Ucarda küçə itləri yaşlı kişiyə hücum edib VİDEO
Ucar, 24 dekabr, Rəşad Türkoğlu, AZƏRTAC
Ucar şəhərinin 28 May küçəsində 61 yaşlı Rəhman Əsgərov yaşadığı binanın həyətində olarkən sahibsiz küçə itlərinin hücumuna məruz qalıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, köməksiz vəziyyətdə qalan şəxs son anda itlərin hücumundan güclə xilas olub. Bədəninin müxtəlif nahiyələrindən xəsarət alan Rəhman Əsgərov ətrafda olan sakinlərin köməyi ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İt dişləməsi nəticəsində xəsarət alan şəxsə xəstəxanada ilkin tibbi yardım göstərilib, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:49]
Gəncədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
- 05.06.2026 [17:40]
Ədliyyə naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib
- 05.06.2026 [17:12]
“Güclü cəmiyyətin zərif simaları” layihəsi Xankəndidə
- 05.06.2026 [17:06]
Naxçıvanda 4037 hektar sahədə yazlıq bitkilərin əkini həyata keçirilib
- 05.06.2026 [16:33]
Şəki-Zaqatala bölgəsi üzrə monitorinqə 7489 şagird cəlb edilib
- 05.06.2026 [14:36]
Müşfiqsevərlər Xızıda ölməz şairin xatirəsini anıblar
- 05.06.2026 [14:34]