Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edib VİDEO

Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edib VİDEO

Bakı, 28 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı qəbulda çıxış edib.

Prezident İlham Əliyevin
çıxışı

-Siz Laçın rayonunda Prezidentin xüsusi nümayəndəsi vəzifəsinə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir. Əminəm ki, siz bu etimadı doğruldacaqsınız.

Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir. Rayonun çox böyük potensialı var. Əlbəttə ki, Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra Laçında rahat yaşamalıdırlar və Azərbaycan dövləti bunu təmin edəcək.

Laçın rayonu 28 il işğal altında idi və bu işğal dövründə rayonun, demək olar ki, bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilmişdir, ətraf mühitə böyük ziyan vurulmuşdur. Bütövlükdə bizim meşə fondumuzun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ermənilər tərəfindən məhv edilib, kəsilib, talanıb, satılıb. Onun böyük hissəsi Laçın rayonunda olan meşə fondudur.

İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparmışlar. Xaricdə yaşamış ermənilər həm Laçın şəhərinə, həm bir neçə kəndə gətirilmiş və orada yerləşdirilmişlər. Bu, bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. Əfsuslar olsun ki, Ermənistan dövləti bu hərbi cinayətə görə hələ də məsuliyyətə cəlb edilməmişdir.

Şuşanın işğalından bir neçə gün sonra Laçın rayonu da işğal edilmişdir. Bu, ölkəmiz üçün böyük faciə idi, laçınlılar üçün böyük faciə idi və bu, AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti idi. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi. Onlar bunu belə qiymətləndirirdilər - hesab edirdilər ki, əgər Azərbaycan xalqı böyük bir sarsıntı keçirərsə, onlar üçün əlavə şanslar yaranacaq. Əfsuslar olsun ki, belə də oldu. Şuşanın, ondan sonra Laçının işğal altına düşməsi Azərbaycanda çox ciddi siyasi böhrana səbəb olmuşdur. Bu imkandan, fürsətdən istifadə edərək AXC-Müsavat xəyanətkar cütlüyü Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etmişdir və bu, daha böyük faciələrə yol açdı. Ondan bir il keçməmiş - 1993-cü ilin aprelində Kəlbəcər işğal altına düşdü və beləliklə, ovaxtkı - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan ərazisi arasında coğrafi bağlantı yaradılmışdır və əlbəttə ki, Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas şərti olmuşdur.

Biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq. İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və biz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik. Güləbird və digər bir neçə kənd döyüş meydanında azad edilmişdir, biz Laçın-Xankəndi yoluna çıxmışdıq. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxarmışdır. Vaxtilə “Qarabağ Ermənistandır” deyən Ermənistan rəhbərliyi öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur və 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktı Ermənistan tərəfindən imzalandı. Laçın rayonunun digər hissəsi - ən böyük hissə artıq siyasi yollarla azad edilmişdir. Bu, bizim böyük tarixi Zəfərimizdir.

Xüsusilə bildirməliyəm ki, uzun illər aparılmış danışıqlar əsnasında hər zaman vasitəçilər Laçın rayonuna hansısa xüsusi bir yanaşma sərgiləyirdilər və Ermənistan bütövlükdə Laçın rayonunun Azərbaycana qaytarılmasını qəbuledilməz sayırdı. Halbuki onlar digər rayonlardan da çıxmaq fikrində deyildilər. İndi - müharibədən iki il yarım keçəndən sonra bu, hər kəsə daha aydın oldu. Beynəlxalq vasitəçilər - ATƏT-in ovaxtkı Minsk qrupu danışıqların aparılması ilə faktiki olaraq bu işğalı möhkəmləndirməyə çalışırdılar. İndi hər şey aydın oldu - Fransanın Azərbaycana bu ədalətsiz və mənfi münasibəti təsadüfi deyil. Sadəcə olaraq, işğal dövründə bunu müəyyən dərəcədə pərdələmək istəyirdilər, sadəcə olaraq, bizi çaşdırmaq istəyirdilər. Amma baxın, müharibədən - İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində bizə qarşı hansı çirkin əməllər törədilir, hansı əsassız ittihamlar irəli sürülür. Yəni, bütün bunlar göz qabağındadır, o cümlədən Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bir sıra qətnamə yenə də ermənipərəst, rüşvətxor və anti-Azərbaycan qruplaşmanın məhsuludur və burada aparıcı rolu Fransa deputatları oynayır. İşğal dövründə də biz bunu təbii ki, hiss edirdik, amma bu dərəcədə yox. Təsəvvür edə bilməzdik ki, ölkələr bu dərəcədə riyakar, yalançı ola bilərlər. Adamın üzünə baxıb bir söz deyə, arxada başqa iş görə bilərlər.

Yəni, bu iki il yarım müddət ərzində bütün dünya bir daha hər şeyi gördü. Eyni zamanda, anti-Azərbaycan qüvvələr bizim əyilməz iradəmizi gördü. Heç kim bizim iradəmizə təsir edə bilməz. Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz. Biz bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etmişik, müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etmişik. Onları məğlub etmişik və bir daha bütün dünyaya göstərmişik ki, biz istədiyimizə nail oluruq və olacağıq.

Beləliklə, Laçın rayonunun tarixçəsi, əlbəttə ki, bir çox hallarda ibrət olmalıdır. Bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması bizim üçün əsas vəzifələrdən biridir. Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri, demək olar ki, başa çatmaq üzrədir. Heç vaxt tarixdə olmayan yollar salınıb, Laçın və Kəlbəcər rayonlarında 100 kilometrlərlə ölçülən kəndlərarası yollar, eyni zamanda, hərbi mövqelərə gedən yollar salınıbdır. Beləliklə, bu gün biz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olmuşuq və bu mövqelərdə özümüzü gücləndiririk, bu mövqelərdə qalacağıq. Əlbəttə ki, Laçın rayonunun təhlükəsizliyi ilə bağlı başqa addımlar da atılır, tədbirlər görülür və bu tədbirlər imkan verir ki, oraya qayıdacaq soydaşlarımız rahat, təhlükəsizlik şəraitində yaşasınlar.

İkinci Qarabağ müharibəsi başa çatanda rayon bizim nəzarətimizə keçsə də, Laçın şəhəri nəzarətimizdən kənarda idi. Bunun obyektiv səbəbləri var idi. Çünki Ermənistandan Qarabağa gedən yol Laçın şəhərinin ortasından keçirdi. 2020-ci il noyabrın 9-da Rusiya Prezidenti ilə gün ərzində apardığım bir çox saatlıq telefon danışıqları nəticəsində biz nail olduq ki, Laçın şəhərinin də Azərbaycana qaytarılması şərtləndirilsin. Bu məqsədlə alternativ yolun çəkilişi mənim təkidimlə yekun Bəyanata salınmışdır və müddət göstərilmişdir. Amma bu, bir qədər qeyri-müəyyən ifadələrlə göstərilmişdir ki, üç il ərzində bu məsələ ilə bağlı müzakirələr aparılacaq. Ancaq İkinci Qarabağ müharibəsi başa çatan kimi mən dərhal göstəriş verdim ki, yeni yolun marşrutu və bütün texniki parametrləri müəyyən edilsin. Biz bu işə tezliklə başlamışıq və bunu bir il yarım ərzində həll etmişik. Yəni, Laçın şəhərindən yan keçən yeni yol çəkildi və keçən il avqustun əvvəlində, daha doğrusu, avqustun 2-də yol istismara hazır idi. Biz Rusiya sülhməramlı qüvvələrinin komandanlığına xəbər göndərmişdik ki, artıq onlar öz postlarını ovaxtkı marşrutdan çıxarıb yeni yola keçirsinlər və avqustun 5-nə qədər biz Laçın şəhərinə, Zabux və Sus kəndlərinə girməliyik. O vaxt bizim nümayəndələrimizlə təmasda olan Qarabağ ermənilərinin nümayəndələri bizdən xahiş etmişdilər ki, vaxt verin, biz avqustun 25-nə qədər özümüz bu məsələləri həll edərik, orada qanunsuz məskunlaşmış erməniləri Laçın şəhərindən, Zabux və Sus kəndlərindən çıxaracağıq və beləliklə, məsələ rahat şəkildə öz həllini tapa bilər. Mən buna etiraz etmədim, yəni 20 gün o qədər də böyük fərq etmir. Beləliklə, Laçın şəhərində, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşmış bütün ermənilər aparılan işlər nəticəsində avqustun 25-də oradan çıxarılmışdır. Avqustun 26-da biz Zabux, Sus kəndlərinə və Laçın şəhərinə qayıtmışıq. Ondan sonra mən Laçın şəhərinə səfər etdim, Azərbaycan Bayrağını şəhərin mərkəzində qaldırdım və bəyan etdim ki, biz artıq bu doğma diyarımızda əbədi yaşayacağıq.

