Azərbaycan Dövlət İnformasiya Agentliyi

Soyqırımının şahidləri o dəhşətli günlərdən danışırlar – AZƏRTAC Xocalıdan xəbər verir VİDEO

Xocalı, 25 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı faciəsi xüsusi amansızlığına görə seçilir. Kütləvi qətliam zamanı Xocalı şəhəri bir gecədə yerlə-yeksan edilib, qadın, uşaq və qoca demədən, 613 günahsız insan məhz azərbaycanlı olduqlarına görə qətlə yetirilib. 32 il keçməsinə baxmayaraq, xalqımız bu faciənin mənəvi ağrısını, onun dəhşətlərini qəlbində daşıyır, həmin günü unutmur.

AZƏRTAC-ın bölgə müxbiri Xocalıda olub, 32 il əvvəl baş verən qanlı hadisələri sakinlərin dilindən dinləyib. Onun qeydlərini təqdim edirik.

Qan yaddaşı

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü.

Erməni vandalları Şəhidlər xiyabanındakı qəbirləri qazıblar

Avtomobilimiz Ağdam rayonunun Evoğlu kəndi ərazisindəki postdan keçib işğaldan azad edilmiş ərazilərə daxil olur. Bizimlə birlikdə gedən Xocalı sakinləri Vəliyəddin Quliyev, Qaryağdı Quliyev və Şahin Əzimov çox həyəcanlıdırlar. Çünki 32 il əvvəl ayaqyalın, meşələrlə, dağlarla güllə yağışı altında tərk etdikləri torpaqlara qədəm qoyurlar. Onlar işğal altında olan torpaqlarımızın azad edilməsinə, şəhidlərimizin qisasının alınmasına görə təskinlik tapsalar da, hələ də o dəhşətli hadisələrin ağrı-acısını yaşayır, dinc əhaliyə qarşı törədilən vəhşiliklərin təsirindən çıxa bilmirlər.

Sarıcalı, Ağdamkənd kəndlərini keçib Ağdam şəhərinə çatırıq. Qaryağdı kişi Şəhidlər xiyabanında dayanmağımızı xahiş edir. Xocalı faciəsi zamanı qətlə yetirilən dinc sakinlərin bir hissəsi Ağdam Şəhidlər xiyabanında dəfn olunub. İşğal dövründə erməni vandalları Şəhidlər xiyabanındakı qəbirləri qazaraq dağıdıblar.

Vəliyəddin dayı: “Başı kəsilmiş, gözü çıxarılmış insanlar gördüm”

Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra yolumuza davam edirik. Əsgəran qalasına yaxınlaşırıq. Sol tərəfdə dağlar görünür. Vəliyəddin Quliyev ağ qayanı göstərib “camaatı bax orada qırdılar”, - deyir. Avtomobildən düşürük. 80 yaşlı Vəliyəddin dayı ətrafa göz gəzdirib dərindən köks ötürür: “Fevralın 25-dən 26-na keçən gecə saat 11-də atışma başladı. Ermənilər Xankəndi tərəfdən zirehli texnikalarla hücuma keçdilər. Camaat naəlac qalıb Xocalını tərk etməli oldu. Qarqar çayını keçib dağlarla - Ağdama tərəf getməyə başladıq. Dəhşətli gecə idi. Bax o istiqamətdən - Naxçıvanik tərəfdən bir maşın gəldi. Elə bu vaxt camaatı atəşə tutmağa başladılar. Camaatı orda qırdılar... Qızımın qaynanası yaralanmışdı. Onu Ağdamın Şelli kəndinə qədər belimdə apardım. Həmin gecə hər cür vəhşiliklərin şahidi oldum. Başı kəsilmiş, gözü çıxarılmış insanlar gördüm. Oğlumu itirdim, bu vaxta qədər xəbər ala bilmirik...”.

Qaryağdı Quliyev: “Bu günə qədər həyat yoldaşımdan və uşaqlarımdan heç bir xəbər yoxdur”

Avtomobilə minib yolumuza davam edirik. Əsgəran qalasından Xocalıya qədər 4 kilometr məsafə var. Nəhayət, Xocalı şəhərinə çatırıq. Badara çayının sahilində avtomobildən düşürük. Digər həmsöhbətim Qaryağdı Quliyev deyir ki, 32 il əvvəl ailəsi ilə birlikdə Xocalını tərk edib, bu çay vasitəsilə xilas olmağa çalışmışdı.

“Həmin gecə mən avtomobil qarajında gözətçi idim. Axşam 366-cı alayın tanklarının səsini eşitdim. Elə bildim təlimə gedirlər. Gördüm tanklar Ballıca istiqamətinə yön alıblar. Tankların bir hissəsi aeroport istiqamətində, digər hissəsi isə Mehdikənddən Qaladərəsi tərəfə getdi. Atəş səsləri eşidildi. Aeroportu və Qaladərəsini tutub atəş aça-aça Xocalıya istiqamət aldılar. Camaat yığışdı poçtun yanına. Rabitə işçiləri Ağdam və Şuşadan kömək istəsələr də, kömək gəlmədi. Gördük ki, ermənilər yaxınlaşır, Badara çayı ilə dağa tərəf getməyə başladıq. Oradan camaat bölünüb müxtəlif istiqamətlərə yön aldı. Biz Dəhraz kəndinə tərəf getdik. Ayın 26-sı səhər açıldı. Soyuqdan çoxlu uşaq, qadın donub öldü. Bir tərəfdən də ermənilər arxamızca gəlib atəşə tuturdular. Camaat həm soyuqdan, həm də ermənilərin atəşindən qırılırdı. Gözümüzün qarşısında camaatın bir hissəsini tutub apardılar. Həmin gecə mən ailəmi – həyat yoldaşımı, üç azyaşlı övladımı itirdim. Qardaşım xəstələnmişdi, gedə bilmirdi. Qardaşım dedi ki, məni qoy, ailənlə çıx get. Mən qardaşımı qoyub gedə bilmədim. Ailəm camaata qoşulub getdi. Qardaşımla mən çətinliklə fevralın 29-da Ağdamın Gülablı kəndinə gəlib çıxdıq. Qardaşımı xəstəxanaya yerləşdirdilər. Ailəmi tapa bilmədim. İstədim meşəyə qayıdam, axtaram qoymadılar. Bu günə qədər həyat yoldaşımdan və uşaqlarımdan heç bir xəbər yoxdur. Oğlumun 7, qızlarımın birinin 13, digərinin 11 yaşı vardı...”.

Şahin Əzimov: “Təkcə ata-anamı deyil, gəncliyimi, xoşbəxtliyimi də itirdim...”

Xocalı faciəsi zamanı 17 yaşı olan Şahin Əzimov aldığı mənəvi yaranın ağrısını yaşayır, həmin gecənin dəhşətlərinin təsirindən çıxa bilmir. Deyir ki, həmin gecə təkcə ata-anasını deyil, gəncliyini, xoşbəxtliyini də itirib. Onunla bir zamanlar qayğısız yaşadığı evlərinin həyətində söhbət edirik. “Dayandığımız yer bizim həyətimizdir. Burada bizim evimiz vardı. 1992-ci ilin fevral ayına qədər burada xoşbəxt günlərimiz olub. Fevralın 25-dən 26-na keçən gecə ermənilər hücum edəndə biz də Xocalıdan çıxmağa məcbur olduq. Ağdam istiqamətində getdik, Qaraqaya deyilən yerdə ermənilər qarşımızı kəsib atəş açmağa başladılar. Çox insan öldü orda, atam, anam yaralandı. Atam dedi ki, “qaç canını qurtar”. Hər tərəfdən mühasirəyə almışdılar. Çıxmaq çətin idi. Orada yüzlərlə insan gözümün qabağında öldürüldü. Çox dəhşətli idi. Atamı, anamı yaralı vəziyyətdə qoyub getməli oldum. Sonra onların cəsədlərini Ağdama gətirəndə gördüm ki, ermənilər hər birini güllə-boran ediblər... Şükürlər olsun ki, torpaqlarımız işğaldan azad olunub və mən bu gün Xocalıya, həyətimizə gəlmişəm. Yəqin ki, bütün şəhidlərin, o cümlədən atamın, anamın ruhu şaddır. Prezidentimizə, ordumuza minnətdaram. Allah şəhidlərimizə rəhmət eləsin” - deyə, Xocalı sakini bildirib.

Tezliklə Xocalının xoşbəxt günləri yenidən başlayacaq

Sakinlərlə birlikdə Xocalı qəbiristanlığına da baş çəkdik. Erməni vandalları qəbiristanlığı dağıtsalar da, məzar daşlarının bəziləri salamat qalıb. Qaryağdı kişi ata-anasının məzarını tapıb dua oxuyur.

Xocalı sakinləri 32 il əvvəl baş verənləri xatırladıqca o dəhşətləri yenidən yaşayaraq dərin kədər hissi keçirir, digər tərəfdən doğma torpaqlarına ayaq basdıqlarına görə şükranlıq edir, şəhərdə aparılan bərpa-quruculuq işlərinə görə sevinirdilər. Çünki çox keçməyəcək, 32 il əvvəl əzab-əziyyətlə tərk etdikləri doğma yurdlarına toy-büsatla qayıdacaq və burada xoşbəxt yaşayacaqlar.

 

Soyqırımının şahidləri o dəhşətli günlərdən danışırlar – AZƏRTAC Xocalıdan xəbər verir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə bədii-musiqili tədbir həsr olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO