Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib YENİLƏNİB-2 VİDEO

Bakı, 4 aprel, AZƏRTAC

Aprelin 4-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov dedi:

-Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, hörmətli energetika və mənzil tikintisi komissarı cənab Dan Yorgensen, hörmətli nazirlər, əziz qonaqlar, xanımlar və cənablar.

Sizi Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 3-cü iclaslarında salamlamaqdan böyük şərəf hissi duyuram. Bu toplantı həmin çərçivədə enerji təhlükəsizliyi ilə enerji keçidi arasında uzlaşmanı gücləndirmək üçün uğurlu səylərimiz də növbəti mühüm mərhələdən xəbər verir. Mən bu uğura təkan verilməsində qətiyyətli rəhbərliyinə və güclü dəstəyinə görə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə ən dərin təşəkkürümü bildirmək istəyirəm. İndi isə mən böyük məmnunluq hissi ilə Prezident İlham Əliyevi açılış nitqi ilə çıxış etməyə dəvət edirəm.

x x x

Dövlətimizin başçısı tədbirdə çıxış edib.

Prezident İlham Əliyevin
çıxışı

-Sabahınız xeyir olsun, xanımlar və cənablar, əziz qonaqlar.

Mən sizin hamınızı Azərbaycanda salamlayıram. Mən Brüsseldən gəlmiş qonağımızı xüsusi olaraq salamlayıram. Cənab komissar, xoş gəlmisiniz. İlk dəfədir ki, bu tədbirdə iştirak edirsiniz. Lakin hamımız bilirik və mən artıq qeyd etdim ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası 11-ci dəfədir Bakıda toplaşır. Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynamışdır. Həmçinin bu gün birgə foto çəkdirdiyimiz zaman söylədim ki, bəlkə də bizə daha çox yer lazım olacaq, çünki komanda genişlənir. Bu isə əməkdaşlığın çox yaxşı təzahürüdür. Vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd ətrafında birləşir. Birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı.

İkinci məqsəd özləri, öz qonşuları və tərəfdaşları üçün enerji təhlükəsizliyini təmin etməkdir. Hesab edirəm ki, bizi birləşdirən tərəfdaşlığın və əməkdaşlığın çox müsbət əzmi məsuliyyətimizin aydın təzahürüdür. Bu, istehsalçıların, tranzit ölkələrin və istehlakçıların məsuliyyətidir. Əlbəttə ki, bu prosesin üç əsas iştirakçısı arasında maraqların tarazlığı beynəlxalq maliyyə təsisatlarının dəstəyi ilə bizim hekayətimizi və ya hekayətlərimizi uğura çevirdi. Ölkələr, onların hökumətləri, investorlar, şirkətlər, aparıcı maliyyə təsisatları bizim komandamızdır və bu komanda genişlənir. Bu gün heç vaxt görünmədiyi kimi aydındır ki, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Mən hətta deyərdim ki, bu gün biz, həmçinin sənaye təhlükəsizliyi haqqında danışa bilərik, çünki sənayeni inkişaf etdirmək üçün bizə enerji ehtiyatları, neft-kimya məhsulları, gübrələr lazımdır. Azərbaycan isə xam neftin, təbii qazın, neft məhsullarının, neft-kimya məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısıdır.

Enerji şirkətimiz - Dövlət Neft Şirkəti Azərbaycan daxilində və ondan kənarda həm hasilat, həm nəqlolunma, həm də çatdırılma ilə məşğuldur. Uzun illər ərzində Azərbaycan etibarlı tərəfdaş olub və bundan sonra da olacaq. Avropa Komissiyasının yüksəkrütbəli nümayəndələrinin qeyd etdikləri kimi, Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və Pan-Avropa qaz təchizatçısıdır. Bu, həqiqətdir. Qaz təchizatımızın coğrafiyası genişlənir. Bizim Bakıda keçirilmiş son görüşdən, yəni, 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə təbii qazımızın alıcısına çevrildi. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür. Avropada qaz təchizatımızın coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki bu gün bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında artıq iştirak edirik. Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir və Azərbaycan investor kimi bunu etməyi planlaşdırır. Beləliklə, qaz təchizatımızın coğrafiyası birmənalı olaraq müxtəlif yollarla, o cümlədən interkonnektorlar vasitəsilə genişlənəcək.

