Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qubada “İllərin sənətkarı” milli aşpazlar mükafatı təqdim olunub FOTO VİDEO

Quba, 27 may, Elxan Yusifli, AZƏRTAC

Mayın 27-də Qubada “İllərin sənətkarı” milli aşpazlar mükafatı təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Azərbaycan Aşpazlar Gildiyası” və “Diyar.Az” qastronomiya xəritəsinin layihə rəhbəri, Dünya Restoran İdmanı Federasiyasının vitse-prezidenti Nigar Əmirbəyova tərəfindən birgə təsis edilən mükafata Qubada fəaliyyət göstərən iki istedadlı aşpaz layiq görülüb.

Təqdimatdan öncə qonaqlar baş aşpaz Xalid Fətullayevin daş üzərində dadlı yeməklər bişirmə prosesini izləyiblər. İyirmi üç ildir aşpazlıq edən X.Fətullayev məlumat verib ki, burada qədim Azərbaycan mətbəxinin elementləri öz əksini tapıb. Üzərində yemək bişirilən daşlar Şahdağın ətəklərindən, “Atəşgah” adlanan yerdən gətirilib. Ucqar dağ kəndlərində daş üzərində yemək bişirmək ənənəsi bu gün də yaşadılır.

“Daş üzərində bişirilən can əti, quzu əti, toyuq, balıq, göbələk, tərəvəz və digər təamlar ləziz dada malik olur. Ət qurumur, ətirli və dadlı qalır. Bu, qədimdən bizə gəlib çatan bir mətbəx növüdür. Biz bu ənənələri qoruyub saxlamalı və gələcək nəsillərə ötürməliyik. Bizim daşüstü yeməkləri dadan yerli, həm də xarici turistlər çox bəyənirlər”, - deyə o əlavə edib.

Tədbirin təşkilatçılarından olan Nigar Əmirbəyova bildirib ki, bu il ilk dəfədir mükafatlandırma mərasimi bölgədə təşkil edilir.

“Paytaxtla yanaşı, bizim bölgələrimizdə də çox istedadlı aşpazlar var. Onları tanıtmaq, geniş auditoriyaya təqdim etmək lazımdır. Bəzən bölgələrdən olan sənətkarlar Bakı şəhərində keçirilən təqdimatlardan kənarda qalır. Ona görə də qərara aldıq ki, özümüz bölgələrə səfər edib, istedadlı aşpazları mükafatlandıraq. Bu gün Qubada iki çox bacarıqlı aşpaza sertifikat və medal təqdim edəcəyik. Milli aşpazlar mükafatının ənənəvi təqdim olunması və ölkəmizin bütün bölgələrini əhatə etməsi nəzərdə tutulub. Bununla da Azərbaycan milli mətbəxini təbliğ edən bütün usta aşpazları önə çıxarmaq mümkün olacaq”, - deyə Nigar Əmirbəyova qeyd edib.

“Azərbaycan Aşpazlar Gildiyası”nın təsisçisi, Bakı Kulinariya Assosiasiyasının sədri İlkin Əkbərzadə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, mükafatlandırılanlar kulinariya sahəsində uzun illər təcrübəsi olan və öz peşəkarlığı ilə seçilən aşpazlardır: “İllərin sənətkarı” mükafatını təqdim etməkdə əsas məqsəd Azərbaycan milli mətbəxinin usta aşpazlarını və bu sahədə əməyi keçən şəxsləri tanıtmaqdır. Çünki milli mətbəximizin dünyada təmsil edilməsində aşpazlarımızın xüsusi rolu var”.

