Azərbaycan Dövlət İnformasiya Agentliyi

Eramızdan əvvəl XII yüzillikdən bu günədək... - Azərbaycan Təbabəti Muzeyindən REPORTAJ VİDEO

Bakı, 13 may, G.Mahmudlu, S.Məcnun, R.Fəttahov, AZƏRTAC

Burada ta qədim dövrlərdən son illərə qədər səhiyyəmizin inkişafını göstərən sübut və eksponatlarla qarşılaşmaq olar. Girişdəki barelyeflər isə bizi qədim yunan mifologiyasına görə sağlamlıq allahı hesab edilən Asklepin dövrünə apardı.

Azərbaycan Təbabəti Muzeyi ilə tanışlığa eramızdan əvvəl XII yüzillikdən səyahətlə başladıq…

Muzeyin qısa tarixi

Muzeyin direktoru Sevinc Maniyeva AZƏRTAC-ın əməkdaşı ilə söhbətində bildirdi ki, 1986-cı ilin yanvarında açılan Azərbaycan Təbabəti Muzeyi xalqımızın mədəni irsinin mühüm hissəsini, qədim dövrlərdən başlamış bugünkü günə qədər ölkəmizdə tibb və səhiyyənin inkişaf tarixini, habelə alimlərimizin ölkə və dünya elmindəki nailiyyətlərini geniş ictimaiyyətə çatdırmaq məqsədilə təşkil olunub. Muzey 1889-cu ildə tikilmiş qədim arxitektura abidəsi olan binada yerləşir, inqilabaqədərki dövrdə bura Qaraşəhər müalicəxanası kimi fəaliyyət göstərib. 1914-1917-ci illərdə görkəmli dövlət xadimi Nəriman Nərimanov həmin müalicəxanada həkim kimi çalışıb.

Bunu muzeyin giriş hissəsindəki qranit barelyefin üzərindəki xatirə lövhəsi təsdiq edir. Doqquz zalda nümayiş olunan ekspozisiyaya sənədlər, şəkillər, kitablar, Azərbaycan həkimlərinin tibb alətləri, Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Moskva, Sankt-Peterburq, Bakı şəhərlərinin arxivlərindən götürülmüş qiymətli əlyazmaların fotosurətləri daxildir. Ekspozisiya tarixi ardıcıllıq üzrə yerləşdirilib.

Muzeyin ekspozisiya zallarında minə yaxın eksponat nümayiş olunur. Fondda ümumilikdə 13 min 845 əşya saxlanılır. Onlardan 8 min 162-si əsas, 5 min 683-ü köməkçi fonda aiddir. Fond daim yeni materiallarla zənginləşir. Qədim tibb alətlərinin və materialların toplanması məqsədilə müntəzəm ezamiyyətlər təşkil olunur.

Muzeyə “Hippokrat andı” içərək daxil olduq

Ekspozisiya Asklepi və onun qızları Gigiyeya və Panaseyanın təsviri olan barelyeflə başlayır.

Birinci zalda Hippokratın, Əbu Əli İbn Sinanın büstləri, həmçinin İbn Sinanın “Tibb elminin qanunu” əsərinin 1143-cü ilə aid olan cildlərindən birinin əlyazması nümayiş etdirilir. Əlyazmanın əsli Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır. Frizlərdə qədim yunan və Roma tibbinin ayrı-ayrı elementləri, həmçinin orta əsrlər Şərq və Qərbi Avropa dövrünə aid şəkillər təsvir olunur.

Muzeydə iri sərlövhədə nümayiş etdirilən Hippokrat andını isə görməmək mümkün deyil.

1968-ci ildə Umnisə Musabəyova Fransada ikinci deontologiya konfransında çıxış edərək Hippokrat andına bir cümlə əlavə olunmasını təklif edir: “And içirəm ki, ömür boyu öyrənəcəyəm”. Onun təşəbbüsü müsbət qarşılanır və qəbul olunur.

