MN: Xocavənddə qeyri-qanuni erməni silahlılarının fortifikasiya qurğuları quraşdırması cəhdinin qarşısı alınıb VİDEO
Bakı, 17 avqust, AZƏRTAC
Avqustun 17-si saat 11:55 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında kənd təsərrüfatı işləri adı altında atəş dəstəyi ilə uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bölmələrimizin gördüyü təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb və bu işlərə atəş dəstəyi verən qanunsuz erməni silahlı birləşmələrinin mövqeləri susdurulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:50]
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər
- 05.10.2026 [16:09]
Polşa portalı “ADEX 2026” sərgisindən yazıb
- 05.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 5 oktyabr
- 04.10.2026 [21:22]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 04.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 4 oktyabr
- 03.10.2026 [12:00]