Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kursantların bir günü – DSX-nin Akademiyasından VİDEOREPORTAJ

Bakı, 9 yanvar, AZƏRTAC

Vətən sərhəddən başlayır. Vətən torpağının hüdudları keşiyində ayıq-sayıq dayanan sərhədçilər Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında gələcəyin peşəkar, savadlı zabitləri kimi yetişirlər.

Prezident İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə yaradılan Akademiya 2010-cu ildən fəaliyyət göstərir. Burada bakalavriat, magistratura və adyunktura (doktoranturaya bərabər tutulan yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlanması) təhsil pillələrində kadrlar hazırlanır.

2008-ci il noyabrın 27-də Akademiyanın yeni səhra təlim-tədris mərkəzi istifadəyə verilib. Mərkəzdə kursantların nəzəri hərbi biliklərinin təcrübədə işlənilməsi, zəruri döyüş və əməliyyat-taktiki vərdişlərinə yiyələnməsi üçün hər bir şərait yaradılıb.

2009-cu il Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 90 illik yubileyi kimi əlamətdar olub. Sərhədçilər bu əlamətdar ili xidmətdə qazanılmış uğurlarla, yüksək inkişaf dinamikası ilə qarşılayıb və ölkəmizin sərhəd mühafizəsi tarixində xüsusi izlər qoyub.

Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki oğlanlar üçün açıq tipli xüsusi məktəb Heydər Əliyev Fondu tərəfindən tam təmir edilərək zəruri tədris bazası ilə komplektləşdirildikdən sonra ona Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbi statusunun verilməsi, onun tərkibində dəniz və aviasiya kafedralarının fəaliyyətə başlaması, ilk dəfə həmin ixtisaslar üzrə qəbulun keçirilməsi 2011-ci ildə sərhəd mühafizəsi tarixinin parlaq səhifələrindəndir.

Qeyd etmək yerinə düşər ki, Akademiyanın kursantları müxtəlif idman yarışlarında, elmi, bilik müsabiqələrində yüksək nailiyyətlər əldə ediblər.

AZƏRTAC DSX-nin Akademiyasından hazırladığı məxsusi reportajı təqdim edir:

Vətən sərhəddən başlayır

DSX-nin Akademiyasının rəisi general-mayor Azər İbrahimov hərbi təhsil müəssisəsinin fəaliyyətindən söhbət açaraq bildirib ki, Akademiyada təhsil kredit qaydasında Bolonya sisteminə uyğun həyata keçirilir. Akademiyada təhsilin üstünlüyü ondan ibarətdir ki, burada müəllimlərin əksəriyyəti DSX-nin hərbi qulluqçularıdır. Onların arasında təqaüdə çıxan zabitlər, peşəkar professor-müəllim heyəti var və təcrübələrini gələcək zabitlərlə, kursantlarla bölüşürlər. “Biz ilk növbədə mərd, cəsarətli, vətənpərvər zabitlər yetişdiririk. Çünki Vətən sərhəddən başlayır və sərhəddə xidmət edən hər bir zabit bütün bu xüsusiyyətlərə malik olmalıdır. Akademiya yaranan gündən bizim təxminən 2 minə yaxın məzunumuz olub. Onlardan 23-ü qırmızı diploma layiq görülüb. Bu ilin buraxılış mərasimində isə dörd kursanta qırmızı diplom təqdim edilib”, - deyə Akademiyanın rəisi qeyd edib.

DSX-nin mənsubu, magistr tələbəsi polkovnik-leytenant Şahin Hüseynquliyev hərb sənətinə olan sevgisindən danışıb: “Bu sənətə olan marağım 2006-cı ildə Heydər Əliyev adına hərbi liseyə daxil olmağıma səbəb oldu. 2009-cu ildə həmin liseyi qırmızı attestatla bitirdim və elə həmin ildə DSX-nin Akademiyasının birinci kurs bakalavr pilləsinə qəbul oldum. 2013-cü ildə Akademiyanın bakalavr pilləsini qırmızı diplomla bitirərək “N” saylı hərbi hissədə xidmətimi davam etdirmək üçün təyinat aldım. Vətən müharibəsi başladığı 2020-ci il sentyabrın 27-dən öz heyətimlə birlikdə DSX-nin sıralarında Daşkəsən, Cəbrayıl, Füzuli istiqamətində əməliyyatlara cəlb olundum. Füzuli, Cəbrayıl, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə iştirak etdim. 2022-ci ildən Akademiyada magistratura pilləsində təhsil alıram”.

