Azərbaycan Dövlət İnformasiya Agentliyi

Federasiya prezidenti: Azərbaycanda bilyard idman növünü sıfırdan yaratmaq istəyirik - VİDEOMÜSAHİBƏ

Federasiya prezidenti: Azərbaycanda bilyard idman növünü sıfırdan yaratmaq istəyirik - VİDEOMÜSAHİBƏ

Bakı, 17 yanvar, AZƏRTAC

Azərbaycan Bilyard Federasiyasının prezidenti Seymur Məmmədov AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

- Bir neçə gün öncə Azərbaycan Bilyard Federasiyasına prezident təyin olundunuz. Təəssüratlarınızı bilmək maraqlı olardı...

- Çox sevindirici haldır, eləcə də böyük məsuliyyətdir. Federasiyanın prezidenti olmaq bütün yükü öz üstünə götürmək deməkdir. Bilyard idman növünü Azərbaycanda yüksək səviyyəyə qaldırmaq üçün böyük işlər görülməlidir. İnanıram ki, buna gücüm çatacaq. İstəyim ölkədə bilyardı inkişaf etdirməkdir. Bunun üçün əlimdən gələni edəcəyəm. Güclü komanda yığmışam. Bu yükün altına girməkdən çəkinmədim.

- Son vaxtlar Azərbaycanda bilyard sanki bir qədər kölgədə qalıb. Bu idman növündəki durğunluğun səbəbini nədə görürsünüz?

- Bilyard elə idman növüdür ki, onun üzərində ciddi işləmək lazımdır. Bizdə insanlar bilyarda əsasən əyləncə kimi baxırlar. Gəldin, bir saat oynadın və çıxıb getdin. Əslində belə olmamalıdır. Bütün dünyada bilyard idman növü kimi tanınır. Bizdə isə vəziyyət fərqlidir. İnsanlar bununla peşəkar səviyyədə məşğul olmaq istəmirlər. Məqsədimiz bilyardı həvəskar səviyyədən peşəkar statusa keçirməkdir.

- Bu istiqamətdə hansı işlər nəzərdə tutulub, nə kimi planlar var?

- Özümüz üçün strategiya müəyyənləşdirmişik. Bu il çempionat və turnirlərin sayını artırdıq. Səkkiz ölkə çempionatı nəzərdə tutulub. Regionlarda bəzi işlər görmək, həmçinin turnirlər təşkil etmək istəyirik. Elm və Təhsil Nazirliyi ilə də əməkdaşlıq etməyi düşünürük. Uşaqları bu idman növünə cəlb etmək üçün məktəblərdə seminarlar təşkil etmək olar. Lazım olsa, uşaqları federasiyaya dəvət edib, onlar üçün master-klas da keçə bilərik. Onları həvəsləndirməliyik. Planda gənclər üçün bilyard məktəblərinin açılması da var. Hazırda bilyard valideynlərin öz uşaqlarını yazdırmaq istədiyi bəlkə də ən axırıncı idman növüdür. Bunu daha çox əyləncə kimi görürlər. Bu cür problemləri həll etməyə çalışacağıq. Azərbaycanda bilyardı sıfırdan yaratmaq istəyirik.

- Yəqin razılaşarsınız ki, asan olmayacaq...

- Əlbəttə. Amma inanıram ki, bunu bacaracağıq. Əsas odur ki, işini sevəsən. Məndə də bilyarda tükənməz sevgi var. Bu idman növünü inkişaf etdirmək üçün əlimdən gələni edəcəyəm.

- Bu işdə sizi ən çox motivasiya edən nədir?

- Mən gözümü açandan bilyard görmüşəm. Atam bu federasiyanın ilk prezidenti olub. Uşaqlıqdan məndə bu idman növünə sevgi var. Atam dünyasını dəyişəndən sonra bilyardda durğunluq yarandı. 2000-ci ildə federasiya yenidən fəaliyyətini bərpa etdi. Mən də milli komandaya qoşulub idmançı karyerama başladım.

- Federasiya prezidenti seçildikdən sonra karyeranızı başa vurmağı düşünürsünüz? Yoxsa hələ də peşəkar səviyyədə bu idman növü ilə məşğul olmağa davam edəcəksiniz?

- Federasiya prezidenti olsam da, bilyardla peşəkar səviyyədə məşğul olacaq idmançılar hazırlayacağam. Bilyardın inkişafı üçün bu amil çox önəmlidir. Hətta beynəlxalq turnirlərə də qatılacağam.

- Bu il Azərbaycanda beynəlxalq bilyard yarışlarının təşkili planlaşdırılır?

- Bəli, planlar var. Azərbaycanda dünya çempionatı keçirmək istəyirik. Yarışın bu il və ya 2025-ci ildə təşkil olunması planlaşdırılır. Amma ortada hələ dəqiq bir şey yoxdur. Sponsorların cəlb olunması istiqamətində danışıqlar gedir. İşimiz çoxdur, lakin inanıram ki, ölkəmizdə nüfuzlu turnirlər keçirəcəyik.

- Fevralda ilk dəfə bilyardın qarışıq piramida növü üzrə ölkə çempionatı olacaq. Həmin yarışa maraq hansı səviyyədədir?

- Maraq çox böyükdür. Bir məqamı qeyd edim. Bakıda kifayət qədər yaxşı bilyard klubları var. Hansına getsəniz, kifayət qədər insanın bilyard oynadığını görərsiniz. Amma bayaq da qeyd etdiyim kimi, bu, hələlik həvəskar səviyyədədir. Elə etməliyik ki, buna idman növü kimi yanaşsınlar. Yarışa da böyük maraq var. Təqribən 60-a yaxın idmançının iştirakı nəzərdə tutulub. Gəncədən çox yaxşı idmançılarımız var. Digər regionlardan da bilyardla məşğul olan şəxsləri bu yarışa cəlb etmək lazımdır.

- Regionlarda bilyard idman növünün təbliği və inkişaf etdirilməsi üçün hansı addımlar atılacaq?

- Bilirsiniz ki, bu il Quba şəhəri “idman paytaxtı” seçildi. Orada bütün idman növləri üzrə yarışlar keçiriləcək. Biz də öz Quba Kuboku turnirini təşkil edəcəyik. Gəncə, Sumqayıt və Şəkidə də analoji yarış keçirmək istəyirik. Hazırda regionlarla bağlı başlıca problem bilyard klublarının az olmasıdır. Ona görə də hər regionda turnir təşkil edə bilmirik. Amma problemlərin həlli istiqamətində işlər davam etdirilir. Gənclər və İdman Nazirliyi də bu işdə bizə yaxından dəstək olur.

- Sponsor məsələsi nə yerdədir? Danışıqlar apardığınız, bu işə maraq göstərən şirkətlər varmı?

- Bəli, var. Amma hələ adlarını çəkmək istəmirəm. Təsdiqləndikdən sonra hər kəs biləcək.

- Azərbaycan bilyardçıları bu il beynəlxalq turnirlərdə də iştirak edəcəklər. Maraqlıdır, milli komandanın heyəti necə müəyyənləşəcək?

- Yığmaya düşmək üçün şərtlər tez-tez dəyişdirilir. Sonuncu dəfə tələb belə idi ki, idmançı milli komandaya düşmək üçün iki ölkə çempionatında nəticə verməlidir. Dünya və Avropa çempionatlarına hazırda yığmada olan bilyardçılar gedəcəklər. Əlavə yer olarsa, seçim üçün yenidən daxili yarış keçiriləcək.

- Hazırda Azərbaycanda bilyardla peşəkar səviyyədə məşğul olan neçə idmançı var?

- Dəqiq say demək çətindir, amma az deyil. Məsələn, yarış keçirəndə kifayət qədər çox idmançı müraciət edir. Bizdə bilyardın üç növü - “piramida”, “pool” və “snooker” daha populyardır. “Piramida”nın qeyri-rəsmi adı “rus bilyardı”dır. XVIII əsrdə Rusiyada yaranıb. “Pool” “amerikan bilyardı”, “snooker” isə “ingilis bilyardı” adlanır. Çünki vətəni həmin ölkələrdir. Hər üç növdə fərqli idmançılar iştirak edirlər. Hazırda yığmamızda “piramida” və “pool” üzrə 17 idmançı var.

- Milli komandaya yeni məşqçilər təyin olunub?

- Hazırda bunun üzərində işləyirik. Hələlik dəqiq deyil. Bu həftə ərzində təsdiqlənəcək.

- Yerli mütəxəssislər olacaq, yoxsa əcnəbi məşqçi dəvət etmək istəyirsiniz?

- Hələlik yerli məşqçilərlə işləyəcəyik. Amma gələcəkdə əcnəbi mütəxəssis dəvət etmək fikrimiz var.

- Ölkənin ən tanınmış bilyardçısı kimi bu idman növü ilə bağlı insanlara nə demək istərdiniz?

- Bilyard çox gözəl idman növüdür. Bəzən deyirlər ki, idmanda bədəni gücləndirmək üçün hərəkət olmalıdır. Bu, bilyardda da var. Beş dəqiqə bilyard oynayanda stolun ətrafında xeyli gəzirsən. Şarı vurmaq üçün əyilib-qalxırsan. Bu idman növündə ən önəmli orqan gözdür. Hətta görmə qabiliyyəti zəif olan insan bilyard oynayanda gözləri aktivləşir. Burada beyin, göz və qol bir-biri ilə əlaqəli işləyir. Beyin qola siqnal ötürür. Qol isə şara zərbə vurur. Bilyard da şahmat kimidir. Burada növbəti addımları hesablamalısan. Beyin daim aktiv işləyir, ona görə də bu orqan yorulur. Bu səbəbdən bilyard kənardan göründüyü qədər sadə idman növü deyil. Bunun da öz çətinliyi var. Burada psixoloji hazırlıq da vacibdir. Uşaqlar bilyardla məşğul olsalar, çox bəyənəcəklər və aralarından yaxşı idmançılar çıxacaq. Nəticə vermək istəyirsənsə, məşğul olduğun idman növünü sevməlisən. Mən bu idmana sırf bilyard oynamaq üçün gəlməmişdim. Məqsədim var idi. Bunun üçün gündə 8 saat məşq edirdim. Bir il ərzində gənclər arasında Azərbaycan çempionu olduqdan sonra məni böyük yaş kateqoriyasına keçirdilər. 1,5 il ərzində qarşıma qoyduğum hədəfə nail oldum. Bundan sonra karyeramda daim yüksəliş oldu. Nəyə görə? Çünki bilyardı sevirəm. Söz verirəm ki, federasiya prezidenti kimi bu idman növünü Azərbaycanda yüksək səviyyəyə çatdıracağam.

- Türkiyədə bilyard populyar idman növü sayılır. Qardaş ölkənin Semih Sayqıner kimi kifayət qədər tanınan idmançısı var. Gələcəkdə Azərbaycan bilyardında Türkiyə təcrübəsi tətbiq oluna bilərmi?

- Semih Sayqıner bilyardın “karambol” növü ilə məşğuldur. Bu növ bizdə yoxdur. Bu oyunda 3 şar olur ki, maksimum xal yığmalısan. Azərbaycanda bu növ inkişaf etməyib. Hələlik əlimizdə olanları inkişaf etdirək, gələcəkdə digər növlərə də keçərik.

Federasiya prezidenti: Azərbaycanda bilyard idman növünü sıfırdan yaratmaq istəyirik - VİDEOMÜSAHİBƏ

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Afrika ölkələri ilə bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlər qurur

Dominikanda Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Mütəxəssis: Bəzən saniyələrlə olan gecikmələr belə kritik rəqəmsal infrastrukturlar üçün ciddi təsirlər yarada bilər

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

Tədris prosesi distant formada keçiriləcək məktəblərin siyahısı açıqlanıb

Ankarada “Ortaq türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində tədbirlər təşkil olunub

Ayxan Abbasov: Yoldaşlıq matçlarında həm yaxşı oyun, həm də yaxşı nəticə istəyirik

Laşa Amaşukeli: BTQ-nin modernləşdirilməsinin başa çatması Gürcüstan və Azərbaycan üçün mühüm mərhələdir

Millinin qapıçısı: Üç ildən sonra yenidən yığmada olmaq böyük sevincdir

Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib

Bu saata olan əsas xəbərlər

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Eşitmə məhdudiyyətli şəxslərin II Mədəniyyət Festivalı inklüziv cəmiyyətin inkişafına töhfə verəcək

Emin Ağalarov: Rusiyadan olan 50-dən çox sənətçi “DreamFest” musiqi festivalında iştirak etmək üçün Azərbaycana gələcək

Bankların adından saxta kredit səhifələri yaradan şəxslər saxlanılıblar VİDEO

Bankların adından saxta kredit səhifələri yaradan şəxslər saxlanılıblar VİDEO

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib YENİLƏNİB VİDEO

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib YENİLƏNİB VİDEO

Cengiz Akarçeşme: Azərbaycanda voleybol məşqçiləri üçün beynəlxalq seminar yüksək səviyyədə təşkil olunub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırdır VİDEO

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırdır VİDEO

Milli Parkın ərazisində narkotik plantasiyası aşkarlanıb VİDEO

Milli Parkın ərazisində narkotik plantasiyası aşkarlanıb VİDEO

Alpaslan Kesici: Azərbaycan və TDT ölkələri kibertəhlükəsizlik sahəsində ortaq həllər hazırlamalıdır

Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb

Milli mətbəx və dini inanc - Folklor İnstitutunda seminar

Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib

“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi banklarının Şurası”nın növbəti toplantısı keçirilir

AQTA və DİN-in birgə əməliyyatı - 120 kiloqram yararsız ət aşkarlanıb

Estoniyalı mütəxəssis: Azərbaycanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar var

İctimai Birlik rəhbəri: Eşitmə məhdudiyyətli insanlar üçün dövlət qurumları ilə birgə layihələr həyata keçirilir

AMEA Türk dünyası və özəl sektorla texnoloji tərəfdaşlığı genişləndirir

Qarabağda arxeoloji tədqiqatların miqyası genişlənir: Şuşa və Xankəndidə kəşfiyyat işləri aparılır

ƏƏSMN ilə Dünya Bankının icra etdiyi birgə layihələrin əhəmiyyəti diqqətə çatdırılıb

Azərbaycanın Orta Güc statusu ilə bağlı araşdırma dərc olunub

Azərbaycanı Avropa Açıq Turnirində 10 qadın cüdoçu təmsil edəcək

Akademik İsa Həbibbəyli: Arxeologiyada müxtəlif elm sahələrinin əməkdaşlığı önəmlidir

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

BDU-da aparılan elmi tədqiqatlar aqrar sahədə dayanıqlı inkişafa xidmət edir

Dünyada 47 milyon yeni kibertəhlükəsizlik mütəxəssisinə ehtiyac yaranacaq

Millinin voleybolçusu: İsveçlə oyunun çətin keçəcəyini gözləyirik

Bakıda “Foniatriyada yeni üfüqlər” adlı beynəlxalq tədbir təşkil olunub

“Kim dedi ki, səadətə inanma” mahnısının bəstəkarı: Şeirdə ilahi sevgi ilə yanaşı, nostalji duyğular da əksini tapıb VİDEO

“Kim dedi ki, səadətə inanma” mahnısının bəstəkarı: Şeirdə ilahi sevgi ilə yanaşı, nostalji duyğular da əksini tapıb VİDEO

Azərbaycanın enerji və tranzit strategiyası Avrasiyanın iqtisadi inteqrasiyasını sürətləndirir - ŞƏRH

Eyyub Yaqubov: “Kim dedi ki, səadətə inanma” mahnısı yaradıcılığımda özünəməxsus yer tutacaq VİDEO

Eyyub Yaqubov: “Kim dedi ki, səadətə inanma” mahnısı yaradıcılığımda özünəməxsus yer tutacaq VİDEO

Rusiya XİN Azərbaycan ilə mədəni əməkdaşlığın yenidən başlanmasının vacibliyini bəyan edib

“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq

“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub VİDEO

“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub VİDEO

Faiq Qarayev: Avropa Liqasında qrupdan yaxşı nəticə ilə çıxmaq istəyirik

“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfrans başa çatıb

Dünyanın qabaqcıl banklarının neftin qiyməti ilə bağlı proqnozları necədir?

Estoniyalı mütəxəssis: Süni intellekt kibertəhlükəsizlikdə tam avtonom mərhələyə doğru irəliləyir

İsmayıllıda kənd təsərrüfatının inkişafı üçün yeni hədəflər müəyyənləşdirilir

AQTİ vakant vəzifə üzrə işə qəbul elan edir

® “ABB Home” platformasına “Mygov ID” ilə daha sürətli giriş imkanı!

Laçın şəhərinin su təminatı 6 subartezian quyusu vasitəsilə həyata keçirilir

Bu gün artıq Zəngəzur dəhlizi regional layihə statusunu çoxdan geridə qoyub - ŞƏRH

Keşlə qəsəbəsində obyektdə baş verən yanğın söndürülüb

Bakı Texniki Kollecinə müəllim tələb olunur

Estoniya nümayəndəsi: Rəqəmsal transformasiya və kibertəhlükəsizliyi bir-biri ilə toqquşmayan anlayış kimi görürük

Coğrafiyaşünas-alim: Yaz yağıntıları dağlıq ərazilərdə sürüşmə riskini artırıb

“Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalı başa çatıb

Qazaxıstanda 35 metrlik bayraq dirəyi olan Müstəqillik xiyabanı açılıb

Küveyt Dövlətinin Baş naziri Şeyx Əhməd Abdullah əl-Əhməd əl-Sabahdan

Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabahdan

“Milli kimliyin formalaşmasında mənəvi dəyərlərin rolu” mövzusunda görüş

Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifədən

Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tanidən

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanidən

İran xaricdə dondurulmuş aktivlərinin 50 faizinin dərhal qaytarılmasını tələb edir

Ukraynanın sabiq Prezidenti Leonid Kuçmadan

Qanunvericiliyə dəyişikliklər məcburi köçkünlük dönəminin hüquqi baxımdan yekunlaşmasıdır - RƏY

Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edir ŞƏRH

Azamat Abdullayev: Özbəkistan kibertəhlükəsizlik şəbəkəsini gücləndirib

“Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalında klassik musiqi günü

Media: Tayvan gəmi əleyhinə raket arsenalını 1,8 minə çatdırmağı planlaşdırır

Qazaxıstan rəsmisi: Azərbaycanla süni intellekt və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edə bilərik

ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Korn və baş icraçı direktoru Uilyam Darofdan

Azərbaycandan Avropa İttifaqı ölkələrinə məhsul ixracının dəyəri 5 milyard dolları ötüb

Azərbaycandan Ermənistana dizel yanacağı göndərilib VİDEO

Azərbaycandan Ermənistana dizel yanacağı göndərilib VİDEO

OECD: 2030-cu ilədək qlobal polad tələbatının hər il 0,9 faiz artacağı gözlənilir

Fransa və İrlandiya müdafiə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Sabah” Azərbaycan millisinin futbolçusu ilə müqaviləni yeniləyib

İran XİN: Tehran Hörmüz boğazından keçid üçün heç bir ödəniş almayacaq

Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib

Belçika-Azərbaycan Forumunun birinci iclası Brüsseldə təşkil olunub

Polşa Avropa İttifaqına üzvlük yolunda Ukrayna üçün yeni maneəyə çevrilə bilər

Azərbaycanın BƏT-in daha bir Konvensiyasına qoşulmasına dair bildiriş təşkilatın Baş direktoruna təqdim olunub

Qanunsuz quş kəsimi sexində reyd aparılıb

Şəhid Səma Kərimovanın xatirəsi anılıb

Aleksandr Novak: Rusiyanın neft hasilatı azalıb

Azərbaycan Premyer Liqasını tərk edən komandada ayrılıq

“Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 306 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Maqnit qasırğalarının sağlamlığa təsiri: kimlər özünü qorumalıdır?

MEK tanınmış alim Şahbaz Muradovun biblioqrafik göstəricisini hazırlayıb

“Qəbələ” klubu yetirməsi ilə yollarını ayırıb

Donor qanı hansı yoxlamalardan keçirilir?

Tokayev Sülh Şurasının baş müşaviri ilə TRIPP təşəbbüsünü və Orta Dəhlizin inkişafını müzakirə edib

Paytaxt məktəbliləri zona birinciliyində qalib olublar

Böyük Britaniya hökuməti müdafiə sahəsinə investisiyaları ixtisar edə bilər

® “Azerconnect Group” süni intellektəsaslı şəbəkə alyansına üzv olub

Alis Vaydel: Ukraynanın Aİ-yə üzvlüyü Almaniyanın maraqlarına uyğun deyil

Daxili işlər naziri Qazaxda vətəndaşların müraciətlərini dinləyib, Ağstafada isə gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Qazaxda vətəndaşların müraciətlərini dinləyib, Ağstafada isə gənclərin arasından seçim edib VİDEO

“Bayer” yeni baş məşqçisi ilə müqavilə imzalayıb