Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir – konfrans YENİLƏNİB-2 VİDEO

Bakı, 20 aprel, AZƏRTAC

Aprelin 20-də Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan-Türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda konfrans işə başlayıb. Tədbir çərçivəsində professor Kamran İmanovun “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan-Türk torpaqları olan Zəngəzur həqiqətləri” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov konfransın mövzusunun aktuallığından danışıb. O bildirib ki, builki tədbir dövlətimizin memarı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunur: “Tarixin hökmü tarixi şəxsiyyətlərin çətinliklər və problemlər barədə izahını yox, çətinliklər və problemlər üzərində qələbəsini tanıyır. Bu qələbəni biz bu gün yeniləşən və qüdrətlənən Azərbaycanda, ölkəmizin nüfuzunun artmasında görürük, dövlətimizin başçısı İlham Əliyevin son 20 ildə düşünülmüş və müasirləşdirilmiş davamçılıq siyasətinin nailiyyətlərində görürük, Azərbaycan xalqının Prezidentə olan dərin ehtiram və sevgi duyğularında görürük. Rəhbər şəxsə bu münasibəti məşhur kəlamın dili ilə ifadə etsək: “İnsanlar üzərində əsl hakimiyyət yalnız onlara xidmət etməklə əldə olunur”.

Bugünkü reallıqlar Ulu Öndərin qələbəsidir, xilaskarlıq missiyasından şanlı zəfər yolundadır, onun fikir və düşüncələrinin cəmiyyətimizin ən dəyərli əqli mülkiyyətinə, ictimai rəy və varidatına çevrilməsidir.

Kapitulyasiya aktını imzalayan Armeniya rəhbərləri və separatçı qalıqları hazırda ağa axtarışındadır, “gah nala vurur, gah mıxa”. Odur ki, 2023-cü il martın 18-də dövlətimizin başçısının müraciətindəki fikirləri xatırladıram: “Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var - bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən delimitasiya işlərini aparmalıdır. Ancaq o təqdirdə onlar 29 min kvadratkilometr ərazidə, hansı ki, indi onlar ancaq bunu istəyirlər, rahat yaşaya bilərlər. Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək. Bizim həm gücümüz var, həm dostlarımız var, dünyada güclü mövqelərimiz var və güclü iradəmiz var...”.

Aprelin 18-də Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibədə isə demişdir: “...onlar [separatçılar] ya bizim sözümüzlə oturub duracaqlar, ya da ki, oradan rədd olacaqlar”. Erməni siyasətçilərə bu xəbərdarlığı yaddaşlarında həkk etmək heç də artıq olmaz.

Yaxın keçmişə müraciət etsək görürük ki, riyakarlıq və ikiüzlülük, uydurma və saxtakarlıq hay-erməni siyasətinin aparıcı ana xətti olub.

Haylara məxsus olmayan armen/erməni etnonimini və Armeniya (Ermənistan) adlı qədim toponimini mənimsəyərək, hay-erməni tarixşünaslığı Türkmənçay müqaviləsinin (1828) bağlanmasından sonra Şərqi və Qərbi Armeniya, hətta uydurma “böyük Armeniya” mövcudluğuna dair tezisləri fəal şəkildə gündəmə gətirməyə başladı. Çar Rusiyasının 1827-ci ildə işğal və Qacar İranın ruslara güzəşt etdiyi İrəvan və Naxçıvan xanlıqlarının torpaqları “Şərqi Armeniya” ərazisi elan olundu, halbuki müqavilənin 16 maddəsindən heç birində bu toponim barədə tək kəlmə belə qeyd olunmamışdı.

İrəvan xanlığının torpaqlarında çar Rusiyası tərəfindən yaradılan və süni şəkildə şişirdilən yersiz hay-erməni ərazi iştahası Naxçıvan qəzasının Qarabağ, Zəngəzur torpaqlarına da iddialara təkan vermiş oldu. Hətta bolşevik obrazına girmiş ikiüzlü erməni milliyyətçiliyi və daşnak terroru sonralar bu torpaqların bir qisminin qoparmasına gətirib çıxardı.

1918-ci ildə V.İ.Lenin Naxçıvanın və Zəngəzurun daşnaklara verilməsi haqqında dekret imzaladı, yalnız N.Nərimanovun sovet rəhbərlərinə ünvanlandığı sərt tələbləri, bu torpaqlarda yaşayan əhalinin şiddətli etirazları və Türkiyənin qəti mövqeyi 1921-ci ildə Türkiyə və sovet Rusiyası arasında yaradılmış Naxçıvan Muxtar Respublikasının Azərbaycanın protektoratı altına verilməsi haqqında müqavilə ilə nəticələndi. Erməni iddialarının könlünü almaq üçün isə əvvəlcə Zəngəzur qəzası, 1922-ci ildə isə Göycə (Şərur-Dərələyəz) Azərbaycandan qoparılıb Ermənistana verildi. Bu azmış kimi, bir də 1923-cü ildə Azərbaycan ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı.

Nədir Şərqi Armeniya? Uydurma “Şərqi Armeniya” torpaqsız sovet Armeniyasının məhz bu yolla Azərbaycan əraziləri hesabına yaradılmasıdır. Əvvəlcə “Şərqi Armeniya” çar Rusiyasına birləşməsi adı altında Azərbaycan ərazilərində yaradılmış bu milli erməni yuvası mahiyyətcə ərazilərin hərbi işğalı ilə nəticələnən təcavüzkarlıq, sovet dövründə isə sülh yolu ilə ermənilərin ərazi iddialarını təmin edən güzəşt olmuşdur. Uydurma “parçalanmış erməni torpaqları” tarixi İkinci Dünya müharibəsindən sonra aktuallaşdı, çünki sovet Rusiyasının Ərdahanı və Qarsı Türkiyəyə qaytarılmasını nəzərdə tutan və 1921-ci ildə imzalanan Türk-Sovet müqaviləsinə yenidən baxılmasını planlaşdıran Stalinin niyyətlərinə uyğun idi. Şükür, Stalinin niyyəti baş tutmadı, ancaq mövcud olmayan “Şərqi Armeniya” çərçivəsində tarixi Azərbaycan əraziləri haylar tərəfindən erməniləşdirildi, bu azmış kimi Sovet tarixi elminin dəstəyi ilə erməni tarixşünaslığı hayların bu torpaqlardakı qədimliliyinə dair yalan və uydurmaları tirajlamağa başladı. Bunun üçün qondarma hay-erməni çar sülalələri uyduruldu, “Şərqi Armeniyanın” Rusiyaya xəyali birləşməsi aspektində Kürəkçay müqaviləsinin əsasnamələri təhrif olunmağa başladı, Qafqaz Albaniyasının tarixi, bu torpaqların əzəli sakinləri olan Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəni irsi, ümumiyyətlə hay-ermənilərin bu ərazilərdə avtoxtonluğunu “sübut” edə biləcək hər bir şey saxtalaşdırılaraq mənimsənilməyə məruz qaldı.

Bu gün də hay-erməni uydurma qədimliliyi erməniçiliyin təcavüzkar və riyakar izini sürdürür. Heç də təsadüf deyil ki, XVI-XVII əsrlərə dair erməni xalqının tarixi adı altında Azərbaycanın Qarabağ, Gəncə, İrəvan, Naxçıvan və Zəngəzur diyarlarının tarixi təsvir olunur. XV əsrdə patriarx taxtının Eçmiyədzinə köçürülməsindən sonra (Eçmiədzində patriarxat yeparxiyasız fəaliyyət göstərirdi, çünki yeparxiya Kiçik Asiyada qalmışdı) ermənilər bu dövrü lovğalanaraq erməni tarixinin “Eçmiyədzin dövrü” adlandırdılar.

