HDQ-nin dəniz xüsusi təyinatlıları 600 və 1200 metr hündürlükdən paraşüt tullanışları icra ediblər VİDEO
Bakı, 23 noyabr, AZƏRTAC
Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanının təsdiq etdiyi döyüş hazırlığı planına əsasən HDQ-nin Dəniz xüsusi təyinatlıları paraşüt tullanışları icra ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dəniz xüsusi təyinatlıları 600 və 1200 metr hündürlükdən çətinləşdirilmiş paraşüt tullanışlarını uğurla yerinə yetiriblər.
Bundan başqa helikopterlərdən müxtəlif üsullarla enmə tapşırıqları da icra edilib.
Keçirilən məşqlərin əsas məqsədi şəxsi heyətin döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasını təmin etmək və ekstremal şəraitlərdə döyüş tapşırıqlarının icrası üzrə praktiki vərdişlərini təkmilləşdirməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:50]
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər
- 05.10.2026 [16:09]
Polşa portalı “ADEX 2026” sərgisindən yazıb
- 05.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 5 oktyabr
- 04.10.2026 [21:22]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 04.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 4 oktyabr
- 03.10.2026 [12:00]