Kursantların elmi, nəzəri və praktiki vərdişlərə yiyələnməsi üçün möhkəm elmi tədris bazası yaradılıb

Bu Akademiya dövlət sərhədlərimizin etibarlı, dayanıqlı mühafizə olunması üçün Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq sərhədçi zabitlərin formalaşmasında əsas ali hərbi təhsil ocağıdır. Akademiyada təhsilin yüksək səviyyədə aparılması, kursantların elmi, nəzəri və praktiki vərdişlərə yiyələnməsi üçün güclü elmi tədris bazası yaradılıb, sinif və tədris otaqları lazımi avadanlıqlarla təchiz olunub. Bununla yanaşı, kursantların fiziki hazırlığının möhkəmləndirilməsi üçün həm açıq, həm də qapalı şəraitdə trenajor və idman zalları mövcuddur.

Kursant Xalid Hacıyev bildirib ki, 2014-cü ildə Heydər Əliyev Fondu nəzdində fəaliyyət göstərən DSX-nin xüsusi məktəbinə daxil olub. Yeddi illik orta təhsil müddətini bitirdikdən sonra - 2021-ci ildən DSX-nin Akademiyasında təhsilini davam etdirib. Kursantların hərbi bilikləri yüksək səviyyədə mənimsəmələri, bacarıqlı, sağlam, peşəkar sərhədçi zabit olmaları üçün Akademiyada hər cür şərait yaradılıb. Peşəkar kadrlar hazırlanan Akademiyada hərbi və dil bilikləri ilə yanaşı, etika-estetika dərsləri də tədris olunur ki, bu da gələcəyin zabitlərini savadlı hərbçi kimi yetişməsində xüsusi rol oynayır. İdman sağlamlıqdır. Akademiyada bu yöndə fəaliyyət göstərən idman zalında da kursantlar güləş, boks və digər idman növləri ilə məşğul olurlar.

Akademiyanın kursantları müxtəlif idman yarışlarında, elmi, bilik müsabiqələrində iştirak edərək onun adını layiqincə təmsil edir və yüksək nailiyyətlər qazanırlar. “Belə ki, 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş Heydər Əliyev təqaüdünün kursantlara, daha doğrusu, ölkənin müxtəlif ali təhsil ocaqlarından seçilmiş 100 tələbəyə verilməsi mərasimində Akademiya iki kursantla təmsil olunub. Mənim üçün çox qürurverici haldır ki, həmin kursantlardan biri də mənəm”, - deyə Xalid Hacıyev vurğulayıb.

Heydər Əliyevin 100 illiyi ilə bağlı təqaüdə layiq görülən DSX-nın Akademiyasının digər kursantı Oqtay Rəfizadə qeyd edib ki, 2013-cü ildə DSX-nin xüsusi məktəbinə daxil olub. “Yeddi illik təhsili başa vurduqdan sonra 2020-ci ildə Akademiyada təhsilimə başlamışam. Kursantların burada yüksək səviyyədə təhsil alması və peşəkar zabit kimi formalaşması üçün lazımi şərait yaradılıb. Hazırda dördüncü kursda təhsil alıram. Mayda zabit sıralarına daxil olacağam və buna görə də çox qürur duyuram”.

Hazırda DSX-nin Akademiyasında xarici ölkə vətəndaşları olan kursantlar da təhsil alır

DSX-nin  Akademiyasında altı ildir ki, xarici kursantlar da təhsil alır. Bu tələbələrə ilk növbədə ana dilimiz - Azərbaycan dili tədris olunur.

Akademiyanın rəisi general-mayor Azər İbrahimov bununla bağlı bildirib ki, dövlətlərarası sazişə əsasən hazırda Akademiyada Tacikistan vətəndaşları olan kursantlar da təhsil alırlar. Onlardan 6-sı 2023-cü ilin buraxılış mərasimində leytenant rütbəsi alıb və xidmətlərini Tacikistanda davam etdirirlər. Ümumiyyətlə, hazırda 18 əcnəbi vətəndaş burada təhsilini davam etdirir.

Tacikistan vətəndaşı, kursant Hakimsah Miraliev 2019-cu ildən Azərbaycanın DSX Akademiyasında təhsil aldığını söyləyib. “Buranın müəllimləri bizə çox yüksək səviyyədə dərs keçirlər. Onlara minnətdarlığımı bildirirəm. Biz əslində DSX-nin Akademiyasında beş il təhsil alırıq. Birinci il sırf Azərbaycan dili tədris olunur. İndi dördüncü kursda təhsil alıram. Qiymətlərim də çox yaxşıdır”.

Sonda onu da bildirək ki, sərhədçi olmaq arzusunda olan gənclər isə 2024-cü il aprelin 30-dək lazımi sənədlərini Akademiyaya təqdim edə bilərlər.

 

Kursantların bir günü –  DSX-nin Akademiyasından VİDEOREPORTAJ

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar