AFFA serbiyalı mütəxəssisin Azərbaycan millisinə baş məşqçi təyin olunacağı ilə bağlı xəbərlərə aydınlıq gətirib VİDEO
Bakı, 7 yanvar, AZƏRTAC
AFFA serbiyalı mütəxəssis Milan Obradoviçin Azərbaycan milli komandasına baş məşqçi təyin olunacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Milli assosiasiyanın mətbuat katibi Elnur Məmmədli AZƏRTAC-a açıqlamasında məlumatı təkzib edib.
O, hələlik heç bir çalışdırıcıya rəsmi təklif göndərilmədiyini bildirib: “M.Obradoviçlə yanaşı, bir çox məşqçinin adı yığma ilə bərabər hallanır. Ancaq heç biri ilə danışıqlar aparılmayıb. Baş məşqçinin müəyyənləşdirilməsi üçün yaradılan İşçi Qrupun iki iclası baş tutub. Həmin iclaslarda da hansısa mütəxəssisin adı səslənməyib. Sadəcə, baş məşqçinin qarşısına qoyulacaq məqsədlər, gənc, yoxsa daha təcrübəli mütəxəssisə üstünlük verilməsi ilə bağlı müzakirələr aparılıb”.
Qeyd edək ki, Milan Obradoviç 2019-2022-ci illərdə Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasına başçılıq edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [19:15]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [17:05]
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
- 07.08.2026 [15:55]
Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV
- 07.08.2026 [15:19]
“Fənərbağça”nın sabiq futbolçusu Superliqa klubuna keçib
- 07.08.2026 [13:43]
“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub
- 07.08.2026 [13:32]
“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib
- 07.08.2026 [13:12]