Narınbek İsabekov: Türk dövlətlərinin xəritəsində Xəzər dənizindən Qırğızıstana qədər uzanan ərazini görmək olar VİDEO
Bakı, 3 dekabr, AZƏRTAC
Bu gün əlamətdar bir hadisə baş verəcək - türk dövlətlərinin ortaq xəritəsinin təqdimatı keçiriləcək. Əminəm ki, bu xəritə təkcə burada iştirak edənləri deyil, çoxunu maraqlandıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Qırğızıstanın Nazirlər Kabineti yanında Torpaq Ehtiyatları Kadastr, Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin Dövlət Kartoqrafiya və Geodeziya Xidmətinin direktoru Narınbek İsabekov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, xəritə miqyası ilə diqqət çəkir və planetimizin əhəmiyyətli bir hissəsini tutan bölgəni təqdim edir. “Xəritə ortaq köklərimizi və Xəzər dənizindən Qırğızıstana qədər uzanan ərazini nümayiş etdirir, xalqlarımızın qardaş və yaxın olduğunu vurğulayır”, - deyə direktor əlavə edib.