Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Malıbəyli və Quşçular qətliamı: Şahidlər danışır VİDEO

Xocalı, 11 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Ermənilərin XX əsrin 90-cı illərində azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlərdən biri Malıbəyli və Quşçular faciəsidir. 1992-ci il fevralın 11-də Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, çoxlu sayda dinc azərbaycanlı qətlə yetirilib.

AZƏRTAC-ın bölgə müxbiri Malıbəyli və Quşçular kəndlərində olub, 32 il əvvəl baş verən hadisələri kənd sakinlərinin dilindən bir daha yada salıb.

Avtomobilimiz Ağdamın Qaraağacı qəbiristanlığının yanından keçib Xocalı rayonu ərazisinə daxil olur. Bizimlə birlikdə gedən Malıbəyli və Quşçular kəndlərinin sakinləri - Sahib Musayev, Zakir Quliyev və Allahverdi Balakişiyev çox həyəcanlıdırlar. Çünki 32 ildir ayrı düşdükləri, ötən müddətdə hər gün xəyal etdikləri, yuxularında gəlib gəzdikləri doğma yurda qədəm qoyurdular. Onlar, eyni zamanda, kəndlərinin işğalını, ermənilərin törətdikləri vəhşilikləri xatırlayır, yolboyu həm xoş, həm də kədərli xatirələrdən bəhs edirlər.

Əsgəran qəsəbəsini, Xocalını keçirik. Avtomobilimiz Malıbəyli körpüsündən sola dönür. Kənd sakinləri avtomobilin pəncərəsindən doğma yerləri seyr edir, gördüklərini dilə gətirirlər: “Burada bulaq, onun yanında “Üçbulaq” restoranı vardı. Qabaqda qaz idarəsi, sağ tərəfdə alma bağı vardı. Buraya “Yarma” deyirdik. Baxın, bizim ev orda idi. Bura “hamam dərəsi” deyirdilər, armud, tut ağacları vardı. Kənd necə dəyişilib, sanki kəndin yuxarısındakı qayalar qabağa gəlib...”

Elə vəziyyət yaranmışdı ki, ölənlərin cəsədini basdırmaq belə mümkün deyildi

Malıbəyli kəndinin mərkəzinə çatırıq. Kənd sakini Allahverdi Balakişiyev illər keçməsinə baxmayaraq, həmin dəhşətli, çətin günlərin heç zaman unudulmayacağını deyir: “1988-ci ildə başlayan Qarabağ hadisələri 1992-ci ilin fevralında daha da şiddətləndi. Kəndimiz üç tərəfdən hər gün atəşə tutulurdu. Kəndin respublika ilə əlaqəsi tamamilə kəsilmişdi. Mühasirə şəraitində idik. Malıbəyli və Quşçular kəndlərinin əhalisi birləşib müdafiə olunmağa çalışırdı. Düşmən silah-sursat, canlı qüvvə baxımından qat-qat güclü idi. Ona görə layiqli müqavimət göstərməkdə çətinlik çəkirdik. Ərzağımız da tükənirdi. Yanvarın 28-də Ağdamdan Şuşaya uçan vertolyot Xəlfəli kəndinin üzərində Xankəndi istiqamətindən ermənilərin raket atəşi ilə partladıldı. Biz özümüzü müdafiə etmək üçün Azərbaycanın ovaxtkı rəhbərliyinə kömək üçün daim müraciət edirdik, amma heç bir faydası yox idi. Ermənilər biləndə ki, bizim sursatımız tükənir, təzyiqləri daha da gücləndirirdilər. Fevralın 8-9-da düşmənin hücumları daha da kəskinləşdi. Kənd sakinləri ilə qərara gəldik ki, Xocalıya gedək. Xocalı ilə əlaqə saxladıq. Bizim danışığımızı ermənilər də eşidirdi. Kənd sakinlərini pusquya salıb böyük qətliam törədə bilərdilər. Ona görə fevralın 10-da biz Xocalı istiqamətinə deyil, kəndin cənub-şərqindən Quşçulara getməli olduq. Əvvəlcə qocalar, uşaqlar, qız-gəlinləri gizli yollarla Quşçular kəndinə apardıq. Ermənilər həm Xankəndi tərəfdən, həm Dağdağan, həm də Çaqqala deyilən istiqamətlərdən güclü hücuma keçmişdilər. Elə bir vəziyyət yaranmışdı ki, ölənlərin cəsədini basdırmaq belə mümkün deyildi. Fevralın 10-da öldürülən Nazimin və Haqverdinin cəsədləri vurulduğu yerdə qaldı. İki nəfəri - Faiqlə Aydını isə Quşçularda dəfn etdik”.

