Gəncədə vətəndaşlar qanunsuz saxladıqları ov silahlarını polisə könüllü təhvil veriblər VİDEO
Gəncə, 16 may, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində keçirilən profilaktik tədbirlər nəticə verib.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şəhər sakinləri 31 ədəd müvafiq sənədləri olmayan müxtəlif markalı ov silahlarını polisə könüllü təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.