“Şair ömrü” filminin quruluşçu rejissoru: Ekran əsərində süni intellekt texnologiyasından istifadə etmişik VİDEO
Bakı, 29 noyabr, Fidan Əlizadə, AZƏRTAC
Görkəmli şair Tofiq Bayramın xatirəsinə həsr olunmuş “Şair ömrü” bədii-sənədli filminin çəkilişləri 2-3 ay müddətində davam edib. Ekran əsərinin əsas hissəsi şairlə bağlı xatirələrini bölüşən müsahiblərin fikirlərindən ibarətdir.
Bunu AZƏRTAC-a açıqlamasında “Şair ömrü” filminin quruluşçu rejissoru Ruslan Hüseyn deyib.
Rejissor diqqətə çatdırıb ki, bu film onun karyerasında süni intellekt texnologiyasından istifadə etdiyi ilk layihədir.
“Tofiq Bayramın şəxsi görüntüləri keyfiyyətli olmadığından, onları süni intellekt vasitəsilə bərpa etmişik. Filmin sonunda isə vacib dialoqlar onun orijinal səsi ilə təqdim olunub”, - deyə R.Hüseyn əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:05]
Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib
- 06.10.2026 [11:38]
Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq
- 05.10.2026 [20:02]
Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub
- 05.10.2026 [19:16]