Əlavə edilən cümlə sırf tibb sahəsinin təmsilçilərinə aid olsa da vəzifəsindən, peşəsindən asılı olmayaraq hər kəs ömrünün sonuna kimi nələrisə öyrənməli və onu tətbiq edərək cəmiyyətə faydalı olmağa çalışmalıdır. Andı cümlə-cümlə oxuduqdan sonra muzeylə tanışlığı davam etdirdik.

İkinci, üçüncü və dördüncü zallar: Burada səhiyyəmizin “ilk”ləri yer alıb

İkinci zalın ən diqqətçəkən hissəsi kənd ailə məişətinin nümunəsi olan dioramdır ki, burada xalq təbabəti üsullarından biri təsvir edilir. Zaldakı ekspozisiyada, həmçinin Qarabağ və digər bölgələrdə bitən dərman bitkilərinin bir qismi nümayiş olunur.

Muzeyə gələnlərin nəzərini orta əsr cərrahlıq alətləri, xalq həkimləri Qayıbovlar sülaləsinin müalicə məqsədləri üçün istifadə etdikləri şəxsi əşyalar cəlb edir. Zalda Ağdam rayonunda qədim yaşayış məskənlərindən olan Çalağantəpədə qazıntılar zamanı aşkarlanan və insan beynində aparılan əməliyyat zamanı istifadə olunan tibbi ləvazimatlar, orta əsr İslam dünyasının ən məşhur cərrahlarından biri olan Əbdül Qasım Əl-Zəhravinin kitabı, onun cərrahi alətləri əsasında hazırlanan alətlər saxlanılır. Daha sonra burada əsli Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar Fondunda saxlanan Azərbaycan həkimlərinin XIII-XIX əsrlərə aid olan ayrı-ayrı tibbi traktatlarını görmək mümkündür.

İkinci zalda XIX əsrin II yarısında Rusiyanın müxtəlif universitetlərində və xaricdə təhsil alan ilk azərbaycanlı həkimlərin – Abdul Xalıq Axundovun, Bakıda ilk pulsuz müalicəxananın təşkilatçısı Məmmədrza Vəkilovun, Bəhram Axundovun, Kərimbəy Mehmandarovun, İbrahim Rəhimovun, ilk sanitar həkim Mustafa Şərifovun portretləri, diplomları, monoqrafiyaları, dissertasiyaları nümayiş etdirilir. Sinir və kardiologiya sahələrini elmi eksperimentlərlə zənginləşdirən görkəmli alim, Kazan Universitetinin professoru Mirzə Kazım bəyə ayrıca bölmə həsr olunub.

Xüsusi diaramada biz 1917-ci il inqilabınaqədərki Bakı neft mədənlərində işləyən fəhlələrin ağır həyat şəraiti ilə tanış oluruq.

Eyni zamanda, həmin zalda Azərbaycanın ilk diplomlu qadın həkimləri haqqında məlumat almaq olar: ilk azərbaycanlı alim qadın professor Sona xanım Vəlixan, o cümlədən Leyla Şahtaxtlı, Ayna xanım Əhmədbəyova, Qəmər xanım Əmiraslanova (İsgəndərova), Nəzirə Qulamşah Mirzə qızı Yaqubova, Ceyran Sultanova…

Növbəti zal Bakı Soveti neft sənayesi işçiləri qurultayının qərarına əsasən müasir tibbi avadanlıqlarla təchiz olunmuş ilk Azərbaycan tibb müəssisələrinin təşkilinə həsr edilmiş eksponatlarla başlayır. Ekspozisiya bizi burada işləyən müxtəlif millətlərə mənsub həkimlərin fəaliyyəti ilə də tanış edir. Burada, həmçinin Ramanı feldşer məntəqəsinin təsvir edildiyi fotoşəkil də nümayiş olunur. XX əsrin əvvəllərində Rusiyanın müxtəlif şəhərlərində təhsil almış azərbaycanlı həkimlərin fotoşəkilləri də maraq doğurur.

Görkəmli cərrah, Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidenti Mirəsədulla Mirqasımova, Azərbaycanda pediatriyanın əsasını qoyan tibb elmləri doktoru Yevsey Gindesə, Azərbaycanın ilk səhiyyə naziri olmuş Xudadatbəy Rəfibəyova də ayrıca bölmə həsr olunub.

1914-cü ildə vəba xəstəliyi dövründə tikilmiş 19-cu barakın lazareti, yoluxucu xəstəliyə tutulmuş xəstənin yerləşdirilməsinə həsr olunmuş diarama nümayiş etdirilir. Yeri gəlmişkən, hazırda 19-cu barakın yerində Kliniki Tibbi Mərkəz (Semaşko) fəaliyyət göstərir.

Stendlərdə, həmçinin XX yüzilliyin əvvəllərində Azərbaycan həkimlərinin işlətdikləri tibbi alətləri görürük.

Dördüncü zalda Xalq Komissarları Sovetinin nəzdində təşkil olunmuş Azərbaycan İnqilab Komitəsinin yaradılmasından bəhs edilir. Burada komitənin apteklərin milliləşdirilməsi haqqında ilk dekreti, Xalq Komissarlığının 1920-ci il 29 aprel tarixli ilk əmri, Bakı Universitetinin (indiki Bakı Dövlət Universiteti) ilk rektorları Vasili İvanoviç Razumovski və Davidenkovun fotoşəkilləri nümayiş etdirilir. Eyni zamanda, Bakı Universitetinin (1922-ci ildən Azərbaycan Universiteti) tibb fakültəsinin ilk buraxılışı, professor və müəllim heyəti, ilk elmi–tədqiqat institutlarının fəaliyyəti ilə tanış olmaq mümkündür. Universitetin ilk azərbaycanlı rektoru Tağı Şahbaziyə və görkəmli dövlət xadimi, ədib və həkim Nəriman Nərimanova xüsusi stendlər həsr olunub. Zalda N. Nərimanov və dövlət xadimi Qəzənfər Musabəyovun büstləri qoyulub. Onların hər ikisi Azərbaycan Xalq Komissarları Sovetinin sədrləri olublar.

Səhiyyə xidmətinin yaxşılaşdırılması tədbirləri və İkinci Dünya müharibəsinin qəhrəman həkimləri…

Beşinci zal keçmiş Sovet İttifaqının xalq səhiyyə komissarı Nikolay Aleksandroviç Semaşko ilə Azərbaycanın səhiyyə komissarı Möhsün Qədirlinin (İsrafilbəyov) birlikdə çəkilmiş portreti ilə başlayır.

1934-1936-cı illərdə kənd əhalisi üçün sanitariya xidmətini yaxşılaşdırmaq məqsədilə təşkil olunmuş “Göyçay hərəkatı”na ayrıca bölmə həsr olunub. Burada Azərbaycan Dövlət Tibb Universitetinin ayrı-ayrı kafedraları, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun təşkili və fəaliyyətindən söhbət açılır. Daha sonra bu zalda Qırmızı Aypara Cəmiyyətinin təşkilinə həsr olunmuş materiallar təqdim edilir.

Muzeyin bəzi eksponatları bizi görkəmli alim, həkim Sonaxanım Vəlixanın elmi yaradıcılıq yolu ilə tanış edir. Burada, həmçinin oftalmoloq, professor Umnisə Musabəyovanın 30-cu illərdə Berlində nəşr olunan elmi əsərləri nümayiş etdirilir.

Təbii sərvətlərlə zəngin olan respublikamızda çıxan Naftalan nefti dünya şöhrəti qazanıb. Naftalan sanatoriyasının açılışı da həmin dövrə təsadüf edir. Naftalan nefti haqqında ilk məlumata Heradotun və Plutarxın əsərlərində rast gəlmək mümkündür. Onun müalicəvi əhəmiyyətindən Nizami Gəncəvinin poemalarında da bəhs edilib. Naftalan neftinə bu zalda xüsusi stend və vitrin həsr olunub.

Altıncı zalda İkinci Dünya müharibəsi zamanı ön və arxa cəbhədə borclarını şərəflə yerinə yetirən tibb işçiləri haqqında onlarca maraqlı eksponat var. Burada Kerç boğazını keçərkən göstərdiyi igidliyə görə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Səməd Abdullayevin, 1945-ci ildə Almaniyada yaralıları xilas edərkən həlak olan Sovet İttifaqı Qəhrəmanı Məmməd Məmmədovun fotoşəkilləri nümayiş etdirilir. Burada həmçinin Sovet İttifaqı Qəhrəmanı tibb xidməti polkovnik-leytenantı Valentin Akimoviç Mironova dair foto və məlumata da rast gəlmək mümkündür.

Həmin zalda Bakı vağzalına sanitar qatarla yaralıların gətirilməsi, həmçinin akademik Topçubaşovu əməliyyat zamanı əks etdirən maket-diaramalarla tanış oluruq. Diqqəti cəlb edən eksponatlardan biri də partizan-həkim Aliyə Rüstəmbəyovanın “Baba” partizan dəstəsindəki fəaliyyətindən bəhs edən materiallardır.

İkinci Dünya müharibəsindən sonrakı dövrdə respublikada müalicə-profilaktika müəssisələrinin tikilməsinə və bərpasına başlanılır. Azərbaycanda tibb elminin inkişafında Mustafa Topçubaşov, Mirəsədulla Mirqasımov, İvan İlyin, Cahangir Abdullayev, Hüseyn Əliyev, Rüstəm Əliyev, Fuad Əfəndiyev, Umnisə Musabəyova, Əbülfəz Qarayev, Kamil Balakişiyev, Vəli Axundov, Bahadur Sultanov, Adilə Namazova böyük rol oynayıblar. Muzeydəki materiallar əsasında onların fəaliyyəti haqqında məlumat almaq mümkündür. 1935-ci ildən 1938-ci ilədək Azərbaycan Tibb İnstitutuna rəhbərlik etmiş, Azərbaycan Dövlət Universitetinin rektoru və Azərbaycan SSR-nin Xalq Səhiyyə Komissarı olmuş Əziz Əliyevə xüsusi stend və vitrin həsr olunub.

Həmçinin stendlərdən biri Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti, akademik, tibb elmləri doktoru professor Mustafa Topçubaşov və onun oğlu görkəmli cərrah İbrahim Topçubaşova həsr edilib. Mustafa Topçubaşov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş həkimlərimizdəndir. Bu ada layiq görülən daha 3 həkimimiz - Şamama Ələsgərova, Böyükxanım Əliyeva və Zəhra Qazıyevanın da fotoşəkilləri həmin zalda yer alıb.

Zaldakı stendlərdən biri isə Azərbaycanın Şuşa, Kəlbəcər və digər rayonlarını, eləcə də Abşeronda yerləşən sanatoriyaların fəaliyyətini əks etdirir. Eyni zamanda, burada Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidenti Mirəsədulla Mirqasımovun və görkəmli dövlət xadimi, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru Əziz Əliyevin büstləri qoyulub.

Azərbaycan səhiyyəsinin tərəqqisi naminə Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın açdığı cığırlar

Növbəti zal Ulu Öndər Heydər Əliyevə həsr olunub. Respublikamızda səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əldə edilən uğurlar Ümummilli Lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Belə ki, Ulu Öndərin rəhbərliyi dövründə Bakıda və digər şəhərlərdə ittifaq əhəmiyyətli ixtisaslaşdırılmış mərkəzlər açılıb, həmin müəssisələr o dövr üçün ən yeni cihaz və avadanlıqlarla, tibbi ləvazimatlarla təmin olunub. Həmçinin keçmiş ittifaqda və xarici ölkələrdə çoxsaylı yüksəkixtisaslı kadrlar hazırlanıb. Sahə həkimlərinin I qurultayı, Oftalmoloqların konfransı, Elmi-Tədqiqat Kardiologiya İnstitutunun və s. açılışı məhz bu dövrə təsadüf edir. Burada Ümummilli Lider Heydər Əliyevin müxtəlif konfranslarda iştirakı, tibb işçiləri ilə dünyaşöhrətli M.Rastrapoviç, Maykl Debeyki və İhsan Doğramacı ilə görüşlərini əks etdirən fotoşəkillər nümayiş etdirilir.

Azərbaycanda oftalmologiyanın inkişafı sahəsində əvəzsiz xidmətləri olan Əməkdar elm xadimi, M.İ.Averbax adına mükafata layiq görülmüş akademik Zərifə xanım Əliyevanın müxtəlif illərdə çəkdirdiyi fotoşəkillər, elmi fəaliyyətinə dair sənədlər də bu zalda nümayiş etdirilir. Zərifə xanım Əliyevanın çoxistiqamətli elmi yaradıcılığında 150-dən çox elmi əsər, 10 monoqrafiya, 12 səmərələşdirici təklif, bir ixtira da öz əksini tapıb.

Səhiyyəmizin XXI əsrdə yüksələn xətlə inkişafının təcəssümü, Birinci və İkinci Qarabağ müharibələrinin qəhrəman həkimləri

Əminliklə deyə bilərik ki, Ümummilli Lider Heydər Əliyevin bütün sahələr kimi səhiyyəyə göstərdiyi diqqət və qayğı da Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Yeni tikilən, əsaslı təmir olunan, ən müasir avadanlıqlarla təchiz edilən tibb müəssisələri, yüksəkixtisaslı tibb işçilərinin hazırlanması və onların təkmilləşməsi üçün görülən işlər bunun sübutudur. Muzeyin sonuncu zalında dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə açılan, əsaslı təmir olunan tibb ocaqlarının fotoşəkilləri təqdim edilir. Stendlərdə Respublika Diaqnostika Mərkəzinin, Milli Oftalmologiya Mərkəzinin, Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusunun, regionlarda tikilən, əsaslı təmir olunan tibb ocaqlarının açılışı zamanı çəkilən şəkillər nümayiş etdirilir.

Qeyd edək ki, son 22 il ərzində 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı təmir olunub, müasir tibbi avadanlıqlarla təchiz edilib.

Zalın sonuncu stendi Hippokrat andına, Vətənə və millətə layiqli xidmət əhdinə son nəfəsinə qədər sadiq qalan şəhid tibb işçilərinə həsr olunub. Burada Birinci və İkinci Qarabağ müharibələrinin qəhrəman tibb işçilərinə dair məlumatlar yer alıb.

Göründüyü kimi, səhiyyəmizin tarixinə addım-addım nəzər saldıq. Muzeyin doqquz zalı bizi sağlamlığımızın peşəkar müdafiəçiləri və səhiyyə xidmətlərinin pillə-pillə yaxşılaşdırılması naminə görülən işlərə dair müfəssəl məlumatlarla təmin etdi. Zamana səyahətimizi Hippokrat andı ilə başlayıb əhdinə vəfalı olanlarla bitirdik…

 

Eramızdan əvvəl XII yüzillikdən bu günədək... - Azərbaycan Təbabəti Muzeyindən REPORTAJ  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir

Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib

Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır

Dioqo Balau “Turan Tovuz”a keçib

Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib

“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb

“Diplomatic World Sweden” SSANA-nın təşkil etdiyi İsveç İnstitutunun məzunlar görüşü barədə yazıb

Taner Özbek: Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün böyük potensial var

“Renault” Fransa ordusu üçün pilotsuz aparatların kütləvi istehsalına başlayır

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib

AMEA-nın elmi işçisi: Hazırda "Peyğəmbər məscidi" haqqında kitabın üzərində işləyirəm

Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb

Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir

Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb

“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət

“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Sabunçuda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