Təbii ki, biz mövcud qaz boru kəməri sisteminin genişləndirilməsində birgə səylər haqqında düşünməliyik. Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir. Bu gün 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bir çox ölkələrin enerji təhlükəsizliyi üçün əsas arteriyadır. İndi o, tam gücü ilə işləyir. İstər Cənubi Qafqaz Boru Kəməri, istərsə də TANAP və ya TAP - Cənub Qaz Dəhlizinin üç ayrılmaz hissəsi tam dolu işləyir. Biz onları genişləndirməliyik. Əlbəttə ki, bunun üçün bizə maliyyələşmə lazım olacaq. Burada biz vacib bir nöqtəyə gəlib çıxırıq və bu məsələni dəfələrlə qaldırmışıq. Bəlkə faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini dayandırmaq qərarını qəbul etmiş beynəlxalq maliyyə təsisatları, xüsusən də müşahidə etdiyimiz böyük geosiyasi dəyişiklikləri nəzərə alaraq, öz siyasətinə yenidən baxsınlar. Çünki nəql infrastrukturuna və hətta hasilata əlavə sərmayələr qoyulmasa, bu, çox problemli olacaqdır.

Biz nəhəng hasilat və nəqletmə layihələrinin icrasını mümkün etmiş korporativ maliyyələşmə, o cümlədən borca götürülmüş pul vəsaitlərinin kombinasiyasında böyük təcrübəyə malikik. AÇG, “Şahdəniz” və “Abşeron” - bütün bunlar bu gün bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edən neft və qaz yataqlarıdır. Bir neçə ildən sonra bir çox digər neft-qaz yataqlarının da istismarına başlanılacaq. Beləliklə, müqavilələr artıq imzalanıb, işçi proqram təsdiqlənib. Boru kəmərlərinin çəkilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft boru kəmərləri və həmçinin Cənub Qaz Dəhlizi – bütün bu işlər qeyd etdiyim kimi, bütün iştirakçılarla əməkdaşlıq sayəsində görülmüşdür. Beləliklə, faydalı qazıntı layihələrinin maliyyələşdirilməsinin dayandırılması siyasəti başlayanda, bu, investorlara, şirkətlərə, ölkələrə müsbət olmayan siqnal göndərir. Bir sözlə, düşünürəm ki, həmin mühüm məqam da, ola bilsin, müzakirə ediləcək.

Ümid edirik ki, Avropada çox geniş yaşıl gündəliyə baxmayaraq, faydalı qazıntı hasilatçıları və ənənəvi yanacaq enerji təhlükəsizliyinin mühüm meyarı kimi yaddan çıxmayacaq və ayrı-seçkiliyə məruz qalmayacaq. Əslində, bu, bizim COP29-dakı mesajımız idi. Azərbaycan qlobal beynəlxalq tədbirə ev sahibliyi etdiyi zaman qeyd olundu ki, faydalı qazıntıları zəngin olan ölkələrlə sərvətləri olmayan ölkələr arasında ayrı-seçkilik və ayırıcı xətlər olmamalıdır. Əksinə, faydalı qazıntıları zəngin olan və bərpaolunan enerjiyə sərmayə qoyan ölkələr alqışlanmalıdır, onlara hücum çəkilməli deyil.

Beləliklə, düşünürəm ki, əgər belə bir mühüm məsələ öz həllini taparsa, onda hasilatçıların işi asanlaşar. Eyni zamanda, uzunmüddətli müqavilələr prosesi də vacibdir. Çünki hamımız bilirik ki, neft və qaz, eləcə də enerji layihələrinə böyük sərmayələr yatırılmalıdır və siz onları uzun illərdən sonra qaytarırsınız. Yeri gəlmişkən, təbii ki, bu günə qədər biz ölkə kimi Cənub Qaz Dəhlizinə sərmayə qoymuşuq, lakin onlar hələ qayıtmayıb. Biz hələ də bu balansda sıfra çıxmamışıq. Ona görə əmin olmalıyıq ki, gələn bir neçə illər əsas bazarımız olacaq Avropada bizim təbii qaza ehtiyac duyulacaq. Yəni, biz əmin olmalıyıq ki, bunun üçün hələ bir neçə il bazar olacaq. Əgər bizdə belə bir təminat olmasa, onda investorlar və ölkələr sərmayə yatırmayacaqlar. Beləliklə, təbii qazın böyük qıtlığı yaranacaq. Bizim ehtiyatlar isə məlumdur.

Biz bu il yeni yataqlarda, əsasən “Azəri-Çıraq-Günəşli” Dərin Qaz Strukturunda yeni hasilatın başlamasını gözləyirik. Həmçinin düşünürəm ki, “Abşeron” yatağında hasilatın artırılmasına dair razılaşmanın son mərhələsindəyik. Yəni, ikinci fazaya keçid edərək hazırkı 1,5 milyard kubmetrə minimum 3 milyard kubmetr əlavə olunacaq.

Bir sözlə, bütün bunlar mümkündür, lakin dediyim kimi, iki əsas meyar olmalıdır: interkonnektorlar və Cənub Qaz Dəhlizinin genişləndirilməsi. Etibarlı proqnozlaşdırma və etibarlı tərəfdaşlıq da olmalıdır, çünki tərəfdaşlıqda bütün tərəflər etibarlı olmalıdır.

Yaşıl gündəliyə gəldikdə, qeyd etdiyim kimi, biz iki mühüm meyarı bir araya gətirə bildik və istehlakçılarımızın tələbatlarını qarşıladıq.

Yeri gəlmişkən, Azərbaycan və Avropa Komissiyası energetika sahəsində strateji tərəfdaşlıqla bağlı memoranduma imza atdıqdan sonra Avropaya qaz təchizatımız təxminən 60 faiz artdı. Bu memorandum Avropa Komissiyasının Prezidenti və mənim tərəfimdən 2022-ci ilin ortasında imzalandı. Avropaya qaz təchizatımız 2021-ci ildə təxminən 8 milyard kubmetr idi. Ötən il demək olar ki, 13 milyard kubmetr oldu. Yəni, bu, bizim ümumi ixracatımızın təxminən yarısından çoxdur. Bu, 25 milyard kubmetrdir və bundan sonra da artacaq. Bu gün həmin həcm artıq kifayət qədər çoxdur. Yeni yataqları əlavə etmək və mövcud qaz yataqlarında hasilatı artırmaq planlarımızı nəzərə alaraq, biz birmənalı olaraq istehlakçılarımıza daha çox qaz verəcəyik. Bir sözlə, təsəvvür edə bilərik ki, əgər bizə daha çox təbii qaza qənaət etmək imkanı verən yaşıl enerji gündəliyini əlavə etsək, Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün daha mühüm rol oynayacaq.

Bu gün Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarlarımızla artıq imzalanmış müqavilələr bizə 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək. Qeyd etdiyim kimi, nəticədə daxildə bu gün elektrik enerjisinin istehsalında istifadə etdiyimiz təbii qaza xeyli dərəcə qənaət etmək imkanı yaranacaq və həmin qazı ixraca yönəldəcəyik. Biz öz sərmayələrimizlə fəal şəkildə inkişaf edirik. Ermənistan işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağ ərazilərində su elektrik enerjisi potensialına gəldikdə, biz artıq 270 meqavatlıq su elektrik stansiyalarını qurmuşuq. Artıq 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib və maksimum növbəti beş ildə bu rəqəm əlavə 30 kiçik su elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq. Beləliklə, nəticədə 2030-cu ilə qədər 6.5 giqavatlıq enerji potensialı yaranacaq. Sizi, sadəcə, məlumatlandırmaq üçün deyə bilərəm ki, bu gün Azərbaycanın yaradılmış imkanları 8 giqavatdan çoxdur. Beləliklə, biz növbəti beş il ərzində bərpaolunan mənbələrdən enerji istehsalı potensialımızı demək olar ki, iki dəfə artıracağıq.

Əlbəttə, bu gün əminəm ki, Yaşıl Enerji Məşvərət Şurasının iclasında Azərbaycandan Avropaya gedən yaşıl kabel də müzakirə olunacaq. Mənə verilən məlumata görə, həmin layihənin texniki əsaslandırma işləri son mərhələdədir. Beləliklə, tam başa çatandan sonra birmənalı olaraq maliyyələşmə ilə bağlı praktiki danışıqlar başlayacaq. Əlbəttə, biz indidən söyləyə bilərik, ümid edirik ki, yaşıl enerji layihələrinin maliyyələşdirilməsi ilə bağlı məhdudiyyətlər qoyulmayacaq. Lakin düşünürəm ki, Avropa təsisatlarında həmin layihələrin ümumi maraq doğuran layihə səviyyəsinə qədər təkmilləşdirilməsi vacibdir.

Bununla mən əməkdaşlığımızın fəal formatında əldə etdiyimiz nəticələri yüksək dəyərləndirərək, çıxışımı yekunlaşdırıram. Baxmayaraq ki, Bakıda ildə bir dəfə toplaşırıq, lakin bütün il ərzində çoxsaylı tədbirlər, görüşlər, konfranslar, ikitərəfli və çoxtərəfli tərəfdaşlıq formatları olur və bu format işbirliyi üçün əsas yaradır. Məşvərət Şurasında isə hər dəfə olduğu kimi, biz ötən il ərzində gördüyümüz işləri nəzərdən keçiririk və gələcək addımları planlaşdırırıq. Mən hər iki Məşvərət Şurasına uğurlar arzu edirəm.

x x x

Pərviz Şahbazov: Cənab Prezident, biz çox dəyərli şərhlərinizə görə Sizə olduqca minnətdarıq. Məşvərət Şurası həm regional, həm qlobal səviyyədə enerji təhlükəsizliyinin gücləndirilməsi üçün çox önəmli platformaya çevrilmişdir. Bu, Sizin uzaqgörən təşəbbüsünüz əsasında olmuşdur. Həm marşrutları, həm də mənbələri əhatə edən şaxələndirmə ilə bağlı verdiyiniz ardıcıl təlimatlar hazırda yaşıl enerji təşəbbüslərinə çevrilərək, Şuranın rolunu gözəl əməkdaşlığımızın təməl daşına çevirib. Biz davamlı dəstəyinizi yüksək dəyərləndiririk və Sizə səmimi təşəkkürümüzü bildiririk.

İcazənizlə, indi isə mən Məşvərət Şurasında həmsədrliyinə çox mühüm vaxtda başlayan Avropa İttifaqının energetika və mənzil tikintisi komissarı cənab Dan Yorgensenə müraciət edirəm: Biz sizinlə sıx işləməyi səbirsizliklə gözləyirik və sizə mühüm işinizdə uğurlar arzu edirik.

Cənab Yorgensen, söz sizindir.

x x x

Komissar Dan Yorgensenin
çıxışı

-Çox sağ olun və icazə verin, çıxışıma cənab Prezidentə təşəkkürümü bildirməklə başlayım. O, nəinki bu gün keçirilən şuraların iclaslarına rəhbərlik edib, o cümlədən Avropa İttifaqı ilə çox sıx dostluq və tərəfdaşlığa şəxsən sadiqliyini göstərib. Bunu yüksək dəyərləndiririk və buna görə Sizə olduqca minnətdaram.

Zati-aliləri, xanımlar və cənablar, mən bu gün burada olmaqdan məmnunam və hamınıza iştirakınıza görə təşəkkürümü bildirmək istəyirəm. Mən son illər ərzində Avropa İttifaqı Komissiyası ilə yaxşı əməkdaşlığına görə nazir Şahbazova xüsusi təşəkkürümü bildirmək istəyirəm.

Üç il əvvəl Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi və enerji ticarətinin onun tərəfindən silaha çevrilməsi enerji bazarımızın əsaslarını tam dəyişdi və Avropanın enerji sistemində böyük dəyişikliyə səbəb oldu. Həmin çətin vaxtlarda Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşı kimi öz rolunu gücləndirdi. 2020-ci ildə Azərbaycandan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz nəql olunmağa başladı.

Bildiyiniz kimi, Prezident Fon der Lyayen iki il öncə buraya gəlmiş və cənab Prezident, Sizinlə enerji sahəsində strateji tərəfdaşlığa imza atmışdır. Azərbaycanla tərəfdaşlığımız və Cənub Qaz Dəhlizi üzrə əməkdaşlığımız qaz təchizatımızı şaxələndirmək və Rusiya qazından asılılığı azaltmaq üçün səylərimizdə əsas yer tuturdu. Biz gələn illərdə gözləyirik ki, Azərbaycandan daxil olacaq qaz xalis sıfra keçidimiz zamanı Avropa İttifaqının enerji sistemində mühüm rol oynayacaq.

Biz bu baxımdan ticarət imkanlarının artırılması üçün göstərilən səyləri alqışlayırıq. Cənub Qaz Dəhlizi Məşvərət Şurası dəhlizin işləməsinə nəzarət etmək, neft və qaz sektorunda metan emissiyalarını aradan qaldırmaq, bərpaolunan enerjidən istifadə etmək və elektrik enerji şəbəkəsini təşviq etmək kimi səylərin mühüm hissəsidir. Lakin işimiz yalnız bu günün çağırışlarının həllindən ibarət deyil.

Biz gələcəyimizə doğru yolu müəyyən edirik. Bu səbəbdən biz Cənubi Qafqaz ilə Avropa İttifaqı arasında yaşıl enerji dəhlizinin qurulması üzərində çalışırıq. Müxtəlif texnologiya və fərqli marşrutlardan istifadə etmək barədə müxtəlif konkret ideyalar var.

Ən perspektivli ideyaların bir araya gətirilməsini və onların lazımi yaşıl enerji dəhlizinə çevrilməsini müəyyən etmək qalır. Bütün tərəflər yaxşı əməkdaşlıq əzminə və böyük maraqlara malikdirlər. Prezident Fon der Lyayenin qeyd etdiyi kimi, biz bütöv regionun bu layihədən faydalanmasını təmin etmək üçün inklüziv yanaşmanı dəstəkləyirik.

Bu, üçüncü Yaşıl Enerji Məşvərət Şurasında mühüm mövzu olacaq. O, həmçinin ötən il Azərbaycanın COP-da sədrliyi zamanı irəli sürdüyü təşəbbüslərdə irəliləyişi müzakirə etmək fürsəti olacaq. Xüsusi olaraq, mən Qlobal Enerji Saxlama və Elektrik Enerji Şəbəkəsi razılaşmasına istinad edirəm. Burada məqsəd 2030-cu ilə qədər 1500 giqavatlıq enerji saxlama gücünü və 25 milyon kilometrlik elektrik enerjisi şəbəkəsi infrastrukturunu yaratmaqdan ibarətdir. Həmin təşəbbüslər nəticəsində 2030-cu ilə qədər dünya səviyyəsində enerji səmərəliliyini iki dəfə və bərpaolunan enerji həcmini üç dəfə artırmaq kimi qlobal məqsədlər reallaşacaq. Onlar bizi ilhamlandırır, çünki biz Braziliyadakı COP30 ərəfəsində “milli səviyyədə müəyyən edilmiş töhfələr” adlı yeni və daha geniş səviyyəyə hazırlaşırıq.

İcazənizlə, mən 2030-cu ilədək qlobal metan emissiyalarının 30 faizədək azaldılması öhdəliyini götürmüş 160 ölkədən biri olaraq Azərbaycanın ötən il qoşulduğu Qlobal Metan Vədini vurğulamaq istəyirəm. Mən Azərbaycanın COP29-da bu məsələnin daha da qabardılmasına verdiyi töhfəni yüksək qiymətləndirirəm. Bu layihənin həyata keçirilməsi çox əhəmiyyətli olacaqdır. Eyni zamanda, Azərbaycan xüsusilə enerji sektorunda metan emissiyalarının azaldılmasının müsbət təsirləri baxımından qlobal örnəyə çevrilib. Həmçinin Dövlət Neft Şirkətinin – SOCAR-ın Neft və Qaz Metan Tərəfdaşlıq 2.0-a qoşulması ilə Azərbaycan enerji sektorunda metan emissiyalarının əhəmiyyətli dərəcədə azaldılması və Avropa İttifaqının metan normalarına uyğunluğun təmin olunması istiqamətində doğru yoldadır.

Bildiyiniz kimi, metan itkisinə yol verilməməsi iqlim dəyişikliyi təhlükəsinin aradan qaldırılmasında ən səmərəli tədbirlərdən biridir. Bu, həmçinin yerli bazarlar və ixrac üçün mövcud qazın həcmini artırır. Enerji sahəsində strateji tərəfdaşlığımızın mühüm elementi kimi, Avropa İttifaqı bu sahədə inkişafı sürətləndirmək və bizim birgə irəliləyişimizi nümayiş etdirmək üçün innovativ yanaşmaların tətbiqinin davam etdirilməsində maraqlıdır.

Bütün ölkələrimizdə bərpaolunan enerjinin yerli istehsalının inkişafı təbii qaza qənaət etməyə, münasib qiymətə elektrik enerjisinə çıxışı təmin etməyə və sənaye sahəsində rəqabətliliyi artırmağa kömək edə bilər. Xüsusilə Azərbaycana gəlincə, enerji səmərəliliyi və bərpaolunan enerji istiqamətində səylər qarşıdakı illərdə ixrac bazarları üçün daha çox qazı əhəmiyyətli dərəcədə əlçatan edə bilmək potensialına malikdir. Avropa İttifaqı Xəzər dənizində külək enerjisi texnologiyası da daxil olmaqla Azərbaycanın böyük potensialını inkişaf etdirmək üçün onunla əməkdaşlığı gücləndirməyə hazırdır.

Bizə gəlincə, son 5 il ərzində Avropa İttifaqı qanunvericiləri daha iddialı enerji səmərəliliyi və 2030-cu il üçün bərpaolunan enerji hədəfləri də daxil olmaqla, Yaşıl Saziş Gündəliyimizin və Avropa İttifaqının “Repower EU” strategiyasının həyata keçirilməsi üçün bütün yeni tədbirləri tamamlayıb. Yeni Komissiya əsas diqqəti onun həyata keçirilməsinə yönəldəcək. Ötən ay biz Təmiz Sənaye Sazişini və Əlçatan Enerji Fəaliyyəti Planını təqdim etdik.

Bunlar təmiz keçidi sürətləndirməklə, daha əlaqələndirilmiş enerji birliyi qurmaqla və qaz bazarlarımızı daha ədalətli və rəqabətədavamlı etməklə, bizə evlərimizi və şirkətlərimizi ucuz, təhlükəsiz və dayanıqlı enerji ilə təmin etməyə imkan verəcək.

Biz qazı təkcə Avropaya yox, dünyaya çatdırmaq istəyirik. 2030-cu ilin hədəflərinə çatmaq üçün sürəti artırdıqca söhbət təkcə iqlim fəaliyyətindən yox, iqtisadi imkanlardan, enerji təhlükəsizliyindən və əlçatanlıqdan gedir.

Əminəm ki, insanlarımızı irəli aparsaq, onlara sərmayə yatırsaq və onların ədalətli keçiddə iştirakına nail olsaq, biz tarix yaza və gələcəyimizi təmin edə bilərik.

Yekunda, Zati-aliləri, nazirlər, səfirlər, xanımlar və cənablar, vətəndaşlarımız üçün enerji təhlükəsizliyini təmin etmək və gələcəyimiz naminə enerji keçidini irəli aparmaq üçün biz bir-birimizlə güclü enerji tərəfdaşlıqları yaratmalıyıq. Avropa İttifaqı işimizi sürətləndirmək, sənaye bazalarımızı gücləndirmək və 2050-ci ilə qədər iqtisadiyyatlarımızı iqlim neytrallığı istiqamətində inkişaf etdirmək üçün Azərbaycanla və digər beynəlxalq tərəfdaşlarla birlikdə işləməyə ümid edir.

Gəlin, enerji təhlükəsizliyimizi birlikdə gücləndirək, bərpaolunan enerji resurslarına investisiyaları yatıraq və bazarlar arasında ticarəti təşviq edək. Zati-aliləri, bu gün bizi qəbul etdiyinizə və fikir mübadiləsinin aparılmasına şərait yaratdığınıza görə Sizə bir daha təşəkkürümü bildirirəm. Ümid edirəm ki, bu gün hamımız üçün çox maraqlı və ilhamlandırıcı bir gün olacaq.

X X X

Pərviz Şahbazov: Cənab Yorgensen, mənalı çıxışınıza görə təşəkkür edirik. Ümid edirik ki, sizin həmsədrliyinizlə Azərbaycan və Avropa İttifaqı arasında enerji dialoqunda yaxşı nəticələr əldə olacaq.

Bununla da açılış sessiyamız başa çatır.

Cənab Prezident, bu gün bizimlə olduğunuza görə çox sağ olun.

X X X

Qeyd edək ki, toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak ediblər.

Toplantı açılış sessiyasından sonra işini nazirlər sessiyası, “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizinin uğurlu istismarı, inkişafında tərəqqi və növbəti addımlar” və “Yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri” üzrə plenar sessiyalarla davam etdirib.

Həmçinin Məşvərət Şurası çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında yaşıl enerjinin ötürülməsi və ticarəti üzrə II Nazirlər Görüşü, Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə qeyri-rəsmi Rəhbər Komitə/Nazirlər Görüşü və Azərbaycan ilə Avropa İttifaqı arasında dənizdə külək enerjisinin inkişafı üzrə dəyirmi masa keçirilib.

Tədbir çərçivəsində enerji sahəsində əməkdaşlıq üzrə sənədlər imzalanıb.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib  YENİLƏNİB-2  VİDEO

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: “‘Laylay’ klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümkündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək