Qəbələdə avtomobil ağaca çırpılıb, sürücü ölüb VİDEO
Qəbələ, 14 avqust, AZƏRTAC
Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Nohurqışlaq kəndi ərazisindən keçən hissəsində sürücü Əhməd Rəsulzadənin idarə etdiyi BMW markalı avtomobil hərəkətdə olarkən yoldan çıxaraq ağaca çırpılıb. Qəzanın təsirindən avtomobilə ciddi ziyan dəyib.
Hadisə yerinə cəlb edilən Təcili Tibbi Yardım briqadasının köməyi ilə Əhməd Rəsulzadə xəstəxanaya çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata əsasən, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı təhqiqat aparılır.