31 mart soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir
Bakı, 30 mart (AZƏRTAC). Martın 30-da İstiqlal Muzeyində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Bakı Dövlət Universiteti (BDU) Azərbaycan tarixi kafedrasının professoru, tarix elmləri doktoru Süleyman Əliyarlı azərbaycanlıların soyqırımı tarixindən, XX əsrin əvvəllərində erməni daşnaklarının “böyük Ermənistan” yaratmaq xülyası ilə Bakıda və digər qəzalarda törətdikləri vəhşiliklərdən danışmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Firdovsiyyə Əhmədova, BDU-nun mənbəşünaslıq-tarixşünaslıq metodikası kafedrasının müdiri Anar İsgəndərli və başqaları erməni cəlladlarının Bakı və Bakıətrafı kəndlərdə, eləcə də Qubada, Şamaxıda, Qarabağda, Zəngəzurda, Naxçıvanda və s. ərazilərdə qırğınlar, talanlar, yanğınlar və digər vəhşilik aktları həyata keçirmələrindən danışmışlar.
Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanına uyğun olaraq hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Natiqlər ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində göstərdiyi səylərdən danışmışlar.
Tədbirdə Ali Hərbi Dənizçilik Məktəbinin kursantları, tələbələr və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]