SİYASƏT
Nazir: Uzun illər cinayətkarların məsuliyyətə cəlb olunmamaları Ermənistanda cəzasızlıq mühiti yaradıb VİDEO

Bakı, 26 fevral, AZƏRTAC
Xocalı faciəsini törətmiş cinayətkarların cinayət məsuliyyətinə cəlb olunması, tarixi ədalətin bərpa edilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən ardıcıl və sistemli işlər görülüb. Uzun illər ərzində cinayətkarların cinayət məsuliyyətinə cəlb olunmamaları Ermənistanda cəzasızlıq mühiti yaradıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə müsahibəsində söyləyib.
O bildirib ki, Xocalı cinayətkarları son dövrdə cinayət məsuliyyətinə cəlb edilib. Bu istiqamətdə işlər davam etdirilir.