Milli AQEM Tədqiqat Mərkəzinin sədri Avrasiyanı iqtisadi əməkdaşlığın vahid məkanı kimi dəyərləndirib VİDEO
Bakı, 9 sentyabr, AZƏRTAC
Dünya gözümüzün qarşısında dəyişir və qlobal idarəetmə sistemi islahat tələb edir. Bu gün biz başa düşürük ki, parçalanmanın qarşısını almaq lazımdır. Yalnız yeni, maraqlı fikirlər, qlobal miqyaslı fikirlər bildirməliyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Beyin Mərkəzləri Forumunun 13-cü iclasının “İnkişaf vasitəsilə təhlükəsizliyin təşviqi - Asiyada təhlükəsizlik idarəçiliyinə yeni yanaşmaların araşdırılması” mövzulu sessiyada Çin və Müasir Asiya İnstitutunun direktoru, Milli AQEM Tədqiqat Mərkəzinin sədri Kirill Babayev deyib.
O, Avrasiyanı iqtisadi əməkdaşlığın vahid məkanı kimi dəyərləndirərək qeyd edib ki, ən vacib məsələ qarşılıqlı hörmət prinsiplərinə əsaslanan ümumi təhlükəsizlik platformasının yaradılmasıdır.
Kirill Babayev bütün Avrasiya məkanını birləşdirəcək, həm böyük, həm də kiçik ölkələrin maraqlarını nəzərə alacaq ortaq tərəfdaşlığın dəstəklənməsinin vacibliyini vurğulayaraq, bu birliyin məhz qarşılıqlı əməkdaşlıq prinsipləri üzərində qurulacağını ifadə edib.