Ucar–Göyçay yolunda baş verən qəzada 4 nəfər xəsarət alıb VİDEO
Ucar, 24 dekabr, Rəşad Türkoğlu, AZƏRTAC
Ucarda yol qəzası baş verib, xəsarət alanlar var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol-nəqliyyat hadisəsi səhər saatlarında Ucar–Göyçay avtomobil yolunun Ucar ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisənin səbəbləri araşdırılır.