Bundan başqa onlar müxtəlif siyasi və elmi dairələrdə belə bir fikir yaymağa başladı ki, “Qərbi Ermənistan” hələ də Türkiyənin tərkibində qalıb.

Ümumiyyətlə, erməniçilik sayca neçə Armeniya adlı toponim işlədir? Armenistlərin yazı ənənəsini qoyan “erməni tarixinin atası” M.Xorenski V və ya VII əsrlərdə, bəlkə də XIV əsrdə (əslində müəlliflik və yazı tarixi sual altında qalır) yazdığı “Патмутюн Хайоц” (“Hayların tarixi”), “İncili” təftiş, “Xalqlar cədvəli”nə Hayk, Armenak və s. fantomları daxil edərək, hay etnosunun Sakalara, Qəmərlilərə qohumluğunu çatdıraraq, hətta Torqom (Toqarma) əcdadlarına (türk soy-kökü) çevirərək, 5 Armeniya (1-4 və yunan) iddiasını irəli sürmüşdü. İki əsr sonra isə A.Şirakatsi öz “Aşxaratsuyts”unda (“Coğrafiya”) yenə də anonim deyil, müəllif kimi artıq 8 Armeniya vermişdi, indi isə “Armeniya”ların sayı 35-ə çatıb.

Bəs neçə dənə “Armeniya” adlı dövlət mövcud idi? Bugünkü dövlətləri istisna olmaqla, heç bir dənə. Odur ki, avtoxton xalqlardan fərqli olaraq, erməni alimləri “Armeniya tarixi“ni yox, Ermənilərin tarixi”ni, bir sözlə, etnosun tarixini yazmaq məcburiyyəti qarşısındadırlar, ya da “Hayastan” adlı ölkəsi olmayan mifoloji Hayların tarixini yazırlar və burada digər xalqların ərazisindən və tarixindən söhbət açırlar.

Erməni siyasətinin əsas dəst-xəti mifologiyadır. Erməni miflərini saymaqla qurtarmaz. Onların hamısı məqsəd quruluşuna və praktiki təyinatına görə birləşərək, siyasi mifologiya kateqoriyasına aid olur. Erməni etnik aləminin mənzərəsinin bir hissəsi olan məhz bu mifologiya zahiri reallığın və burada cəmləşən əxlaq mexanizminin erməni etnosu tərəfindən qavranılması üsulunu müəyyən edir. Fikir verin. Bir neçə müasir politoloqların, o cümlədən S.B.Luryenin araşdırmalarına əsasən, digər xalqlardan fərqli olaraq, erməni siyasi düşüncəsinin xüsusiyyəti geosiyasi xarakter daşıyaraq, ermənilərin yaşadığı yerlər əsasında müəyyən coğrafi xəritə qurmaq və yaşadığı yerləri özləri üçün növbəti “Ermənistan” adlandırmaqdan ibarətdir.

Tarixi haşiyənin sonunda ən məşhur qərb filosof-hüquqşünasların dəfələrlə istinad etdiyimiz fikirlərini yada salmaq yerinə düşərdi. Nobel laureatı, liberal fəlsəfənin banisi Fridrix fon Hayek deyirdi: “İnsanların həyatını mümkün edən onların fəaliyyətinin nizamlanması, vərdişlərinin düşünülmüş qayda-qanunlarla əvəz edilməsi və hüquqi normalara riayət edilməsidir”. Əks halda, digər qərb alimi, liberal hüququn banisi İyeremiya Bentamın dediyi kimi, “Prinsiplərə riayət etməkdən imtina edən xalqlar gec-tez gücə tabe olmalıdırlar”. Vətən müharibəmiz, Qarabağnaməmiz, Müzəffər Ali Baş Komandanın qətiyyəti, əsgər və zabitlərimizin şücaəti bir daha bu deyilənlərin əyani sübutudur.