Kənd sakinləri ilə birlikdə Nazim və Haqverdinin qətlə yetirildiyi yerə yollanırıq. Yolboyu yaşı yüzlərlə olan çinarın yandırıldığını, qədim hamamın dağıdıldığını görürük. Bu isə onu göstərir ki, ermənilər Malıbəyli və Quşçular kəndlərini işğal edən zaman yalnız dinc sakinlərə, evlərə, sosial obyektlərə deyil, tarixi abidələrə, təbiətə qarşı da vandalizm həyata keçiriblər.

Nəhayət, yüksəklikdə Azərbaycan bayraqlarının, ermənilər tərəfindən qətlə yetirilmiş kənd sakinləri Faiq və Aydının şəkilləri vurulmuş əraziyə çatırıq. Kənd sakini Zakir Quliyev deyir: “Fevralın 10-da dayandığımız bu yerdə bizim iki şəhidimiz oldu. Onların cəsədləri burada qalmışdı. Götürməyə və ya dəfn etməyə imkan yox idi. Sonra necə oldu bilmədik. Kənd işğaldan azad olunduqdan sonra sakinlər həmin yerə şəhidlərin şəkillərini və bayraqları vurublar”.

O gün təbiət də sanki şəhidlərin, kəndin dəfn olunması üçün ağ kəfənə bürünmüşdü

Daha sonra 1992-ci il fevralın 10-da Malıbəyli sakinlərinin sağ qalmaq üçün qayalıq, dərə-təpə, kol-koslu gizli yollarla Quşçular istiqamətində getdikləri və şəhid olan kənd sakinlərinin dəfn edildiyi ərazidə olduq. Quşçular kənd sakini Sahib Musayev deyir ki, həmin şaxtalı gecədə bu ərazilərdə 30-40 santimetr qar var idi. O cür hava şəraitində, çətin relyeflə kənd sakinlərinin, xüsusən də yaşlıların, uşaqların, qadınların getməsi olduqca çətin idi.

