Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərənin Həsənriz kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıblar YENİLƏNİB VİDEO

Ağdərə, 18 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı sakinlərlə görüşüb söhbət etdi.

Prezident İlham Əliyev: Salaməleyküm. Xoş gördük, bayramınız mübarək olsun!

Sakinlər: Salam, xoş gəlmisiniz, Sizin də bayramınız mübarək olsun, Ramazan bayramınız da mübarək.

Prezident İlham Əliyev: Necəsiniz?

Sakinlər: Xoş gəlmisiniz, cənab Prezident, Sizinlə həmsöhbət olmaq bizim üçün şərəfdir. Xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Siz də xoş gəlmisiniz. Nə vaxt gəlmisiniz?

Kişi sakin: Biz mart ayının əvvəlindən - 3-dən buradayıq.

Prezident İlham Əliyev: Artıq yerləşmisiniz.

Kişi sakin: Bəli, yerləşmişik, çox gözəldir. İnanın ki, bura həmişə arzumuzda olub, o dağların arxasından buraya həsrətlə baxmışıq. İndi hər şey gerçəkliyə çevrilib.

Qadın sakin: Allah Sizdən razı olsun ki, bu günü bizə yaşatdınız.

Prezident İlham Əliyev: Sağ olun. Bu gözəl bayram günündə artıq sizinlə birlikdə burada olmaq mənim üçün də çox xoşdur. Həsənriz kəndi qədim Azərbaycan kəndidir, bilirsiniz. Burada Azərbaycan xalqı əsrlər boyu yaşayıb, hətta çar Rusiyası dövründə dərc edilmiş xəritələrdə Həsənrizin adı var - Həsənriz kəndi. Qanunsuz olaraq Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılandan sonra ermənilər başqa yerlərdən gətirilərək burada məskunlaşdırıldı və bunun adı da dəyişdirildi. Artıq adını da bərpa etdik, tarixi ədaləti də bərpa etdik, Azərbaycan xalqı da buraya qayıdıb, indi rahat, xoşbəxt yaşayacaq.

Kişi sakin: Ədalət də bərpa olundu. Hamısı Sizin sayənizdə.

Qadın sakin: Allah Sizi qorusun, ailənizi qorusun. Sizin və güclü siyasətinizin sayəsində biz bu gün firavan yaşayırıq.

Digər kişi sakin: 33 ildən sonra bizi doğma Vətənə, ata-baba yurduna qaytarmağınız bizim üçün böyük səadətdir, eyni zamanda, elimiz-obamız üçün yeni həyatın başlanğıcıdır. Dediyiniz kimi, bu bölgələr bizim ulu babalarımızın vətəni olub. O cümlədən onu da qeyd edim ki, bizim əzəli və əbədi düşmənlərimiz bu bölgəni böyük güclər hesabına işğal etmişdir. Amma Sizin komandanlığınız altında Azərbaycan Ordusu cəmi-cümlətanı 23 saata işğala son qoymuşdur. Çox sağ olun, cənab Prezident, Siz Azərbaycan xalqının, o cümlədən dövlətimizin gücünü dünyaya bəyan etdiniz.

Prezident İlham Əliyev: Sağ olun, biz tarixi ədaləti bərpa etməli idik, beynəlxalq hüququ bərpa etməli idik və öz haqqımızı bərpa etməli idik. Ona görə Vətən müharibəsindən keçən üç il ərzində biz gələcək planlarımız haqqında həm düşünürdük, həm çalışırdıq və əlbəttə ki, separatçıların hər hansı bir formada bu bölgədə qalmaları qeyri-mümkün idi. Biz burada məskunlaşdırılmış erməni əhalisinə də o vaxt təklif etmişdik ki, gəlin, Azərbaycan Bayrağı altında yaşayın, Azərbaycan vətəndaşlığını qəbul edin və burada sizə söz deyən olmayacaq. Bu gün də Xankəndi şəhərində erməni əhalisi var, onlara söz deyən yoxdur, əksinə, bizim sosial işçilərimiz onlara qayğı göstərirlər. Bax, bizim xalqımızın böyüklüyü bundan ibarətdir. Onlar isə bizi bu torpaqlardan, qədim torpaqlarımızdan didərgin salmışdılar, soyqırımı törətmişlər, Azərbaycan xalqına olmazın əzablar vermişdilər, xalqımızın böyüklüyü məhz bundadır. Biz haqlı olan tərəfik, həm işğal dövründə öz haqq səsimizi ucalda bilmişik və bütün dünyaya sübut edə bilmişik ki, bu, bizim tarixi və hüquqi torpağımızdır. Həm də İkinci Qarabağ müharibəsi dövründə baxmayaraq ki, Ermənistanın arxasında bir çox ölkələr, bir çox qüvvələr dayanmışdı, heç kim bizə əsaslı irad tuta bilməmişdi. Çünki biz beynəlxalq hüquq çərçivəsində öz torpağımızda müharibə aparırdıq. O cümlədən cəmi bir neçə saat çəkən antiterror əməliyyatı zamanı da bizə qarşı siyasi, ondan sonra digər hərəkətlər olsa da, onların heç bir nəticəsi olmadı. Beynəlxalq təşkilatlarda Ermənistanın havadarları Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə, digər addımlar atmağa çalışdılar, buna nail ola bilmədilər. Haqq-ədalət bizim tərəfimizdədir. Həsənrizin azad olunmasının təməli məhz İkinci Qarabağ müharibəsi zamanı qoyulmuşdur. O vaxt artıq Qarabağın böyük hissəsi işğalçılardan azad edilmişdir. İkinci Qarabağ müharibəsindən sonra bir neçə əməliyyat nəticəsində mövqelərimizi daha da yaxşılaşdırdıq ki, ən qısa müddət ərzində az itki verməklə bütün qalan yerləri də nəzarətə götürək. Bu gün Həsənrizdə İlaxır çərşənbə günündə görüşürük. Sizi, Azərbaycan xalqını bayram münasibətilə təbrik edirəm. Ramazan bayramı da gəlir, Novruz bayramı da gəlir, bu gözəl bayram günündə, bayramlar ərəfəsində sizinlə görüşmək böyük məmnuniyyət doğurur.

Sakinlər: Sizin də bayramlarınızı təbrik edirik. Siz Ali Baş Komandan kimi Qələbəni təmin etdiniz.

Prezident İlham Əliyev: Allah şəhidlərimizə rəhmət eləsin, biz bu torpaqları onların qanı-canı bahasına azad etmişik.

Kişi sakin: Bu kənddən çıxanda o Murov yolunda nə zillətlər görən camaat indi toy-bayramla qayıtdı. 34 ildən sonra hamı sevinclə buraya qayıtdı.

Prezident İlham Əliyev: O vaxt işğal dövründə camaat buradan Murov yolu ilə çıxmışdı?

Kişi sakin: Bəli, qoca qadın evdə yanıb, çarpayıda sümükləri qalmışdı. O, mənim nənəm idi. O cür əziyyətlər yaşamışıq.

Prezident İlham Əliyev: O tərəf, yəni artıq buradan keçmək mümkün deyildi, bağlanmışdı? Suqovuşan tərəf də bağlanmışdı?

Kişi sakin: Bütün buralar bağlı idi, yalnız Murov dağından Kəlbəcər tərəfdən nə zülmlərlə.

Prezident İlham Əliyev: Uzaq yoldu, neçə kilometr olar? 40-50 kilometr olar?

Kişi sakin: 58 kilometr hələ Kəlbəcərlə sərhədə qədərdir.

Digər kişi sakin: Şükür bu günə, Sizin, Ordumuzun sayəsində qayıtmışıq.

Prezident İlham Əliyev: Burada evlər bərpa edildi, yeni evlər də tikiləcək. İndi, birinci mərhələdə 163 ailə yerləşəcək.

Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov: Cənab Prezident, ümumiyyətlə, burada 606 ev var. İlkin olaraq 92 evi təmir etmişik, 50 ailə artıq köçüb. Yəqin ayın sonuna 40 ailə də köçəcək. Ondan sonra da iki mərhələdə 192 ev. Amma təklif edərdik ki, bütün infrastruktur bərpa edilsin.

Prezident İlham Əliyev: Bütün, hamısını. Bəli, hamısını. Siz təklif verin, onların hamısını bərpa edək. Çünki mənə verilən məlumata görə, artıq burada həm Həsənrizdə, həm də Kəlbəcər rayonunda yaşamış insanlar yerləşir.

Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov: Artıq buraya köçmək üçün 360 nəfər siyahıya alınıb.

Prezident İlham Əliyev: Bura çox gözəl, səfalı yerlərdir.

Kişi sakin: Şuşa ilə bərabər yerdir, relyefi də oxşardır.

Prezident İlham Əliyev: Bəli, Şuşadan üstünlüyü ondadır ki, Sərsəng su anbarı da var, orada balıq tutmaq olar. İş yerləri ilə bağlı nə işlər görülür?

Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov: Böyük kənd olduğuna görə burada 13 təsərrüfat subyekti ilə, obyektlərlə bağlı müraciətlər olub. Bundan başqa, yaxın yerlərdə, icazə versəydiniz, fermalar var, o fermaları icarə verərdik.

Prezident İlham Əliyev: Əlbəttə. Bir də ki, əkin sahələri verilməlidir, əkin-biçinlə məşğul olsunlar. Heyvandarlıq üçün bura ən yaxşı yerdir.

Kişi sakin: Bu sakinlər hamısı heyvandarlıqla məşğul olublar. Cənab Prezident, əmin edim ki, bizim kənddə müxalifətçi olmayıb. Bizim kəndin camaatından bir adam fikirləşə bilmirdi ki, kimsə müxalifətçi olub. Heç vaxt. Hamımız təsərrüfatla, dövlətə qulluqla məşğul olmuşuq. İndi də inanmıram, görməmişik, eşitməmişik.

Prezident İlham Əliyev: Olsa da bir problem yoxdur. Əsas dövlətə, dövlətçiliyə müxalifətdə olmasınlar.

Kişi sakin: Ümumiyyətlə, bizə gülünc gəlir.

Prezident İlham Əliyev: Özlərini müxalifətçi adlandıran bəziləri dövlətə qarşı, o cümlədən İkinci Qarabağ müharibəsi dövründə, antiterror əməliyyatı dövründə, indinin özündə ermənilərlə birləşib. Bu, dövlətə qarşı düşmənçilikdir və əslində, xəyanətdir.

Kişi sakin: Bəli, bəli, xəyanətdir.

Prezident İlham Əliyev: Ona görə burada yaxşı təsərrüfatlar qurulmalıdır. İndi bizim İqtisadiyyat Nazirliyinin xətti ilə kredit xətləri açılmalıdır ki, kim mal-qara saxlamaq, əkin-biçinlə məşğul olmaq istəyir, burada su problemi olmamalıdır.

Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov: Düzdür cənab Prezident, bunlarla məşğul oluruq, su problemi də yoxdur.

Prezident İlham Əliyev: Bulaqlar var?

Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov: Gözəl suyu var.

Prezident İlham Əliyev: İşıq var, qaz var, su da var, internet, istilik.

Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov: Hər həyətdə su var. Su, işıq, qaz, 500 nəfərlik məktəb, internet. Təmir olunan evlərin hamısında istilik.

Prezident İlham Əliyev: Məktəb də budur, onu da təmir etmişik.

Kişi sakin: Bəli, xəstəxanamız da var.

Prezident İlham Əliyev: Əlavə nə lazımdır?

Kişi sakin: Sizin sağlığınız.

Qadın sakin: Sizinlə qürur duyuruq hər zaman. İnsan həm sevinir, həm qürurlanır.

Prezident İlham Əliyev: Harada yaşamısınız? Laçınlısan?

Qadın sakin: Bəli, atam da birinci qrup Qarabağ qazisidir. Bir qazi övladı olaraq Sizə, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm ki, hər zaman şəhid ailələrinə və qazilərimizə dəyər vermisiniz.

Prezident İlham Əliyev: Bayramınız mübarək olsun.

Sakinlər: Bayramınız mübarək olsun, Allah Sizi qorusun cənab Prezident!

Prezident İlham Əliyev: Burada birlikdə şəkil çəkdirək.

Mehriban xanım Əliyeva: Tonqal da görünəcək.

X X X

Sonra dövlətimizin başçısı və birinci xanım kənd sakinləri ilə birlikdə Novruz tonqalını alovlandırdılar.

X X X

Prezident İlham Əliyev: Rahat yaşayın, xoşbəxt yaşayın. Siz 30 il əzab-əziyyət içində idiniz. Həm mənəvi əzab, həm də ki, qaçqın-köçkün kimi. O söz də artıq yavaş-yavaş lüğətimizdən çıxır.

Sakin: Ulu Öndər Heydər Əliyev vaxtilə deyirdi ki, Azərbaycan cəmiyyəti lazım gələrsə, istənilən çətinliyə tab gətirməyi bacarmalıdır. Məhz müstəqillik, azadlıq, güclü dövlət naminə. Biz Qələbə əldə etdikdə bir daha əmin olduq ki, Ulu Öndər nə qədər gözəl, qiymətli fikirlər söyləmişdir, ruhu şad olsun.

Prezident İlham Əliyev: Bəli, elədir. O vaxt Azərbaycan xalqının tələbi ilə hakimiyyətə gəlməsəydi, Azərbaycan tam məhv ola bilərdi. Əslində, 1993-cü ilə qədər gedən proseslər ona gətirib çıxarırdı. Həm torpaqlarımızın işğal altına düşməsi, həm daxili çəkişmələr, vətəndaş müharibəsi. Bütün bunların qarşısını Ulu Öndər almışdı və nizami ordu quruculuğu da onun adı ilə bağlıdır. Biz - onun davamçıları, sadəcə olaraq, onun yolu ilə gedərək ölkəmizi daha da gücləndirdik, bütün gücümüzü səfərbər etdik, “dəmir yumruğ”u yaratdıq, düşmənin başını əzdik, indi belə bayramları burada qeyd edirik. Bundan böyük xoşbəxtlik ola bilməz. Bir daha təbrik edirəm sizi. Bir daha bayramınız mübarək.

Sakinlər: Çox sağ olun. Uğurlar, Sizin də bayramınız mübarək.

X X X

Sonra dövlətimizin başçısı və birinci xanım Həsənriz kəndindəki Bayraq meydanında oldular. Burada üçrəngli Bayrağımız 17 metr hündürlüyündə dirəkdə dalğalanır. Bayraq meydanının yeri elə seçilib ki, buradan Həsənriz kəndi ilə yanaşı, digər kəndlərə də gözəl mənzərə açılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərənin Həsənriz kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıblar YENİLƏNİB VİDEO

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: “‘Laylay’ klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümkündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək