Azərbaycan Milli Kitabxanasından VİDEOREPORTAJ
Bakı, 28 iyun, AZƏRTAC
Bir əsrlik fəaliyyəti dövründə Azərbaycan xalqının elm məbədinə çevrilən Milli Kitabxanadayıq. Paytaxtımızın ən gözəl məkanlarından birində yerləşən bu bilik məbədi nəyinki Qafqazın, eləcə də Avropanın ən böyük milli kitabxanalarından biridir. Bu əzəmətli kitabxananın qapıları bütün kitabsevərlərin üzünə açıq olur və hər kəs kitabxananın xidmətlərindən rahatlıqla faydalana bilir.
AZƏRTAC-ın çəkiliş qrupu kitabxanada olub və bu elm məbədinin bir günlük fəaliyyətini işıqlandırıb.