“Ermənilər növbəli döyüş aparırdılar. Canlı qüvvə baxımdan sayları qat-qat çox idi. Onların məqsədi Malıbəyli və Quşçular kəndləri arasında olan “səngər” və “Teymurun yalı” deyilən yerləri ələ keçirib iki kəndi bir-birindən təcrid eləmək və qətliam törətmək idi. Biz düşmənin niyyətini dərk edir, həmin ərazini müdafiə edirdik. Düşmən bir neçə istiqamətdən hücuma keçir, Harov kəndi tərəfdən ağır texnikadan kəndi intensiv atəşə tuturdu. Belə bir vəziyyətdə fevralın 10-da gecə Malıbəyli camaatı Quşçulara çıxmağa başladı. Malıbəyli camaatı qarlı gecədə daşlı-qayalı, dərəli-təpəli gizli yollarla çox çətinliklərlə Quşçulara gəldilər. Artıq fevralın 11-də Malıbəylidə döyüşənlərdən başqa heç kim qalmamışdı. Səhər saat 8-də biz malıbəylilərə köməyə qalxdıq. Bir müddət döyüşdükdən sonra kəndin müdafiəçiləri mənə dedilər ki, artıq qüvvəmiz tükənir, camaatı çıxarmaq lazımdır. Gəldim kəndə, qərara gəldik ki, çətin, amma sağ-salamat gedilməsi mümkün olan istiqamətdə hərəkət etməliyik. Biz atəş altında dağ-dərə, qarlı yollarla Ağdamın Abdal-Gülablı kəndləri istiqamətinə getdik. Fevralın 11-də axşam Abdal-Gülablıya çatdıq. Biz kəndimizi tərk edəndə üç nəfər qoca sakin - Zeynalova Nübar, Əhmədov Mövsüm və Zeynalova Səriyə kənddə qaldı. Nübar nənənin oğlu Niyaz kişi əsir götürülmüşdü. Onun dediklərinə görə, bu üç qocanı ermənilər yandıraraq öldürüblər. Təkcə öldürülən kənd sakinlərimiz şəhid deyil. Bizim kəndimiz də şəhiddir. O gün təbiət də sanki şəhidlərin, kəndin dəfn olunması üçün ağ kəfənə bürünmüşdü. Bu gün isə bir kəndimizə gələrkən havanın günəşli olduğunu görürük. Bu günə şükürlər olsun ki, 32 ildən sonra biz öz yurdumuza ayaq basırıq, qəbiristanlığımızı ziyarət edirik”.

Malıbəyli sakinləri əzab-əziyyətlə tərk etdikləri doğma yurdlarına toy-büsatla geri dönəcəklər

Fevral ayı olmasına baxmayaraq doğma diyarımızın işğaldan azad edilmiş bu dilbər guşəsində bahar nəfəsi hiss olunur. Baş qaldıran dağ çiçəkləri şəhid qanı ilə suvarılmış Vətən torpağını bəzəməyə çalışır. Tezliklə Qarabağımızın bütün guşələri kimi Malıbəyli və Quşçular kəndləri də yaz libasına bürünəcək.

Bu gün işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Malıbəyli kəndində də bərpa-quruculuq işlərinə başlanılıb. Çox keçməyəcək kənd sakinləri 32 il əvvəl əzab-əziyyətlə tərk etdikləri doğma yurdlarına toy-büsatla geri dönəcəklər.

Qeyd edək ki, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra bu ərazilər separatçılardan təmizlənib. 2023-cü ilin dekabrın 5-də Malıbəyli və Quşçular kənd inzibati ərazi dairələri Şuşa rayonunun tabeliyindən Xocalı rayonunun tabeliyinə verilib.

Malıbəyli və Quşçular qətliamı: Şahidlər danışır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevin vizit kartına çevrilən adası - AZƏRTAC-ın FOTOREPORTAJI

Türkiyə Azərbaycanın mehmanxana biznesi üçün mütəxəssislər hazırlaya bilər

“The Peninsula” qəzeti Qətər-Azərbaycan əlaqələrindən yazıb

İraq və Suriyanın şimalında 16 PKK terrorçusu zərərsizləşdirilib

Azərbaycan “OPEC plus”un 2025-ci ilə olan hasilat razılaşmasına qoşulub

Məhəmməd Şərif: A-Hub Akselerasiya Proqramı gənclərə öz ideyalarını biznesə çevirməyə kömək edir

Mustafa Abitoğlu: “Üzgüçülük hamı üçün” layihəsində yeni bir tarix yazmaq üçün gəlmişik

Türkiyənin bəzi bölgələrində yerli özünüidarə orqanlarına təkrar seçkilər keçirilir

Metronun “28 May” stansiyasında ölüm faktı ilə bağlı araşdırma aparılır

Fərid Qayıbov: Sevindirici haldır ki, üzgüçülük yarışında müxtəlif yaşda olan insanlara rast gəlinir

Qazaxıstanın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Türkiyəli pilotlar Şamaxıda hava şarları festivalında iştirak etməyə hazırlaşırlar

Şahbuz rayonunda 82 millimetrlik minaatan mərmisi aşkar olunub

Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var VİDEO

Azərbaycanda ilk dəfə olaraq Təlimçilər Çempionatı keçirilib

Dağ Yəhudilərinin İrsi Mərkəzində Qurtuluş və Nicat Gününə həsr edilən sərgi açılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

“Üzgüçülük hamı üçün” layihəsinin açılış mərasimi keçirilib

Azərbaycan şahmatçısı “Dubai Open” turnirinin qalibi olub

Rəşad Əzizov: İslam dünyası ölkələrinin böyük startaplar üçün bazara çevrilməsi olduqca vacibdir

Ankarada Azərbaycan milli rəqsləri təqdim edilib

I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı başa çatıb

Şəkidə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı 10 mərkəzdə aparılıb

Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul üzrə test imtahanı keçirilib

A-Hub Akselerasiya Proqramının dünya finalı keçirilib

Azərbaycanın minifutbol millisi Avropa çempionatına darmadağınla başlayıb

İtaliyada Respublika Günü qeyd olunur

Sərnişin metroda stansiya yoluna düşüb

Metyu Brayza: Azərbaycanın COP29-a möhtəşəm ev sahibliyi edəcəyi indidən məlumdur

İstanbulda çökən binada axtarış-xilasetmə işləri başa çatdırılıb - YENİLƏNİB 3 VİDEO

Bəzi magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Sabah bəzi bölgələrdə 35 dərəcə isti olacaq

Azərbaycanın daha bir boksçusu Olimpiadaya vəsiqə qazanıb

Kürdəmirdə yol qəzasında sürücü ölüb VİDEO

“Zəfərlə taclandırılmış Müstəqillik!” adlı maarifləndirici tədbir keçirilib

Bu gün Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək

Binəqədi rayonunda sursat aşkarlanıb VİDEO

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, dolu düşüb, şimşək çaxıb – FAKTİKİ HAVA

Azərbaycanın səhiyyə naziri ilə ÜST-nin Baş direktoru arasında görüş keçirilib

“Azərbaycan Hava Yolları” QSC-nin kollektivi Fəxri xiyabanı ziyarət ediblər

İtaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Sercio Mattarellaya

Bu gün qəbul imtahanında iştirak edən ən yaşlı abituriyentin yaşı 58, ən gəncinin isə 16-dır

“Qarabağ” Çempionlar Liqasında yarışa II təsnifat mərhələsindən başlayacaq

Zelenski ABŞ müdafiə naziri ilə görüşüb

İstanbul sahillərində qayıq estakada ilə toqquşaraq batıb, 10 nəfər xilas edilib

Bu gün Qəbələdə beynəlxalq basketbol turnirinə start veriləcək

Heydər Əliyev Beynəlxalq Aeroportu: Regional hava limanlarından yeni reyslərin açılması gözlənilir

Bakı aeroportundan uçuş həyata keçirəcək loukosterlərin sayının artırılması planlaşdırılır

Dünya hava məkanında mühüm yerə malik olan 86 illik mülki aviasiyamız

Rostov vilayətində meşə yanğınının sahəsi 117 hektara çatıb

Bu gün Xalq rəssamı Toğrul Nərimanbəyovun anım günüdür

Leyla Bəşirova: Akrobatikada ən vacib məsələ bir-birini hiss etməkdir

Antalyada Roma dövrünə aid heykəllər tapılıb

Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul imtahanı keçirilir

Bu gün 36 minə yaxın abituriyent I və IV ixtisas qrupları üzrə qəbul imtahanı verir

IV Məktəblərarası Rəsm Müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakıdakı Rus evində gənc rəssamların əsərlərdən ibarət sərgi açılıb

İstanbuldakı Heydər Əliyev adına məktəbin şagirdləri ilə maarifləndirici görüş keçirilib

Yod çatışmazlığı əqli geriliyə səbəb ola bilər

Türkiyənin xarici işlər naziri Çinə rəsmi səfər edəcək

"Fənərbağça"nın anlaşdığı Joze Mourinyo sabah İstanbula gəlir

Bakıda görkəmli türkmən mütəfəkkiri və şairi Dövlətməhəmməd Azadi haqqında kitabın təqdimatı olub

Azərbaycan alimi Almaz Ülvinin “Xarəzm heyrəti” kitabı çap olunub

"Real Madrid" Çempionlar Liqasının qalibi olub YENİLƏNİB

Rəşad Əzizov: Hazırda Mədəniyyət Nazirliyi yaradıcı sənayelərin inkişafı üçün Yol xəritəsinin hazırlanması ilə məşğuldur

Qazaxda “Xoşbəxt olsun uşaqlar” adlı tədbir təşkil edilib

Ölkə ərazisində yaş barama tədarükünə başlanılıb

Sumqayıtda ayparaçıların uşaqlara bayram hədiyyəsi

Naxçıvan şəhərində qəza olub, xəsarət alan var

Axşam saatlarında Qaxa leysan və dolu yağıb, bu dəfə fəsadsız ötüşüb

Azərbaycan millisinin voleybolçusu: Sabah meydana qələbə qazanmaq üçün çıxacağıq

Zaqatala və Gədəbəy rayonlarına dolu düşüb

Yekaterinburqda azərbaycanlı tələbələr arasında minifutbol turniri keçirilib

Dövlət Teatr Muzeyində tədbir - Uşaqların sevinci

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli Nobel mükafatı laureatı Əziz Səncərlə görüşüb

Qızıl Avropa Liqası: Azərbaycan millisi son matçında da məğlub olub

Nobel mükafatçısı Əziz Səncər Naxçıvan Dövlət Universitetində olub

Küləkli hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edilib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şəhid övladlarının Bulvar gəzintisi təşkil olunub

Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” təşkil olunub

Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 metr/saniyəyə çatır

Bəzi bölgələrdə leysan xarakterli yağış yağıb, Goranboy rayonuna dolu düşüb – FAKTİKİ HAVA

İsmayıllıda dəhşətli yol qəzası baş verib: Ölən və xəsarət alanlar var VİDEO

Fransız Polineziyasının nümayəndə heyəti Medianın İnkişafı Agentliyində olub

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Bakı Zooloji Parkında “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş “Gələcək uşaqlara məxsusdur” adlı şənlik təşkil olunub

Azərbaycan ilə Qırğızıstan arasında hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Xarkov raketlə vurulub, azı 9 mülki şəxs həlak olub

“Böyük Qayıdış: Uşaqlar üçün yeni dövrün başlanğıcı” mövzusunda konfrans təşkil edilib

Ölkəyə 60 kiloqram narkotik maddə gətirən daha iki narkokuryer saxlanılıb VİDEO

Bakıda gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turnirinin açılış mərasimi olub VİDEO

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 4 saylı cəzaçəkmə müəssisəsində açıq qapı günü keçirilib

Budapeşt şəhərində “Huma Quşu” Təhsilə Yardım Fondunun təqdimatı keçirilib

“Açıq büdcə indeksi-2023” üzrə Azərbaycanın mövqeyi onu ən qabaqcıl ölkələrə yaxınlaşdırıb

Rəşad Sadıqov: Sabah final oyunundan həzz almaq istəyirik

IDEA “Sevincini bölüş” kampaniyası çərçivəsində uşaqlar üçün növbəti aksiya keçirib

Şamaxıda uşaqlar üçün musiqili proqram təşkil edilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Müdafiə Nazirliyinin növbəti tədbiri keçirilib

Neftçalada “Yaşıl həyat uşaqların gözü ilə” adlı bayram şənliyi təşkil olunub