Ondan dərhal sonra göstəriş verildi ki, biz vaxt itirmədən Laçın şəhərinin yenidən qurulması prosesinə start verək. Artıq iki ildən çoxdur ki, Laçın rayonunun yenidən bərpası ilə bağlı işlər aparılır, bir çox işlər görülüb. Bildiyiniz kimi, Laçın rayonunda beynəlxalq hava limanı inşa edilir. O bölgədə heç vaxt hava limanı olmamışdır və hava limanının yerini müəyyən edərkən böyük çətinliklərlə üzləşmişdik. Çünki orada uçuş-enmə zolağının inşası üçün düz yer tapmaq mümkün olmadı. Biz dağları kəsərək və böyük torpaq işlərini həyata keçirərək bütün dağlıq ərazilərdə, dağlarla əhatə olunan ərazilərdə beynəlxalq hava limanı inşa edirik. Yəqin ki, gələn ilin sonunda, ya da 2025-ci ilin əvvəllərində hava limanı istismara veriləcək.

Kəlbəcər-Laçın yolunun yenidən qurulması prosesinə start verildi. Mən özüm Kəlbəcərdən Laçına maşınla getmişəm, məsafə o qədər uzun olmasa da, bu yol həddindən artıq çətin və təhlükəlidir, indiki yoldan istifadə etmək, demək olar ki, qeyri-mümkündür. Sovet vaxtında o bölgələrdə yaşamış insanlar da yaxşı xatırlayırlar ki, o yol çox çətin idi, bir çox hallarda bu, serpantin yoldur və çox təhlükəli idi. Ona görə biz bu yolu yenidən qururuq, bir çox tunellər inşa ediləcək. Ümumiyyətlə, Kəlbəcər və Laçın rayonlarında bizim ən çox tunellərimiz məhz o bölgədədir və Murov dağının altından keçən tunelin uzunluğu təxminən 12 kilometr olacaq. Beləliklə, biz Göygöl rayonundan da Şərqi Zəngəzura yol açırıq. Eyni zamanda, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir.

Yəni, müharibə başa çatan kimi Laçın rayonunun yenidən qurulması ilə bağlı işlərə start verilmişdir. Amma Laçın şəhərinin yenidən qurulması keçən ilin avqustun 26-dan bu yana icra edilir. Sizə və Azərbaycan ictimaiyyətinə bildirmək istəyirəm ki, birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Mənim göstərişimlə bütün bu işləri biz bu ilin sonuna qədər başa çatdırmalıyıq, bu, sadəcə, birinci mərhələ olacaq. Bu evlərin sayı göstərir ki, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar.

Eyni zamanda, Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcək. Məscidin təməlini də mən Laçında olarkən özüm şəxsən qoydum və çox gözəl yerdə bizim dini məbədimiz yaxın gələcəkdə inşa ediləcəkdir.

Bununla paralel olaraq, Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə start vermişik. Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcək. Xaricdə yaşayan ermənilər Zabux kəndində, yenə də deyirəm, o cinayəti törədən Ermənistan dövləti ilə birlikdə bir kənd salmışdılar, evlər tikmişdilər. O evlərdə indi bizim hərbi birləşmələrimizin şəxsi heyəti yerləşir. Ancaq Zabux kəndinin sakinləri üçün tamamilə yeni kənd salınır.

Bununla yanaşı, bildirməliyəm ki, Güləbird və Qorçu kəndlərinin Baş planı mənim tərəfimdən təsdiqləndi. Birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 insanın yerləşməsi nəzərdə tutulur. Yəni, gətirdiyim bütün bu rəqəmləri nəzərə alaraq, hər kəs görə bilər ki, yaxın gələcəkdə - bu il və gələn il biz Laçın rayonuna təqribən 10 minə yaxın, bəlkə də çox keçmiş köçkünü yerləşdirəcəyik.

Onu da bildirməliyəm ki, Laçın şəhərinin bütün infrastrukturu yenidən qurulur - su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, yollar, Laçın şəhərinin bütün daxili yolları yenidən qurulur. Daxili yolların uzunluğu təqribən 50 kilometrdən çoxdur. Laçın şəhərinin memarlıq üslubu da göz oxşayır. Yəni, bu, nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək,- nəzərə alsaq ki, Laçının çox füsunkar təbiəti - meşələri, dağları, çayları var,- bu, bir cənnət məkan olacaqdır. Bax, biz bu işləri görürük və bu, görülən işlərin, sadəcə, bir hissəsidir. Biz azad edilmiş bütün torpaqlarda indi genişmiqyaslı quruculuq işləri aparırıq və bu işləri öz hesabımıza görürük və görəcəyik.

