AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Bu ay Vüqar Həşimovun xatirəsinə səkkizinci superturnir start götürəcək. Hər il bu yarış ölkəmizdə böyük səs-soraq doğurur, dünya ictimaiyyətinin diqqəti bu turnirə yönəlir. Turnirdə ənənəvi olaraq dünyanın ən güclü şahmatçıları mübarizə aparır. Bu il oyunçuların seçim konsepsiyasını bir az dəyişdik. Bu dəfə gənclərə üstünlük verdik. Artıq 4 ildir “Vüqar Həşimov” şahmat klubu fəaliyyət göstərir və avrokuboklarda iştirak edirik. Klub 2019-cu ildə yaradılanda əsas məqsədimiz gənc şahmatçıların komandaya cəlb olunması idi. Hansı ki, onlar əmsal və digər səbəblərə görə superturnirlərdə iştirak edə bilmirlər. Biz onlar üçün bu şansı yaradırıq. Bu, Vüqarın arzusu idi ki, gənc şahmatçılara kömək etsin. O, yeniyetmə şahmatçılar üçün paytaxtda və bölgələrdə bir neçə seminar keçirmişdi. Biz də bu ideyanın davamı kimi məhz gənc şahmatçılara önəm veririk. Bu il “Vüqar Həşimov” klubu Respublika Olimpiadasında təmsil olunub və bürünc mükafat əldə edib. Bu konsepsiyadan irəli gələrək turnirə daha çox gənc şahmatçı dəvət etdik”.

Vüqarın şahmata olan sevgisi ailədən gəlib

Vüqar Həşimovun bacısı Samirə Allahverdiyeva qardaşı ilə bağlı xatirələrini danışarkən deyib: “Vüqarın şahmata olan sevgisi ailədən gəlib. Atam övladlarına şahmata olan sevgisini aşılayıb. Vüqar 6 yaşından şahmatla məşğul olmağa başlayıb və demək olar ki, ilk müəllimi atam olub. Digər qardaşım Sərxan da həmin vaxtdan şahmatın sirlərini öyrənib. O vaxtdan şahmat bizim ailədə gündəlik həyat tərzinə çevrilmişdi.

Vüqarın turnirlərdən qələbə xəbərini almaq ailə üzvlərimizi, bir bacı kimi məni qürurlandırırdı. O, demək olar ki, iştirak etdiyi yarışlardan mükafatlar və fəxri diplomlarla qayıdırdı. 2009-cu ildə Serbiyanın Novı Sad şəhərində komandalar arasında Avropa çempionatı keçirilmişdi. Ölkəmiz həmin yarışda məhz Vüqarın 7 saat davam edən görüşünün sonunda qələbə qazanması ilə ilk dəfə Avropa çempionu oldu. Bu görüşün nəticəsindən asılı olaraq ilk üç yerin mükafatçıları bəlli olacaqdı. Vüqarın qələbəsi bütövlükdə Azərbaycana uğur gətirdi. Bu qələbəsi ilə o, bütün dünyaya səs salmış oldu. Bu qələbə və onun görüntüləri hamının yaddaşına həkk olunub. Çox sevindirici haldır ki, ilkə imzanı məhz mənim qardaşım atıb. Düzdür, şahmatçılarımız sonradan 2 dəfə yenidən Avropa çempionatında qızıl medal qazanıblar. Ancaq ilk çempionluq tam başqa və nailiyyətdə Vüqarın payı isə böyük idi”.

Dünya şahmat elitasının nümayəndələri “Vugar Gashimov Memorial-2022”də

Turnirin iştirakçılarına toxunan Anar Allahverdiyev deyib: “Yarışa qatılacaq gənc şahmatçılar yetərincə güclü və dünya şahmatında xüsusi çəkiyə malik olan zəka sahibləridir. Belə ki, 12 yaşlı hindistanlı şahmatçı Qukeşin əmsalı 2700-dən artıqdır və top oyunçular sırasında yer alır. Bundan əlavə yerli şahmatçılarımız - “Aeroflot Open” turnirinin qalibi, 14 yaşadək şahmatçılar arasında dünya çempionu Aydın Süleymanlı, gənclər arasında qitə birinciliyinin qalibi Abdulla Qədimbəyli də turnirdə mübarizə aparacaqlar. Həmçinin dünya və Olimpiya çempionu, özbəkistanlı Nodirbek Abdusattorov da yarışacaq. Gənc şahmatçılarla yanaşı, yarışda təcrübəli Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Rumıniya təmsilçisi Riçard Rapport, ABŞ şahmatçısı Semuel Şenklend, ispaniyalı Valeho Pons və çinli Van Hao da mübarizə aparacaqlar və maraqlı sintez olacaq. Bütün şahmatsevərləri maraqlı və gərgin idman mübarizəsi ilə dolu yarış gözləyir. Yarışı izləməyə çox sayda tamaşaçı gələcək, həmçinin internet üzərində də izləmək mümkün olacaq”.

Vüqarın bir arzusu var idi...

Samirə Allahverdiyeva bildirib ki, Vüqarla bağlı xatirələri çoxdur. Düzü, mən Vüqarın yoxluğunu qəbul etmirəm. O, həmişə səfərlərdə, yarışlarda olduğu üçün sanki bizi gedişinə hazırlamışdı. Qardaşım olduğu üçün demirəm, çox möhtəşəm insan idi. Onu tanıyanlar arasında Vüqardan söhbət düşəndə hamının üzündə təbəssüm olur. Kövrək, ürəyiaçıq, hər bir insana qarşı fərdi münasibət göstərən biri idi. Uşaqlar Vüqarı çox sevirdi. O, heyvanlara da qayğı ilə yanaşırdı. Tez-tez zarafatlarımızı və oyunlarımızı xatırlayıram. Hamını bir araya toplamağa çalışırdı. Səsi-küyü çox sevirdi. Həmişə səfərdən qayıdandan sonra qohumlar, dostları ilə görüşürdü.

Vüqarın bir arzusu var idi, şahmat məktəbi açsın və idmanın bu növünün sirlərini uşaqlara aşılasın. Özü bu arzusuna çata bilməsə də, valideynləri onun bu istəyini reallaşdırdılar. Hazırda onun adını daşıyan iki akademiya fəaliyyət göstərir. Burada 300-dək şahmatçı tədris alır. Onların arasında mötəbər yarışlarda mükafatçılar sırasına düşən şahmatçılar var. Bu, bizi çox sevindirir. Çünki onlar hamısı Vüqarın adını yerli və beynəlxalq turnirlərdə layiqincə təmsil edirlər.

Akademiyaların birində Vüqar Həşimovun adına muzey də fəaliyyət göstərir. Orada Vüqarın qazandığı kuboklar, medallar və fəxri fərmanlar sərgilənir. Burada ona verilən xüsusi hədiyyələr və digər idman növlərinə olan marağından irəli gələn əşyaları da yer alır.

Qeyd edək ki, turnirdə 10 şahmatçı dairəvi sistem üzrə rapid və blits yarışlarında mübarizə aparacaq. Yarışın ilk 3 günündə rapid üzrə 9 tur oynanılacaq. Hər şahmatçı 1 gündə 3 turda gücünü sınayacaq. Birgünlük fasilədən sonra şahmatçılar bir-biri ilə 2 dəfə qarşılaşmaq şərti ilə blits üzrə ümumilikdə 18 turda güclərini sınayacaqlar. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə “Fairmont Baku” hotelində baş tutacaq.

Vüqar Həşimovun ən böyük arzusu... FOTOREPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı Natiq Əliyev: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb

Ağstafada müəllimlər arasında yarış olub

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL