Şəkərabad-Babək şəhər-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunda təmir-bərpa işləri aparılır VİDEO
Naxçıvan, 27 may, AZƏRTAC
Babək rayonunda Şəkərabad-Babək şəhər-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunda təmir-bərpa işləri aparılır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yolun deformasiyaya uğramış hissələrində köhnə asfalt-beton örtüyü frezlənərək yeni asfalt-beton örtüyü salınır, deformasiyaya uğramış örtük bərpa edilir.
Təmir-bərpa işlərinin bir neçə gün ərzində yekunlaşdırılması nəzərdə tutulur. Həmin yolda nəqliyyat axının intensivliyi nəzərə alınaraq hərəkət məhdudlaşdırılmayıb. Yalnız ərazidən keçən avtonəqliyyat vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından işlərin aparıldığı hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq edilib.