REGİONLAR
Tovuzda zəhərlənənlərin əksəriyyəti ambulator müalicə üçün evə buraxılıb VİDEO
Tovuz, 16 oktyabr, AZƏRTAC
Tovuzda dönərdən zəhərləndikləri ehtimal olunan şəxslərin böyük əksəriyyəti ambulator müalicə üçün evə buraxılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Tovuz Rayon Mərkəzi Xəstəxanasından bildirilib. Qeyd olunub ki, zəhərlənmə şübhəsi ilə Təcili yardım şöbəsinə, ümumilikdə, 21 nəfər hospitalizasiya edilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda xəstəxananın Yoluxucu xəstəliklər şöbəsində 7 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
Digər şəxslər isə ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, faktla bağlı rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə araşdırma aparılır.