Sabirabadda suda boğulan gəncin cəsədi tapılıb YENİLƏNİB VİDEO
Sabirabad, 26 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabadda suya düşərək boğulan 17 yaşlı oğlanın cəsədi tapılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, günorta saatlarında qeydə alınan hadisə zamanı suda boğulan Quliyev Elçin Eldəniz oğlunun axtarışları üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Aparılan axtarışlar zamanı Elçin Quliyevin cəsədi saat 20 radələrində batdığı yerdən təxminən beş kilometr aralı məsafədə tapılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
14:56
Sabirabadda 17 yaşlı oğlan su kanalına düşərək boğulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə günorta saatlarında rayonun Məmişlər və Kürkəndi kəndləri ərazisindən keçən su kanalında qeydə alınıb. Rayonun Məmişlər kənd sakini, 2007-ci il təvəllüdlü Quliyev Elçin Eldəniz oğlu su kanalına düşərək boğulub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Hazırda axtarışlar davam edir.