Kamran İmanov çıxışında, həmçinin əqli mülkiyyət məsələlərinə toxunub. Qeyd edib ki, Ümummilli Liderin uzaqgörənliyi nəticəsində yaradılan, müəllifi olan milli əqli mülkiyyət sistemi Prezident İlham Əliyevin səyləri və dəstəyi nəticəsində uğurla inkişaf edir.

Özü də əqli mülkiyyətin (ƏM) sürətlə dəyişən anlayışı dövründə, özündə çərçivə, sistem formalaşdıran amil kimi hüquq (yurisprudensiya) ilə yanaşı, iqtisadiyyatı və sosiologiyanı nəzərdə tutan dövrdə. Bu isə o deməkdir ki, bir tərəfdən ƏM institutunun sinergetikası, emergentliyi nəzərə alınmalıdır, digər tərəfdən isə ƏM ekosisteminin institusional dəyişiklikləri gündəmə gətirilmiş olur.

Prezident İlham Əliyevin həyata keçirdiyi institusional islahatlar çərçivəsində uzun illər bir-birindən ayrılıqda fəaliyyət göstərən sənaye mülkiyyətinin (ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları) və müəlliflik hüququnun (Copyright) bir örtük altında birləşdirilərək Əqli Mülkiyyət Agentliyinin yaradılması, Respublika Elmi-Texniki Kitabxanasının Agentliyin tərkibinə verilməsi Agentliyin tabeliyində üç mərkəz - Patent və Əmtəə Nişanlarının Ekspertizası, Əqli Mülkiyyət Hüquqlarının Təminatı və Texnologiyaların Kommersiyalaşdırılması və Transferi mərkəzlərinin yaradılması ilə nəticələnib.

Həyata keçirilən digər infrastruktur layihəsi Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təlim mərkəzlərinin statusuna bərabər olan “Əqli Mülkiyyət Milli Təlim Mərkəzi”, habelə Agentliyin nəzdində Bakı Dövlət Universitetinin Agentliklə birgə yaradılan Əqli mülkiyyət hüququ kafedrası və kafedranın filialı fəaliyyətdədir, Agentlikdə tələbələrin təhsili üçün müasir avadanlıqlarla təchiz edilmiş SMART tipli auditoriyalar ayrılıb. Belə bir kafedra Azərbaycan Memarlıq və İnşaat Universitetində də yaradılıb və onun filialı Agentlikdə yerləşəcək.

İnfrastrukturun təkmilləşdirilməsi və institusional dəyişikliklər sahəsində Agentlikdə yaradılan sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı ilə bağlı iddia sənədlərinin qəbulunun həyata keçirildiyi “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sistemi xüsusi olaraq qeyd olunmalıdır. Bu sahədə tətbiq edilən “vahid pəncərə” və “istənilən yerdən xidmətə əlçatanlıq” prinsipi açıqlıq, operativlik və şəffaflığı təmin etmiş, ixtira və patent fəallığının artmasına müsbət təsir göstərib, həmçinin dövlət xidmətlərinin səviyyəsini yüksəldib.

Avrasiya ölkələri içərisində ilk olaraq ölkəmizdə rəqəmsal üçölçülü (3D) obyektlər üzrə iddia sənədlərinin qəbuluna başlanılıb.

Son illər əqli mülkiyyət sahəsində aparılan məqsədyönlü işlər ölkəmizin beynəlxalq reytinqlərdə mövqelərinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Dünya İqtisadi Forumunun sonuncu Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üzrə Hesabatına görə (2022-ci ilə görə Hesabat hələlik dərc olunmamışdır), Azərbaycan 141 ölkə arasında “əqli mülkiyyətin qorunması” göstəricisinə görə 30-cu yeri tutur və bu göstərici üzrə ölkəmiz MDB dövlətləri arasında 1-ci yeri tutur və bir çox Avropa ölkələrini qabaqlayır.

132 ölkəni əhatə edən “Qlobal İnnovasiya İndeksi (Qİİ) 2022 Hesabatı”nda Azərbaycan “İnnovativ resurslar” alt indeksi üzrə reytinqdə 79-cu yeri tutur. “İnnovasiya əlaqələri” istiqaməti üzrə Azərbaycan 56-cı yerdə qərarlaşıb.

2022-ci ildə daha bir beynəlxalq təşkilat - “Mülkiyyət Hüquqları Alyansı” (“The Property Rights Alliance”) tərəfindən hazırlanmış 129 ölkəni əhatə edən Hesabatda Azərbaycan reytinqdə 60-cı yeri tutaraq Ermənistan (63), Gürcüstan (72), Qazaxıstan (75), Rusiya (85), Moldova (95) və Ukraynanı (105) qabaqlayır.

“Əqli mülkiyyət hüququ” qrupunda ölkəmiz Qazaxıstan (86), Moldova (90), Ermənistan (91), Ukrayna (93) və Gürcüstandan (112) irəlidədir, üstəlik “Əqli mülkiyyətin mühafizəsinin dərk edilməsi” göstəricisinə görə Azərbaycan reytinqdə yüksək 30-cu yeri tutur.

ABŞ Dövlət Departamentinin 2022-ci ildə Azərbaycanın investisiya mühiti haqqında yaydığı hesabatın (“2022 Investment Climate Statements: Azerbaijan”) 5-ci bölməsinin “Əqli mülkiyyət hüquqları” hissəsində də ölkəmizdə əqli mülkiyyət hüquqlarının qorunması səviyyəsinin yaxşılaşması qeyd edilib.

Dövlətimizin başçısının 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Əqli Mülkiyyət Agentliyinin qarşısında “İnnovasiya ekosisteminin inkişafı” istiqaməti üzrə əqli mülkiyyət hüquqlarının beynəlxalq səviyyədə qeydiyyatının stimullaşdırılması; effektiv patent qeydiyyatı prosedurlarının qurulması və əqli mülkiyyət hüquqları ilə bağlı məlumatlılığın artırılması və s. vacib vəzifələr, o cümlədən Azərbaycan məhsullarının və “Made in Azerbaijan” brendinin hədəf bazarlarda aktiv təşviqi, mədəni və yaradıcı sənayelərin dinamik inkişafının təmin edilməsi, startapların inkişafı üçün zəruri İKT infrastrukturunun gücləndirilməsi və s. məsələlər dayanır.

Konfransda elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının baş katibi Seymur Fətəliyev, Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Xarici media ilə iş sektorunun müdiri Fuad Axundov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndəsi Nuri Aksu çıxış ediblər.

Çıxışlarda erməni yalanlarının və saxtakarlıqlarının ifşa edilməsində Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun fəaliyyəti xüsusilə vurğulanıb, konfransın mövzusunun aktuallığı qeyd edilib, bu tədbirin elmi platforma olduğu diqqətə çatdırılıb.

Konfrans çərçivəsində, həmçinin erməni saxtakarlığını ifşa edən “Tarixin izi ilə” silsiləsindən “Keçmişin böyük yalanları: Armeniya və Hayastan” televiziya filmi nümayiş etdirilib.

Konfransda professor Kamran İmanovun “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan-Türk torpaqları olan Zəngəzur həqiqətləri”, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru Kərim Şükürovun “Zəngəzurun tarixi demoqrafiyası”, Əqli Mülkiyyət Agentliyinin eksperti Elşad Əlilinin “Sünik (Sisakan) adının etimologiyası və onun Üç Ox oğuzları ilə əlaqəsi” mövzusunda məruzələr dinlənilib.

Tədbir çərçivəsində “Erməni uydurmalarını ifşa edən yazılı mənbələr” adlı kitab sərgisi də təşkil edilib. Sərgidə Agentlik tərəfindən nəşr olunan kitablar nümayiş olunub.

Konfransın sonunda erməni uydurmalarının ifşası ilə bağlı qarşıda duran vəzifələrə dair müzakirələr keçirilib.

Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir – konfrans YENİLƏNİB-2 VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib