Azərbaycan Dövlət İnformasiya Agentliyi

AQTİ rəsmisi: Azərbaycandan Avropa İttifaqı ölkələrinə, Çinə və Sinqapura yeni qida məhsullarının ixracını təmin etmək üçün tədbirlər həyata keçirilir – MÜSAHİBƏ VİDEO

AQTİ rəsmisi: Azərbaycandan Avropa İttifaqı ölkələrinə, Çinə və Sinqapura yeni qida məhsullarının ixracını təmin etmək üçün tədbirlər həyata keçirilir – MÜSAHİBƏ VİDEO

Bakı, 8 sentyabr, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinin sədrinin müavini Ramazan Nəbiyev AZƏRTAC-ın suallarını cavablandırıb. O, ölkədə qida təhlükəsizliyinin təmin olunması, əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təminatının yaxşılaşdırılması, eləcə də yerli məhsulların ixrac potensialının artırılması istiqamətində həyata keçirilən kompleks tədbirlər barədə danışıb. Müsahibəni təqdim edirik.

-Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması və qida məhsullarının ixrac potensialının artırılması istiqamətində hansı tədbirlər görülür?

-Ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması, əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təminatının yaxşılaşdırılması, eyni zamanda, istehsal edilən yerli məhsulların ixrac potensialının artırılması istiqamətində əhəmiyyətli irəliləyişlərə nail olunub. Belə ki, yeni qida təhlükəsizliyi sistemi üzrə qanunvericilik təkmilləşdirilərək “Qida təhlükəsizliyi haqqında” Qanun qəbul edilib, müvafiq dövlət proqramı qəbul olunaraq icrası uğurla davam etdirilib, risk əsaslı nəzarət sisteminin tətbiq olunmasına başlanılıb. Sadalamağa davam etsək, uzun bir siyahıya çevriləcək bütün bu kompleks tədbirlərin davamı olaraq hazırda “Heyvan sağlamlığı” və “Bitki sağlamlığı” üzrə də “Qida təhlükəsizliyi haqqında” Qanuna bənzər formada ən qabaqcıl beynəlxalq təcrübələr nəzərə alınmaqla, qanun layihələri hazırlanıb və qəbulu istiqamətində işlər davam etdirilməkdədir. Bundan başqa, dövlət proqramının icrasının bu ilin sonunda yekunlaşacağı nəzərə alınaraq yeni proqramın layihəsinin hazırlanması istiqamətində də işlərə başlanılıb. Davamlı olaraq həyata keçirilən bütün bu kompleks tədbirlər ölkəmizin qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələri üzrə inkişafının sürətlə davam edəcəyinin bir göstəricisidir. İxrac potensialı ilə bağlı məsələyə gəldikdə isə qeyd etməliyəm ki, görülən bütün işlərin və əldə olunan nailiyyətlərin ölkədə qida təhlükəsizliyinin təmin edilərək həyat və sağlamlığın qorunmasına xidmət göstərməsi, həm də birbaşa olaraq yerli məhsullarımızın beynəlxalq ticarət imkanlarının genişlənməsi mənasına gəlir. Çünki qida məhsullarının rəqabət qabiliyyəti ilə bağlı ən önəmli faktorlardan biri də onların təhlükəsizliyi, hətta onların təhlükəsizliyinə beynəlxalq tərəfdaşlar tərəfindən göstərilən etimaddır. Yəni istehsalçı ölkədə bərqərar olan, tətbiq edilən qida təhlükəsizliyi sistemi və qida təhlükəsizliyi statusu bu məsələdə ən əhəmiyyətli göstəricidir. Bu səbəblə hər üç sahə üzrə əldə olunan nəticələr son illərdə məhsullarımızın rəqabət qabiliyyətinə müsbət təsir göstərib və göstərməyə də davam edəcək. Misal üçün, son illərdə Avropa İttifaqı (Aİ) ölkələrinə fındıq ixracına yaşıl dəhliz tətbiq olunub, yun, gön-dəri məhsullarının, akvakulturada yetişdirilən balıq və balıq kürüsü məhsullarının ixracına icazə verilib, bu birlik tərəfindən tanınan istehsal müəssisələrinin sayı 2-dən 12-yə çatdırılıb. Bir sıra ölkələrə ərzaqlıq yumurtanın ixracına nail olunub, Çin Xalq Respublikasına badam və fındığın ixracına razılıq əldə edilib.

Bir məsələni xüsusilə qeyd etməliyəm ki, ixrac imkanlarının genişlənməsi ilə bağlı nümunə olaraq qeyd etdiyim nəticələri bəhs olunan kompleks tədbirləri həyata keçirmədən, risk əsaslı və effektiv nəzarət sistemi tətbiq etmədən, laboratoriyalar şəbəkəsini inkişaf etdirərək beynəlxalq akkreditasiyalar çərçivəsində aparılan analizlərin dairəsini genişləndirmədən, effektiv sertifikatlaşdırma mexanizmlərini işə salmadan və bütün bu tədbirlərin nəticəsində ticarət tərəfdaşı ölkələrin tələbləri ilə bağlı prosedurları təmin edərək məhsullarımızın təhlükəsizliyini sübuta yetirmədən əldə etmək mümkün olmazdı. Bu səbəbdən, ilk olaraq, həyat və sağlamlığın qorunması, bunun təbii nəticəsi kimi ixrac imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər davam etdiriləcək. Məlumat üçün bildirim ki, növbəti mərhələdə Aİ ölkələrinə vəhşi təbiətdən ovlanan balıqların və onların emal məhsullarının, Çinə zeytunun, Sinqapura bitkiçilik məhsullarının ixracına icazələrin əldə edilməsi üçün lazımi tədbirlər davam etdirilir.

-Bəs, zoonoz xəstəliklərdən azad statusun əldə olunmasının faydaları nədir və bu, heyvan mənşəli məhsulların ixracı üçün hansı imkanlar yaradır?

-Beynəlxalq ticarət qaydalarına görə, heyvanların və heyvan mənşəli məhsulların ixracı heyvan xəstəliklərinin mövcud olmadığı ölkələrdən və ya həmin dövlətlərin müvafiq qaydalara uyğun olaraq sağlamlıq statusu təsdiq edilmiş regionlarından həyata keçirilir. İnsan və heyvan sağlamlığına, ətraf mühitə zərər yetirən, habelə geniş iqtisadi itkilərə səbəb olmaqla, beynəlxalq ticarətə maneə törədən bir sıra heyvan xəstəlikləri Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən daimi qaydada izlənilir. Bu siyahıya daxil edilən altı xəstəlikdən azadolma statusu isə təşkilat tərəfindən xüsusi qaydada aparılan araşdırmalar nəticəsində rəsmi olaraq sertifikatlaşdırılmalıdır. Ölkəmizin yüksək patogenli quş qripindən, donuzların Afrika taunundan, xırdabuynuzluların taunundan və atların Afrika xəstəliyindən azad statusu ÜHST tərəfindən təsdiqlənib ki, bunlardan sonuncu ikisi xüsusi qaydada sertifikatlaşdırılmalı olan xəstəliklər siyahısındadır. Xəstəlikdən azad statusların əldə edilməsi və bu sahədə həyata keçirilən kompleks tədbirlər heyvan və heyvan mənşəli məhsulların ixracı üçün yeni imkanlar yaradıb ki, bu sahədə Çin tərəfindən 2006-cı ildən quş məhsullarının idxalına qoyulan məhdudiyyət aradan qaldırılıb və bu ölkəyə quş məhsullarının ixracına razılıq əldə olunub. Azərbaycanın qonşu ölkələr tərəfindən atların manqo xəstəliyindən azad ölkə kimi qəbul edilməsinə nail olunub və atların Orta Asiya ölkələrinə ixracı təmin edilib. Türkiyə tərəfindən qaramalın nodulyar dermatit xəstəliyi ilə bağlı idxal qadağası aradan qaldırılıb. Dabaq xəstəliyi də azadolma statusu xüsusi qaydada sertifikatlaşdırılmalı olan xəstəliklər siyahısına daxil olmaqla respublikamız üçün prioritet əhəmiyyət kəsb edir. Xəstəlik cütdırnaqlı heyvanlarda baş verməklə geniş iqtisadi itkilərə səbəb olduğu və heyvan mənşəli məhsulların ölkələrarası ticarətinə maneə törətdiyi üçün ÜHST tərəfindən ciddi qaydada nəzarətdə saxlanılır. Ölkəmizdə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında (Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının əraziləri tam, Füzuli, Xocavənd və Laçın rayonlarının əraziləri qismən) və Naxçıvan Muxtar Respublikasının ərazisində peyvəndləmə aparılmaqla dabaq xəstəliyindən azad zonanın yaradılması üçün prosedurların icrasına başlanılıb. Qeyd edilən regionlarda azad zona statusu tanındıqdan sonra heyvan mənşəli məhsulların ixracında, habelə ölkəmizin ərazisindən keçməklə tranzit daşınmasında mövcud olan bir sıra maneələr aradan qalxacaq.

-“Qida təhlükəsizliyi haqqında” Qanunun tətbiqi ilə hansı nailiyyətlər əldə olunub?

-2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanunun və onun tətbiqi ilə bağlı digər tənzimləyici qaydaların qəbul edilməsi ölkəmizdə ən qabaqcıl beynəlxalq təcrübəyə uyğun, günümüzün çağırışlarına cavab verən qida təhlükəsizliyi sisteminin bütün elementləri üzrə hüquqi zəmin yaradaraq, bu sahədəki inkişafa böyük töhfə verərək yeni bir səhifə açıb. İlk olaraq bildirim ki, yem məhsullarında ortaya çıxan hər hansı təhlükənin insan həyat və sağlamlığına qaçılmaz təsiri nəzərə alınaraq bu məhsullar da qanunun tətbiq dairəsinə aid edilib. Beləliklə, qanun həm qida, həm də yemlər üzrə tələbləri ilkin istehsaldan istehlaka qədərki mərhələlər üzrə özündə ehtiva edərək qida zənciri prinsipinin tətbiqinə zəmin yaradıb. Risk əsaslı nəzarət sistemi qurulub, nəzarət periodikliyi və dairəsi müəssisələrin fəaliyyət növü və məhsulların daşıdığı risk nəzərə alınmaqla tətbiq olunmağa başlanaraq, elmi risk qiymətləndirilməsi və risklərin idarə edilməsi mexanizmləri təkmilləşdirilib. Qanunun tətbiq dairəsinə aid olunan bir başqa məsələ qida ilə təmas edən material və məmulatlardır ki, bu istiqamətdə qablaşdırma materiallarının təhlükəsizliyi ilə bağlı tələblər də müəyyənləşdirilib. Qida obyektlərinin qeydiyyatı ilə bağlı da bir sıra yeniliklər tətbiq olunub, yalnız yüksək riskli məhsulların istehsalı həyata keçirilən obyektlərdə qiymətləndirmə aparılmaqla onların təsdiq edilməsi, digər bütün obyektlərin isə birbaşa qeydiyyatı mexanizmi risk əsaslı nəzarət prinsipinə uyğun formalaşdırılıb. Xarici ölkələrdə yerləşən və ölkəmizə idxal olunan yüksək riskli məhsulların istehsal edildiyi müəssisələrin xarici qiymətləndirilməsi prosesinə başlanılıb. Beləliklə, idxal olunan məhsulların təhlükəsizliyinin təmin edilməsi üçün qiymətləndirmə nəticəsində qida təhlükəsizliyi tələblərinə cavab verən müəssisələrdə istehsal olunan yüksək riskli məhsulların idxalı təmin edilib. Risk əsaslı nəzarət prinsipinin bir başqa əyani tətbiqi olaraq yüksək riskli olmayan məhsulların idxalı zamanı sağlamlıq sertifikatının məhsulu müşayiət etmə tələbi ləğv olunub. Bir sıra məhsulların qeydiyyatının həyata keçirilməsinə başlanılıb, bu məhsullar sırasında olan bioloji aktiv qida məhsulların qeydiyyatı bu sahədə istehlakçı hüquqlarının qorunmasını, məhsulların izlənilməsini və təhlükəsizliyini təmin edib. Bundan başqa, qida məhsullarının izlənilməsi, zənginləşdirilməsi, böhran vəziyyətlərinin idarəedilməsi kimi bir sıra tənzimləmələr də qanunda öz əksini tapıb. Qanunda təsbit olunan bütün bu tənzimləyici alətlər vasitəsilə, ölkədə qida təhlükəsizliyini təmin edərək insan həyat və sağlamlığını qorumaq, bunun məntiqi nəticəsi olaraq, yerli istehsal məhsullarımızın ixracını asanlaşdırmaq məqsədləri əsas götürülüb. Bütün bunları edərkən tətbiq olunan nəzarət tədbirlərinin yalnız elmi və beynəlxalq təşkilatların müəyyənləşdirdiyi çərçivədə həmin məqsədlərə mütənasib təşkil edilməsinə zəmin yaranıb. Bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, qanundan irəli gələrək qəbul olunan bütün tənzimləyici normalar Ümumdünya Ticarət Təşkilatının istinad etdiyi Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatının Kodeks Alimentarius Komissiyasının, eyni zamanda, elmi sübutlara əsaslanan normalara uyğun olaraq müəyyənləşir ki, bundan kənar tənzimləmənin həyata keçirilməsi mümkün deyil.

 

 

 

AQTİ rəsmisi: Azərbaycandan Avropa İttifaqı ölkələrinə, Çinə və Sinqapura yeni qida məhsullarının ixracını təmin etmək üçün tədbirlər həyata keçirilir – MÜSAHİBƏ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan voleybol millisi Türkiyə toplanışını başa vurub

Nihal Hacıyeva: Vahid məktəbli geyimi şagirdlərdə bərabərlik və məsuliyyət hissini gücləndirir

Babək rayonunda üçəm dünyaya gəlib

Özbəkistan Prezidenti: Yeni Daşkənddə investorlara əlverişli şərait yaradılacaq

Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib

Xalq yazıçısı Kamal Abdullanın “Azərbaycanca danışaq” kitabı Polşada nəşr olunub

Süni intellektin təhlükəsiz və məsuliyyətli idarə olunması üçün 9 əsas istiqamət - ARAŞDIRMA

Maarifçilik ənənələrindən müasir təhsilə: milli kimlik və vahid məktəb mühiti

İsveç Dövlət Bankının Alfred Nobel xatirəsinə iqtisad elmləri üzrə mükafatı laureatlarının adları məlum olub

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB VİDEO

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir VİDEO

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir VİDEO

Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub

“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər

Şəqşünas-alimlər Orta Dəhlizin enerji və tranzit imkanlarını araşdırıblar

Borçalı motivləri: Tarix, naxış və təbiətin harmoniyası - REPORTAJ

Mirzə Cəfər Topçubaşovun elmi irsi: beynəlxalq akademik mühitdə milli ənənələr

“Dünyanın ən yaxşı yeri”ni sevərək yaşayan sakin: Fəxrlə deyirəm ki, biz öz torpağımızdayıq

Bu il Naxçıvanda istehlakçılara 1,6 milyon manata yaxın ƏDV məbləği qaytarılıb

İlqar Fəhmi: Sosial şəbəkələrdə yaranan müzakirələr bəzən əsassız hay-küyə çevrilir

Azərbaycanın MDB-yə sədrliyi regional əməkdaşlığın inkişafına yeni impuls verəcək - ŞƏRH

“Kitabi-Dədə Qorqud” eposunda alqış və qarğışların poetik funksiyaları araşdırılıb

Kambocanın Baş naziri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

İlahə Həmidova: Vahid məktəbli geyimi sağlam təhsil mühitinin qorunmasına müsbət təsir göstərəcək

Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı: 309 namizəd qeydiyyatdan keçib

Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi

Aİ kimyəvi silahların yayılmasına və istifadəsinə qarşı sanksiyalar rejimini 2031-ci ilədək uzadıb

Samirə Əliyeva: Vahid məktəbli formasının tətbiqi nizam-intizamın qorunması baxımından əhəmiyyətlidir

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur? VİDEO

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur? VİDEO

Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib

AGTL-in sədri: Azərbaycanla Türkiyənin əməkdaşlığı qadınlar üçün yeni iqtisadi imkanlar yaradacaq

Prezident İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb

Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısı keçirilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı

Avropada qazın qiyməti həftəyə artımla başlayıb

Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb VİDEO

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb VİDEO

Azərbaycan Ağsaqqallar Şurası ictimai sabitliyi pozmağa yönələn cəhdləri qətiyyətlə pisləyib

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin nəzərinə

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Böyük Britaniyanın Baş naziri Aİ ilə münasibətlərin gücləndirilməsini istəyir

Mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövlətinin tariximizdəki rolu – dəyirmi masa

Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb

Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar

Türkmənbaşı görüşü: Azərbaycan-Mərkəzi Asiya strateji tərəfdaşlığının yeni mərhələsi

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

Mars Sariyev: Azərbaycanın tranzit imkanlarının güclənməsi Qırğızıstanın formalaşan Avrasiya nəqliyyat arxitekturasına inteqrasiyasını stimullaşdırır ŞƏRH

Araşdırma: Müdrikliyin əsrlər boyu dəyişməyən 6 əsas prinsipi

Rəşad Məcid: Məktəblərdə vahid geyim formasına qarşı çıxmaq dünyəvi təhsil prinsipləri ətrafında ciddi suallar yaradır

Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb

Ceyhun Məmmədov: Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdir

Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər VİDEO

İran XİN: Pakistan və Qətərin vasitəçiliyi ilə danışıqlar davam edir və biz ABŞ-nin təkliflərini nəzərdən keçiririk

“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı başlayır

Dünya bazarında yanacağın qiymətinin artması adekvat olmayan qərarların qəbul edilməsinə gətirib çıxarıb

Azərbaycanın kulinariya irsi Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub

YAP-ın VIII Qurultayı: yeni hədəflər və strateji istiqamətlər Gəncədə diqqət mərkəzindədir

Qadın hərbi kursantlarla görüş olub

İran Yəmən və Səudiyyə Ərəbistanı arasında danışıqlar üçün vasitəçilik təklif edib

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır VİDEO

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır VİDEO

Bask ölkəsinin tanınmış şəxsləri “Canon français” ziyafətinə qarşıdır

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNİB VİDEO

Azərbaycanda dünyəvi təhsil: tarixi köklər və müasir prinsiplər

Britaniyanın Baş naziri: Avropa İttifaqından ayrılmağımız “ümidləri doğrultmadı”

Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb

Beynəlxalq Enerji Agentliyi ölkələri dizel ehtiyatlarını daha tez istifadə etməyə çağırıb

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir VİDEO

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir VİDEO

Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam

Kambocanın Baş naziri: Azərbaycanla müdafiə, təhlükəsizlik, təhsil sahələrində münasibətlər mövcuddur

Gülyanaq Məmmədova: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır

Misir Mərdanov: Məktəbdə vahid geyim qaydaları şagirdlərdə məsuliyyət hissi formalaşdırır

“Goldman Sachs” “Brent”in qiymətinə dair proqnozunu artırıb

Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik

Mənsum İbrahimov: Məktəblərdə vahid geyim formasının tətbiqi vacibdir

Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib

Bu saata olan əsas xəbərlər

Prezident: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Azərbaycanın MDB-yə sədrliyi regional iqtisadi əməkdaşlığı genişləndirə bilər – ŞƏRH

Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər

Pakistan Məkkə Müdafiə Sazişinə sadiq olduğunu bir daha bəyan edib

“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 11,5 faiz artıb

Fransada 2027-ci il üzrə büdcə müzakirələri: hökumət 5 faizlik kəsir həddini qorumağa çalışır

Baş Prokurorluq hərbi xidmətə çağırış sahəsində yol verilən qanun pozuntularına qarşı aparılan tədbirlərə dair açıqlama yayıb

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub VİDEO

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub VİDEO

AFFA rəsmisi: Akademiya rəhbərləri komfort zonadan çıxaraq layihələrin ərsəyə gəlməsinə dəstək veriblər

“Kopernik”: El-Nino səbəbindən dünya okeanında temperatur rekord səviyyəyə çatıb

Toğrul Əsədullayev: Qaydalara riayət etmək cəmiyyət olaraq məsuliyyətimizin bir hissəsidir

Azərbaycan Prezidenti: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür

Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər aparılıb

Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

Baş katib: Uşaq futbolunun inkişafı üçün vacib addımlar atılır

Muzdla çalışanların orta aylıq əməkhaqqı 1173 manat olub