Pilotsuz qayıq Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ helikopterinin ekipajını xilas edib

Londondakı hökumət binasında gizli kamera aşkarlanıb

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mavritaniya sahillərində 10 gün ərzində mindən çox qeyri-qanuni miqrant xilas edilib

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir

Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib

İğdırdakı “Şuşa” uşaq bağçasında Mübariz İbrahimovun adını daşıyan sinif açılıb

Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır

® “Azercell” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib 

Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib

Enerji Dialoqu Platforması təşəbbüsü çərçivəsində gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyaları başlayıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib

BMU ilə Çinin Sian Şiyou Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Şərurda gənclərin yaradıcılıq və idman bayramı: “Gənclik Festivalı – Şərur 2026” FOTO

Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

Milli Məclisin komitəsi dövlət büdcəsinin icrasına dair qanun layihəsini dəstəkləyib

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 38 mindən çox müraciət daxil olub

Maliyyə Monitorinqi Xidmətində Beynəlxalq Maliyyə Kəşfiyyatı Orqanları Günü qeyd olunub

Azərbaycan ilə İsrail arasında qida məhsullarının idxal-ixrac əməliyyatları genişləndirilir

Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib

Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub

Beynəlxalq Muğam Mərkəzində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq

Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

“İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramından yararlanan gənclərin sayı açıqlanıb

Avropada qaz anbarlarının doluluq nisbətinin noyabrın 1-dək 70 faizə çatacağı proqnozlaşdırılır – Tədqiqat

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub  FOTO  VİDEO

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub FOTO VİDEO

AQTA: Ölkədə quş qripi və Nyukasl xəstəlikləri ilə bağlı epizootoloji vəziyyət sabitdir

Azərbaycan və Yunanıstan arasında səhiyyə sahəsində əməkdaşlıq genişləndirilir

Ekspert: Azərbaycan iqtisadi dividend, dayanıqlı inkişaf və siyasi sabitlik əldə edəcək

Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb

Azərbaycan enerji ehtiyatlarını uzunmüddətli inkişafın əsas aləti kimi dəyərləndirir ŞƏRH

QHT nümayəndələri ƏƏSMN-in publik qurumlarında vakant vəzifələrin tutulması üçün keçirilən imtahanı izləyiblər

Dövlət Vergi Xidmətində vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR

İstanbul Bəyannaməsi Cənubi Qafqazın yeni regional arxitekturasının siyasi manifestidir - Təhlil

AzTU SABAH proqramlarında tədris aparmaq üçün müəllim vəzifəsinə vakansiya elan edir

Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar

Süni intellektin müasir dövrdə sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişaf kontekstində rolu

Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan boks tarixində ilk: Anar Babanlı hakimlər üzrə ekspert statusu qazanıb

“TikTok” platforması Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsində iştirak edə bilər

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

İİB Qrupunun Təşkilatları Bakıda 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək

ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib

Sosial mediaya nəzarətin gücləndirilməsi artıq qlobal tendensiyaya çevrilib ŞƏRH

Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib

Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib

“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib

Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır

Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb

MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb

Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır

Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür

Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur

Braziliya Ciu-citsu İctimai Birliyi Silahlı Qüvvələr Gününə həsr olunmuş seminar təşkil edib

Təhsil eksperti: Yeni hüquqi tənzimləmələr gənclərin təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək

Azərbaycandan Fransaya məhsul ixracının dəyəri 17 dəfədən çox artıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Hacı Əliyev: Azərbaycan güləşində uğurlu yolumu artıq məşqçi kimi davam etdirəcəyəm

Emin Əmrullayev Azərbaycan və Qazaxıstanın təhsil sahəsində əməkdaşlığını yüksək qiymətləndirib

Uşaqların erkən yaşlarda sosial şəbəkələrdən istifadə etməsi özünəinam problemlərini dərinləşdirə bilər - MÜSAHİBƏ

®  “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO

® “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO

“Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Turan Tovuz” kapitanı ilə vidalaşıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI