FHN: Binəqədi rayonunda qanunsuz tikili sökülüb VİDEO
Bakı, 1 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu çərçivədə, Bakı şəhərinin Binəqədi rayonu ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkarlanıb.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirdikləri tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.