Azərbaycanın yunan-Roma güləşi yığması MDB Oyunlarında 3-cü qızıl medalı əldə edib VİDEO
Gəncə, 7 oktyabr, AZƏRTAC
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında yunan-Roma güləşi üzrə yarışlar davam edir.
AZƏRTAC xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan yarışlarda Azərbaycan təmsilçisi İslam Sultanov (71 kiloqram) finalda belaruslu Zaxar Tserasxouya ilə qarşılaşıb.
Rəqibini 3:0 hesabı ilə məğlub edən idmançımız qızıl medala sahib çıxıb.
Daha əvvəl Elşad Abbasov (51 kiloqram), Əli Nəzərov (60 kiloqram) qızıl, Yusif Mirzəyev (48 kiloqram) gümüş, Hikmət Haqverdiyev (55 kiloqram ) və Nihat Tağıyev (65 kiloqram) isə bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]