“İllərin sənətkarı” mükafatının təqdimatı ötən il Bakı şəhərində oldu. Paytaxtdan və regionlardan 40-a yaxın aşpaz mükafatlandırılmışdı. Amma bölgələrdən olan bəzi istedadlı aşpazlarımız həmin tədbirə qatıla bilməmişdi. Buna görə də biz mükafatın təqdimatını bölgələrimizdə də təşkil etmək qərarına gəldik. İlk səfərimiz Qubaya oldu. Azərbaycan milli mətbəxi çox zəngin ənənələrə malikdir. Mədəniyyətimizin bir hissəsi olan milli mətbəximizi yüksək səviyyədə təqdim və təmsil etmək isə bu sahənin peşəkarları olan aşpazların üzərinə düşür. Bizim məqsədimiz paytaxtda və bölgələrdə yaşayan təcrübəli aşpazlarımızı ictimaiyyətlə yaxından tanış etməkdir. Cəmiyyətimizdə bu sahədə fəal olan çoxlu gənclərimiz var və ümid edirəm ki, onlar bu sahənin inkişafına öz töhfələrini verəcəklər”, - deyə İlkin Əkbərzadə vurğulayıb.

Qonaqlara qubalı aşpaz Tatyana Xəlilovanın hazırladığı qazan yeməkləri də təqdim olunub. Saxsı qabda bişirilən kənd toyuğundan Quba pitisi, əməköməci yarpağında dolma, saxsı küpdə göbələk və başqa təamlar maraqla qarşılanıb.

Qonaqlar usta aşpazların hazırladığı milli mətbəximizin ləziz təamlarından dadıblar.

Gənc aşpaz, Bakı Kulinariya Assosiasiyasının komanda kapitanı Sərxan İmanlı bildirib ki, bu kimi tədbirlər təcrübə toplamaq baxımından da olduqca əhəmiyyətlidir: “Bizim kimi gənc aşpazlar illərini bu sənətə verən ustaların təcrübəsindən faydalanırlar. Qubada daş üzərində bişirilən təamlar diqqətimi çəkdi. Biz bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərindən yarışdan qayıtmışıq. Nailiyyətlərimiz çox oldu. Qızıl, gümüş və bürünc medallar qazandıq. Mən yalnız finalda çinli aşpazdan geri qalaraq gümüş medal qazandım. Çalışırıq ki, Azərbaycanımızın milli yeməklərini modern şəkildə dünyaya tanıdaq. Yarışda albalı qovurma, balıq sırdağı və ləvəngilər təqdim etmişdik”, - deyə o bildirib.

Daha sonra “İllərin sənətkarı” milli mükafatı təqdim edilib. Qubalı usta aşpazlar Xalid Fətullayev və Tatyana Xəlilova “Azərbaycan Kulinariyasının inkişafında xüsusi xidmətlərinə görə” sertifikat və medalla təltif ediliblər.

Mükafatçılar onların fəaliyyətini yüksək səviyyədə qiymətləndirdiklərinə görə təşkilatçılara təşəkkürlərini bildiriblər.

Qubada “İllərin sənətkarı” milli aşpazlar mükafatı təqdim olunub  FOTO VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

Cəbrayılda mina partlayıb, 1 nəfər xəsarət alıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb

Azərbaycan Kubokunda daha üç oyun keçirilib

Aygün Attar: Azərbaycan beynəlxalq münasibətlərdə təşəbbüskar aktor kimi mövqeyini gücləndirir

BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub

“AzerGold”un rəhbəri “Yüksəliş”in qalibi ilə fəaliyyətin səmərəli planlaşdırılmasına dair təcrübəsini bölüşüb

Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişlənir - ŞƏRH

Azərbaycan-Mərkəzi Asiya münasibətlərində keyfiyyətcə yeni mərhələ formalaşır - ŞƏRH

Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirib

Səyyar ASAN xidmət İsmayıllıda

Dövlət müəssisələrinin rəqəmsal monitorinqi” altsistemində 1113 müəssisə qeydiyyatdan keçib

MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər

Dövlət İdarəçilik Akademiyasında yeni dərslik təqdim edilib: “Davamlı inkişaf siyasəti”

Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib, 23 motoxuliqan saxlanılıb VİDEO

Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib, 23 motoxuliqan saxlanılıb VİDEO

Rumıniyalı səyyah: Şuşa qalasında olduq və bizə Qarabağın simvolu olan Xarıbülbül barədə məlumat verildi

Azərbaycanlı alim Özbəkistanda beynəlxalq konfransda məruzə edib

Fransada lisey şagirdinin şikayəti əsasında “qətlə cəhd” ittihamı üzrə araşdırma başlanıb

Ekspert: Bakının təşəbbüskar diplomatiyaya keçidi kifayət qədər ciddi strateji dəyişiklikdir

ABŞ-dən olan səyyah: Şuşa çox gözəl şəhərdir

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər

Orta Dəhlizin inkişafı Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrini genişləndirir - ŞƏRH

Ekspert: Azərbaycan və Mərkəzi Asiya arasında əməkdaşlıq vahid regional platformaya çevrilir

Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb

Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir

“Sabah”ın sabiq futbolçusu: Messidəki bacarıqları sonra heç bir oyunçuda görmədim

Dünəndən sabaha: Azərbaycan gəncliyinin tarixi missiyası

Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 149 icazə verilib

Tramp administrasiyası iş icazələri üçün əcnəbi tələbələrdən 70 min dollar almağı planlaşdırır

Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB VİDEO

Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB VİDEO

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində informasiya sistemlərinin fəaliyyətində yaranmış fasilələrin səbəbi açıqlanıb

Londondakı yeganə Azərbaycan restoranından REPORTAJ

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq

Kanadalı yazıçı Enn Karson ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü YENİLƏNİB

Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub

Şohin Talbakzoda: İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu mühüm platformaya çevrilib

Cənubi Koreya ilk hipersəs raketini uğurla sınaqdan keçirib

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

Mərkəzi Asiya ilə logistika əməkdaşlığının genişlənməsi Azərbaycanın Orta Dəhlizdə rolunu daha da gücləndirəcək - ŞƏRH

Dizayner Aynur Xəlilova “Filtrsiz” podkastının qonağı olub VİDEO

Dizayner Aynur Xəlilova “Filtrsiz” podkastının qonağı olub VİDEO

Bakıda itkin şəxslərin ekspertizası, molekulyar genetikası və DNT əsaslı identifikasiyası üzrə müzakirələr aparılıb VİDEO

Bakıda itkin şəxslərin ekspertizası, molekulyar genetikası və DNT əsaslı identifikasiyası üzrə müzakirələr aparılıb VİDEO

Müstəqil media adı altında dezinformasiya: təsadüf, yoxsa məqsədli qərəz?

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalının qonağı Canq Ci ilə MÜSAHİBƏ

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığında media əməkdaşlığının rolu vurğulanıb

GDU-da şəhid məzun Fərman Əsədlinin adına auditoriya yaradılıb

Media: Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində həyat normal axarına qayıdır

Müdafiə Nazirliyi: Türkiyə hərbi güc və vasitələrinin Səudiyyə Ərəbistanına göndərilməsi istiqamətində tədbirlər görüb

Milli Kitabxanada Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb

Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır

“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb

Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub VİDEO

Kolumbiya nümayəndəsi: İtkin düşmüş şəxslərin axtarışı etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər VİDEO

Kolumbiya nümayəndəsi: İtkin düşmüş şəxslərin axtarışı etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər VİDEO

“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb

“Azərbaycanda alman izləri - ortaq tarix” - Berlində təqdimat

Çindən Azərbaycana dəmir yolu ilə daşınan blok-qatarların sayı 40 faiz artıb

“Azərkosmos” Beynəlxalq Kosmik Hüquq İnstitutu ilə memorandum imzalayıb

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük VİDEO

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük VİDEO

Azərbaycanın Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı səylərin əlaqələndirilməsində mühüm rol oynayır

“Asos” milyonlarla müştərinin məlumatlarının oğurlandığını açıqlayıb

Avropa Parlamentində Gürcüstanla bağlı fikir ayrılığı yaranıb

Fatih Birol: İndiyədək strateji neft ehtiyatlarından 325 milyon barel bazara çıxarılıb

Qətərin şimalında neft tankeri vurulub, xəsarət alanlar var

Diyeqo Qayol: Meksika Azərbaycanla insan identifikasiyası sahəsində əməkdaşlığı məmnunluqla qarşılayar

Azərbaycan və Mərkəzi Asiya ölkələri regional təhlükəsizliyi təmin etmək əzmindədir