Azərbaycan Dövlət İnformasiya Agentliyi

Murovdağdan Şuşayadək uzanan döyüş yolu VİDEO

Naxçıvan, 29 oktyabr, Nail Əsgərov, AZƏRTAC

Şərur şəhər Şəhidlər xiyabanında gözlərində əbədi təbəssüm donan, arzuları çiçək açan bir igid uyuyur. 44 günün hər birinə imzasını atan igid. Torpağı, Vətəni vüsalına qovuşduran oğul. Toyunu Bakıda deyil, Şuşa dağlarında edən qəhrəman...

AZƏRTAC-ın bölgə müxbiri 1988-ci il iyulun 15-də Şərur rayonunun Dizə kəndində dünyaya göz açan, Vətən müharibəsində böyük şücaət və qəhrəmanlıq nümunəsi göstərən Vüsal Vəliyevin ata ocağında qonaq olub, ailəsi ilə söhbət edib.

Onun 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsindəki döyüş yolunun hər günü bir qəhrəmanlıq hekayəsinə döndü. Uşaqlıqdan yaşadıqları, gördükləri, qəlbində böyütdüyü intiqam hissi idi onu qorxmadan, çəkinmədən irəli aparan. Axı, özü demişdi ki, vaxt gələcək o bədxahlara günlərini göstərəcəyəm. O gün gəlmişdi artıq. Vüsalın illərdir gözlədiyi həmin gün...

Anası Mədinə xanım deyir ki, Vüsal ailədə beş uşağın ortancılı idi. Balacalığından mehriban, gülərüz və sevimli uşaq olub. Ailədə, qohum-qonşu arasında rəğbət qazanmışdı. Heç kəsi incidən, üzən insan deyildi. Razı olmazdı hansısa uşaq onun yanında ağlasın. 1990-cı illərdə - I Qarabağ müharibəsi hələ başlamazdan əvvəl, düşmən Sədərək istiqamətində hücuma keçəndə Vüsalın yaşadığı həyətə də toplar düşür, qəlpələr səpələnirdi: “Həmin qanlı-qadalı günlərdə məhəllədəki bütün azyaşlı uşaqları bizim zirzəmidə gizlədirdik. Bir dəfə top atəşləri bitəndən sonra gördüm ki, Vüsal əsəbindən ağlayır. Balamı qucaqladım, sinəmə sıxdım, başını sığalladım. “Niyə ağladın, niyə belə etdin?” — dedim. Dedi ki, “ana, mən böyüyüb düşməndən bunun heyfini alacağam”. Beləcə, Vüsal uşaqlıqdan intiqam hissi ilə böyüdü”.

Murovdağdan Şuşayadək uzanan döyüş yolu

Şəhid anası bildirir ki, Vüsalın xidməti dövründə hər kəs ondan çox razı idi, bu barədə dəfələrlə təşəkkürnamələr göndərilib, zənglər olunub. Vüsal əsgərlərinə qarşı həmişə qayğıkeş olub, odun doğrayar, su daşıyar, təminatı özü edərdi. 44 günlük Vətən müharibəsində Murovdağın azad olunmasında və həmin istiqamətdə bir sıra strateji yüksəkliklərin geri alınmasında böyük əməyi olan Vüsal iki dəfə yaralansa da geri addım atmayıb, müharibənin sonuna — noyabrın 9-na qədər döyüşüb. Başqa sözlə, Murovdağdan başlayan döyüş yolu Şuşada başa çatıb.

"Müharibə başlayandan 10 gün sonra zəng etmişdi, atası ilə, mənimlə, bacı-qardaşları ilə danışdı. Dedi, “ana narahat olmayın, hər şey yaxşıdır. Qələbə ilə, sağ-salamat geri dönəcəyik. Sənin gözlədiyin o toy da lap ürəyimiz istəyən kimi olacaq”. Ancaq olmadı. Noyabrın 9-da şəhid olması xəbəri gəldi.

Müharibənin gedişatında atası İslam övladından xəbər gəlmirdi deyə çox təlaşlanırdı. Uşaqlığında keçirdiyi travmalar yenidən yaşanırdı (Vüsalın atası İslam Vəliyev üç günlük olanda atası İkinci Dünya müharibəsində itkin düşmüşdü). Övlad nigarançılığına dözmədi, Vüsalın həsrəti ilə dünyadan köçdü, övladının şəhid xəbərini də eşitmək qismət olmadı atasına", - deyərək göz yaşlarını silir şəhid anası.

Vətən müharibəsi başlayanda Vüsal nişanlı idi, toya hazırlaşırdı ata-anası. Ancaq həmin toy ona qismət olmadı. Vüsalın toyu Kəlbəcərdə, Şuşa dağlarında oldu. O uşaqlıqdakı arzusuna çatdı, düşmənə doyunca toy tutdu...

“Bir dəfə sual verdim ki, “övlad toyunun həyətdə olmağını istəyirsən, ya restoranda”. Gülə-gülə dedi ki, “ana, ikisini də istəyirəm”. Dedim, “ana qurban sənə, hər ikisini də edəcəyəm”. Həyətdə mağar düzəltdik, restorana dəvətnamələri də yazdıq. Amma qismət olmadı. Beş ildir ki, Vüsalın ildönümünü xeyir-şər evində, ad gününü isə həyətdə qeyd edirəm. Vüsal məndən iki toy istəmişdi axı? Xeyir-şər evindəki ildönümü onun restoran, həyətdəki ad günü isə onun mağar toyudur”, - deyir Mədinə ana.

“Vüsal məsuliyyətli, istedadlı şagird və igid, qəhrəman oğul kimi xatirəmdə əbədi qalacaq”

Vüsal igidliyi, qəhrəmanlığı ilə ona dərs deyən müəllimlərin yaddaşında əbədi xatirə qoyaraq onların fəxr, qürur yerinə çevrilib. Dizə kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi Rüxsarə Vəliyeva üçün onun yeri bir başqadır. O, Vüsalın həm müəllimi, həm də sinif rəhbəri olub. Şagirdi barədə qürurla, ürək dolusu danışır: "Vüsala mən beşinci sinifdən etibarən hərbi liseyə sənəd verənə qədər Azərbaycan dili və ədəbiyyat fənnini tədris etmişəm. Onu üzündəki təbəssümü, səmimiyyəti ilə, müəllimə qarşı hörmətcil, yoldaşlarına xoş rəftarlı bir şagird kimi tanımışam, çox istəmişəm. Vüsal həm savadlı, həm bilikli, həm də intizamlı idi. Bütün dərslərdə fəal iştirak edir, ictimai işlərdə yaxından köməklik göstərirdi. Bir sözlə, sinif yoldaşları arasında seçilməyi bacarırdı. Vüsal dərslərini yaxşı oxumaqla bərabər, həm də Vətənə xidmət etməyi də qarşısına məqsəd qoydu”.

Vüsal 2002-ci ildə hərbi liseyə qəbul olmaq üçün müraciət etmədən öncə müəllimi Rüxsarə xanımla da məsləhətləşib. Həm sinif rəhbəri olaraq, həm də məktəbdə uzun müddət dərs dediyinə görə Vüsalın xasiyyətnaməsini də o hazırlayıb: "Xasiyyətnaməsində onun məsuliyyətli, bilikli, savadlı, istedadlı və səmimi olduğunu qeyd etdim. Vüsala təqdim etdikdə, mənə dedi ki, müəllim mən hərbi sahədə xidmət edə bilərəmmi? Cavab verdim ki, əlbəttə ən yüksək səviyyədə xidmət göstərib, ən çətin tapşırıqları uğurla yerinə yetirəcəksən. Nümunəvi fəaliyyəti ilə ümidlərimizi layiqincə doğrultdu. Mayor rütbəsinə qədər yüksəldi, Vətənin çətin günündə dadına çatdı və döyüş şəraitində canından keçərək şəhidlik zirvəsinə ucaldı. Vüsal mənim xatirəmdə məsuliyyətli, sevimli, istedadlı şagird və qəhrəman, igid oğul kimi qalacaq. Allah rəhmət eləsin!", - deyə Rüxsarə Vəliyeva əlavə edir.

2020-ci il sentyabrın 27-dən bir sıra istiqamətlərdə döyüş tapşırığını yüksək peşəkarlıqla yerinə yetirən, Murovdağda, Murov yüksəkliyinin azad edilməsi əməliyyatında böyük şücaət göstərən Vüsal Vəliyev noyabrın 9-da Üçtərəfli Bəyanatın imzalanmasına saatlar qalmış Şuşa döyüşləri zamanı şəhidlik məqamına ucalıb. Dekabrın 14-də Şərur şəhər Şəhidlər xiyabanında dəfn olunub. Adına doğulduğu kənddə bulaq inşa edilib - “Şəhid Vüsal bulağı”. Vüsal Vəliyevin Vətən qarşısında əvəzsiz xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. O, sağlığında “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1928-2013)”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medallarına, “Əfqanıstanda sülhməramlı missiyaya görə” medalına və “10 il qüsursuz xidmətlərə görə” 3-cü dərəcəli medala layiq görülüb.

Vətən müharibəsində şücaət və igidlik nümunəsi göstərdiyinə görə Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Otuzillik həsrətə son qoyan, Vətəni vüsalına qovuşduran Vüsal Vəliyev kimi oğulların qəhrəmanlığı, igidliyi tarixdə əbədi qalacaq...

Murovdağdan Şuşayadək uzanan döyüş yolu VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Danimarka millisinin kapitanı Kristian Eriksen Ukrayna ilə oyun zamanı huşunu itirərək yerə yıxılıb

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal

Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb

Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib

Azərbaycanın voleybol milli komandaları Avropa Liqasında birinci mərhələni başa vurublar

SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub

FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər

Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Səudiyyə Ərəbistanında zəvvarlar üçün elektron qapı texnologiyası tətbiq edilib

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

Ərdoğan: Sıfır Tullantı Hərəkatı sayəsində Türkiyə iqtisadiyyatına 365 milyard lirə töhfə verilib

Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Qarabağ Universitetində professional səs elminə həsr olunmuş konqres təşkil edilib

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib

Qafqaz bəbirinin izi ilə Qarabağ tarixinə: “Doğma torpaq” filmi Aşqabadda

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal parkında sərgi açılıb

Azərbaycanın akrobatika gimnastları Bakıdakı Dünya Kubokunda qızıl medal qazanıblar

AYİB-in Riqadakı plenar sessiyasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasından danışılıb

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

Qusarda gənc voleybolçuların seçimi aparılıb

Brüsseldə azərbaycanlıların irimiqyaslı futbol festivalı: III Suqovuşan Turniri başa çatıb

Çexiyada Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim edilib

Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb

Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb

Böyük Britaniyanın Baş naziri Zelenski, Makron və Mertslə Ukraynaya dəstəyi müzakirə edəcək

Cənubi Koreyanın milli valyutasının məzənnəsi son 17 ildə ən aşağı həddə enib

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var

Britaniya parlamenti: Müdafiə xərcləri planının gecikməsi ölkənin etibarlılığına zərbə vurur

Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir

Agentlik: İdxal-ixrac prosedurlarının bütün əsas istiqamətləri elektron müstəviyə daşınıb

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

Praqada keçirilən “Food and Culture” səfirliklər festivalı 60 ölkənin nümayəndələrini bir araya gətirib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Kayseridə güclü yağış və dolu həyatı iflic edib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunda mükafatçılar bəlli olacaq

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Britaniyalı seçicilərin əksəriyyəti “Brexit” qərarının ləğv edilməsini istəyir

Bu saata olan əsas xəbərlər

Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib

Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyinin qalibi bəlli olub

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni strateji sənəd yekun təsdiq mərhələsindədir

Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb

Böyük Qayıdış proqramı Azərbaycanın müasir tarixində həyata keçirilən ən mühüm dövlət layihələrindən biridir - ŞƏRH

Ermənistanda parlament seçkiləri keçirilir

Dünya Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinalda ABŞ ilə qarşılaşacaq

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Dünya birjalarında neft ucuzlaşıb

Türkmənistanda Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans baş tutub

Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

Papa Leo: ABŞ-İsrailin İrana qarşı müharibəsində ədalət kriteriyaları mövcud deyil

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir VİDEO

Nadejda İsmayılova: "Dalğa" zirvədir VİDEO

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub VİDEO

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub VİDEO

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqalə dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər