Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
Şamaxı, 23 aprel, Rəşad Türkoğlu, AZƏRTAC
Şamaxıya yağan leysan bəzi fəsadlar törədib.
Yerli sakinlər AZƏRTAC-ın əməkdaşına bildiriblər ki, yağan yağışdan sonra dağlardan gələn sel sularının Şamaxı-Pirqulu avtomobil yoluna çıxması nəticəsində avtomobillərin hərəkətində bir müddət çətinlik yaranıb.
Yağış səbəbindən rayonun Əngəxaran və Çuxuryurd kəndlərində vətəndaşlara məxsus meyvə bağlarını, əkin sahələrini, həmçinin həyətləri, evləri, yardımçı tikililəri su basıb.