"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqəni təmin edib YENİLƏNİB-2 VİDEO
Bakı, 31 avqust, AZƏRTAC
"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqəni təmin edib.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda Sloveniyanın "Olimpiya"sı ilə keçirilən cavab oyunu 1:1 hesabı ilə başa çatıb.
Səfərdəki görüşdə rəqibini iki cavabsız qolla üstələyən "Qarabağ" Avropa Liqasında qrup mərhələsinə yüksəlib.
21:00
UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və Sloveniyanın “Olimpiya” komandaları arasında keçirilən cavab oyununun birinci hissəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda Ağdam təmsilçisinin futbolçusu Toral Bayramov 24-cü dəqiqədə topu rəqib komandanın qapısından keçirib.
“Olimpiya” komandasının oyunçusu Dioqo Pinto 36-cı dəqiqədə hesabı bərabərləşdirib.
Qeyd edək ki, Lyublyanadakı ilk görüşdə Ağdam təmsilçisi rəqibi 2:0 hesabla məğlub edib.
20:00
UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və Sloveniyanın "Olimpiya" komandaları arasında keçirilən cavab oyunu başlayıb.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma saat 20:00-da start götürüb.
Matçı ispaniyalı FIFA referisi Alexandro Ernandes idarə edir.
Qeyd edək ki, Lyublyanadakı ilk görüşdə Ağdam təmsilçisi 2:0 hesablı qələbə qazanıb.