Bahar Muradova: Qadınlar və əqli mülkiyyət mövzusuna həsr olunmuş konfrans cəmiyyətə bir mesajdır VİDEO
Bakı, 26 aprel, AZƏRTAC
Qadınların təbii vəzifələri, öhdəlikləri onların dövlət, cəmiyyət qarşısında vəzifələrini bir qədər kölgədə qoyur.
AZƏRTAC xəbər verir ki, bu fikri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Qadınlar və əqli mülkiyyət: İnnovasiya və yaradıcılıq” mövzusuna həsr edilmiş konfransda çıxışı zamanı deyib.
Komitə sədri bildirib ki, lakin bu gün rəqəmsal texnologiyalar sözügedən problemi aradan qaldırır: Pandemiya dövründə qadınlar evdən çıxmadan bu və ya digər sahədə öz fəaliyyətlərini davam etdirdilər. Bugünkü konfrans cəmiyyətə bir mesajdır.
“Hesab edirəm ki, konfrans gender bərabərliyinin yaradılması imkanlarını araşdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır”, - deyə B.Muradova vurğulayıb.