REGİONLAR
Lənkərançayın sahili tullantılardan təmizlənib VİDEO











Lənkəran, 5 iyun, İlkin Adıyev, AZƏRTAC
5 İyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə Lənkərançayın Lənkəranın Velədi və Sütəmurdov kəndlərindən keçən ərazisində, çayın sol sahilində 3500 kvadratmetr sahədə təmizlik aksiyası keçirilib.
1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Şakir Quliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, aksiya zamanı həmin ərazidən ümumi həcmi 12 kubmetr bərk məişət tullantıları, xüsusilə də plastik qablar, polietilen torbalar, sel daşqın nəticəsində suyun gətirdiyi müxtəlif bərk tullantılar və 8 kubmetr istehsalat tullantıları təmizlənərək aidiyyəti üzrə şəhər poliqonuna daşınıb.
İməcilikdə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Qida Təhlükəsizliyi Agentliyin, Dövlət Aqrar İnkişaf mərkəzinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi, Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsi, Lənkəran şəhər Yaşıllaşdırma İdarəsinin əməkdaşları iştirak ediblər.
Ümumilikdə 130 nəfərin iştirak etdiyi iməcilik zamanı iştirakçılar arasında bərk məişət tullantılarının düzgün idarə olunması sahəsində zəruri maarifləndirmə işləri də aparılıb.