Siz mənim xüsusi nümayəndəm kimi artıq dərhal işə başlamalısınız, bütün bu işlərə rəhbərlik etməlisiniz. İnfrastruktur layihələri, əlbəttə ki, mərkəzi icra orqanları tərəfindən icra edilir. Eyni zamanda, siz Laçın rayonunun gələcək inkişafı ilə bağlı, iş yerlərinin yaradılması ilə bağlı, vətəndaşların rahat yaşaması ilə bağlı konkret əlavə təkliflər verməlisiniz. Çünki biz çalışırıq ki, azad edilmiş bütün rayonlarda işlər paralel surətdə getsin. Ona görə, məsələn, hər rayonda 3-4 kəndin birinci mərhələdə qurulması nəzərdə tutulur, eyni zamanda, əlbəttə ki, şəhərlər də daxil olmaq şərti ilə. Ancaq, məsələn, söhbət Laçın rayonundan gedirsə, Laçın rayonunda birinci mərhələdə qurulacaq bütün kəndlərin adları təsdiqləndi və biz birinci mərhələdə bəzi yerlərdə bir neçə kəndin sakinlərini bir yerə cəmləşdirəcəyik. Çünki bu, həm onların yaşaması, eyni zamanda, nəqliyyat-logistika məsələlərinin həlli üçün daha əlverişlidir. Bizim bütövlükdə təkcə Qarabağda, Şərqi Zəngəzurda deyil, digər bölgələrimizdə də dağ rayonlarında kəndlər bir-birindən aralı yerləşirdi və bu, bir çox hallarda insanların rahat yaşamasına o qədər də imkan vermirdi. Yəni, bu, ənənəvi olaraq belə qurulmuşdur. Əlbəttə ki, azad edilmiş torpaqlarda indi və gələcəkdə hər bir kənd bərpa ediləcək. Ancaq Azərbaycan dövləti öz üzərinə düşən vəzifəni bunda görür ki, biz yaxında yerləşən kəndlərin sakinlərini bir yerə yığıb onlar üçün gözəl şərait yaradaq. Yəni, biz şəhər tipli kəndlər quracağıq və mən qurulacaq bütün kəndlərin Baş planını təsdiqləmişəm. Eyni zamanda, kəndlərin xarici görkəmi də təsdiqlənib və yenə də deyirəm, həm rahat, həm də memarlıq nöqteyi-nəzərindən çox gözəl olacaq.

Əlbəttə ki, bundan sonra Laçın rayonunda ətraf mühitin qorunması birinci vəzifə olmalıdır. Biz keçmiş köçkünləri qaytaracağıq, infrastruktur yaradacağıq və orada iş yerləri yaradılacaq, çox gözəl imkanlar yaradılacaq. Ancaq qayıdacaq hər bir keçmiş məcburi köçkün özü də bilməlidir, siz də mənim nümayəndəm kimi bilməlisiniz, biz ətraf mühiti qorumalıyıq. Çünki ölkəmizin bəzi yerlərində ətraf mühitə böyük ziyan vurulur, qanunsuz işlər görülür, torpaqlar zəbt edilir, ağaclar kəsilir, yerində evlər tikilir, kənd təsərrüfatı təyinatlı torpaqlarda aidiyyəti olmayan obyektlər inşa edilir. Yəni, siz mənim nümayəndəm kimi və bütün vətəndaşlar bilməlidirlər ki, burada qayda-qanun var, özbaşına heç kim heç bir iş görə bilməz. Qaydalar nədir, qanunlar nədir, hər kəs ona əməl etməlidir. Torpaqların zəbt edilməsi, meşə fondunun məhv edilməsi və digər xoşagəlməz hallar olmamalıdır. Yəni, bu hallara dözümlülük sıfır dərəcəsində olmalıdır. Əminəm ki, öz dədə-baba torpaqlarına qayıdacaq bütün keçmiş köçkünlər, bax, bu amalla yaşayacaqlar. Dövlət orqanları onlara kömək etməlidir və nəzarət etməlidir ki, hər şey qayda-qanunla həll olunsun, tənzimlənsin.

Biz Laçın və Kəlbəcər rayonlarının su ehtiyatlarından istifadə edərək böyük bir enerji mənbəyi yaradacağıq. İndi Laçın, Kəlbəcər, Zəngilan və bir neçə digər rayonda Su Elektrik stansiyalarının tikintisi sürətlə gedir, biz 50 meqavatdan çox enerji alırıq. Birinci inşa edilən stansiya Güləbird kəndində olmuşdur, bu layihə həyata keçirilmişdir. Bütövlükdə isə qarşıya məqsəd qoyulmuşdur ki, azad edilmiş ərazilərdə bu ilin sonuna qədər su elektrik stansiyalarının gücü 200 meqavat olsun, gələcəkdə isə 500 meqavata çatmalıdır. Laçın və Kəlbəcər rayonlarında böyük külək enerji potensialı var.

Yəni, bütün bu işlər yoluna qoyulacaq. Yenə də deyirəm, dövlət öz üzərinə düşən vəzifəni icra edir. Demək olar ki, indi bu təyinatdan sonra azad edilmiş əksər rayonlarda mənim xüsusi nümayəndələrim artıq fəaliyyətə başlayacaqdır. Hələ təkcə Kəlbəcər rayonunda təyin edilməyib, bu da olacaq. Bu ərazilərdə, eyni zamanda, yeni idarəetmə üsulu da tətbiq edilməlidir və edilir. Gələcəkdə bu, yeni idarəetmə modeli kimi ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir. Yəni, bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Əminəm ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir. Bax, mənim tapşırıqlarım bundan ibarətdir, siz mənim etimadımı doğrultmalısınız.

x x x

Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov dedi: Möhtərəm cənab Prezident, mənə göstərdiyiniz yüksək etimada görə Sizə minnətdarlığımı bildirirəm. Qeyd etmək istəyirəm ki, azad edilmiş ərazilərə gedərək, orada erməni barbarları tərəfindən törədilmiş böyük dağıntıları görüb bir azərbaycanlı kimi dərin sarsıntı keçirməmək olmur. Buna baxmayaraq, eyni zamanda, mən həmin regionda aparılan böyük tikinti işlərinin şahidi oldum, gördüm ki, böyük əzmkarlıq var. Sizin rəhbərliyinizlə Azərbaycan xalqı həmin əraziləri tez bir zamanda bərpa etmək, oraya köçüb təzədən oraları inkişaf etdirmək əzmindədir.

Sizi əmin etmək istəyirəm ki, mənim qarşımda qoyulan bütün vəzifə və tapşırıqları vaxtında əzmkarlıqla həyata keçirmək üçün səy və gücümü əsirgəməyəcəyəm. Əsas odur ki, Azərbaycan dövlətinə və cənab Prezident, Sizə vicdanla, təmiz və dürüst xidmət etmək mənim üçün böyük şərəfdir. Təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edib VİDEO

“Gənc istedadlar” liseyinin şagirdi Avropa Riyaziyyat Kubokunda gümüş medal qazanıb

Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Lənkəranda güləş festivalı idmansevərləri bir araya gətirib

Paytaxtın bəzi yollarında sıxlıq müşahidə olunur

Vaşinqtonda keçirilən Trans-Xəzər Forumu Orta Dəhlizin artan strateji rolunu önə çıxarıb

Bu gün futbol üzrə dünya çempionatı start götürür

Finlandiya 15 yaşdan aşağılar üçün sosial media qadağasını nəzərdən keçirir

Çində partlayış nəticəsində 7 nəfər ölüb

Belçikada sosial mənzillərin bölgüsündə illərlə davam edən saxtakarlıq aşkarlanıb

ABŞ senatoru: Mərkəzi Asiyada və Qafqazda artan iqtisadi inteqrasiya birgə maraqlara xidmət edəcək

Trampdan xəbərdarlıq: Razılaşma olmazsa, İrana zərbələr davam edəcək

ABŞ ordusu İranda bir neçə hədəfə zərbələr endirdiyini açıqlayıb

Pit Heqset: ABŞ bu gecə İrana sərt hərbi zərbələr endirəcək

“Maritsa Səhnələri” festivalında Azərbaycanın zəngin mədəni irsi nümayiş etdirilib

Bakıda meditasiya və daxili harmoniya mövzusunda görüş: Sri-Sri Ravi Şankarın mesajları

Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik

Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Sri-Sri Ravi Şankar: Dünyadakı münaqişələrin bitməsinin yeganə çıxış yolu dialoqdur

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir -  EKSKLÜZİV VİDEO

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir - EKSKLÜZİV VİDEO

Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycanın lavanda rəngləri Bolqarıstanda “Soleil” beynəlxalq festivalında təqdim olunub

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Həsən Həsənov: İndiyədək azərbaycanlılarla macarları birləşdirən çoxlu sayda sözün qohumluğunu sübut edə bilmişəm

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb

Bu saata olan əsas xəbərlər

“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir