Sumqayıtda yerləşən yataqxanada yanğın baş verib VİDEO
Bakı, 17 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.