Azərbaycan Dövlət İnformasiya Agentliyi

Riad Cəbrayılov - On illik vokal sənəti, solo konsertlər və çoxsaylı layihələr VİDEO

Riad Cəbrayılov - On illik vokal sənəti, solo konsertlər və çoxsaylı layihələr VİDEO

“İlin Gənci” mükafatı fəaliyyətimə verilən qiymət, həm də gələcək üçün məsuliyyətdir

Bakı, 9 fevral, Gülay Nəzərova, Şövqi Əzizov, AZƏRTAC

Gənclərin yaradıcılığa və sənətə olan sevgisi istedadla yanaşı, cəsarət, axtarış və özünü ifadə ehtiyacı ilə də formalaşır. Musiqi və ictimai fəaliyyət bu sevginin ən canlı təzahürlərindəndir. Bu gün Azərbaycan gəncliyi sənəti sadəcə bir peşə kimi deyil, cəmiyyətə təsir göstərmək, dəyərlər yaratmaq və öz sözünü demək vasitəsi kimi qəbul edir. Məhz bu yanaşma yaradıcılığı sosial məsuliyyətlə birləşdirən, istedadı faydaya çevirən gənclərin formalaşmasına zəmin yaradır. Belə gənclərdən biri də milli vokal sənətini ictimai fəaliyyətlə uğurla birləşdirən “İRƏLİ” İctimai Birliyinin baş katibi, vokal ifaçısı, “İlin Gənci” mükafatının qalibi Riad Cəbrayılovdur.

AZƏRTAC-ın müxbiri ilə söhbətində gənc istedad vokal sənəti üzrə yaradıcılıq fəaliyyətindən, həmçinin ictimai və mədəni layihələrdə iştirakından danışıb.

O, 2016-2020-ci illərdə Azərbaycan Milli Konservatoriyasının “İfaçılıq” fakültəsində “Milli vokal” ixtisası üzrə bakalavr təhsili alıb. Onun sözlərinə görə, tələbəlik illəri həm peşəkar musiqiçi baxımından formalaşma dövrü, həm də ictimai fəaliyyətə atıldığı mühüm mərhələ olub.

“Təhsil aldığım illərdə anladım ki, sənət təkcə səhnədə ifa etməkdən ibarət deyil. Sənət insanlarla işləmək, gəncləri bir ideya ətrafında birləşdirmək və onları inkişaf prosesinə cəlb etməkdir”, – deyə o vurğulayıb.

Tələbəlik dövründən ictimai və yaradıcılıq fəaliyyətinə başlayan Riad Cəbrayılov Azərbaycan Milli Konservatoriyasının Tələbə Gənclər Təşkilatının sədri kimi fəaliyyət göstərib. Bu müddət ərzində gənclərin mədəni mühitə daha fəal cəlb olunması, yaradıcılıq potensiallarının üzə çıxarılması məqsədilə bir sıra layihələr həyata keçirilib.

Hazırda “İRƏLİ” İctimai Birliyində baş katib vəzifəsində çalışan Riad Cəbrayılov paralel olaraq səhnə yaradıcılığı ilə də məşğuldur. O bildirib ki, artıq 10 ildən çoxdur ictimai sahədə aktiv fəaliyyət göstərir və gənclərin iştirakı ilə müxtəlif layihə və tədbirlərin təşkilində yaxından iştirak edir. Onun sözlərinə görə, milli vokal üzrə musiqi fəaliyyəti, ictimai fəaliyyət və könüllülük bir-birini tamamlayan əsas istiqamətlərdir.

Riad Cəbrayılov ilk vokal müəllimlərindən olan Əməkdar artist Ramil Qasımovun onun formalaşmasında mühüm rol oynadığını xüsusi qeyd edib: “Düşünürəm ki, vokal ifaçılığında Ramil müəllimlə yolu kəsişən hər bir tələbəni şanslı hesab etmək olar. Onlardan biri də mənəm. Ramil müəllimin verdiyi bilik və tövsiyələr mənim yaradıcılıq yolumda əsas istiqamətverici amil olub”.

Riad Cəbrayılov ötən illərdə çıxış etdiyi iki solo konsert barədə məlumat verib: “Beynəlxalq Muğam Mərkəzində “Salam, Rişad” adlı ilk solo konsert proqramımı təqdim etmişdim. Daha sonra Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində “Xoşladığım bir gecə” adlı konsertim oldu. Proqramda xalq və bəstəkar mahnılarını səsləndirmişdim”.

O, eyni zamanda “Youthvision” beynəlxalq mahnı müsabiqəsində münsiflər heyətinin üzvü kimi çıxış edərkən Azərbaycan gənclərinin yaradıcılığa və müsabiqə mühitinə marağını yüksək qiymətləndirib. Təxminən 20-25 ölkəndən olan gənclərin iştirak etdiyi bu layihənin onların tanınması baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

2026-cı ilin “İlin Gənci” mükafatına layiq görülməsi barədə danışan Riad bildirib ki, fəaliyyətin əsas motivasiyası heç vaxt mükafat olmamalıdır: “Fəaliyyət zövq almaq, inkişaf etmək və fayda vermək üçündür. Mükafat isə görülən işə verilən qiymətdir. “İlin Gənci” seçilmək böyük qürurdur və bunu həm ötən 10 ilin fəaliyyətinə verilən dəyər, həm də gələcək üçün məsuliyyət kimi qəbul edirəm”.

Onun müəllifi olduğu layihələr sırasında “İstedadlı gənclərin estrada-vokal müsabiqəsi”, “Solo gənclik”, “MədəniyyətimİZ” və “Sənətkarın dostu” kimi təşəbbüslər yer alır. Eyni zamanda “Bakı ictimai xoru” layihəsinin artıq bir layihə çərçivəsindən çıxaraq platformaya çevrildiyini bildirən Riad Cəbrayılov qeyd edib ki, bu təşəbbüs yaşından və peşəsindən asılı olmayaraq hər kəsin kollektiv ifaçılıqda iştirakına imkan yaradır.

Riad Cəbrayılov, həmçinin 2023-cü ildə Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra Azərbaycan könüllüləri qrupunun tərkibində humanitar fəaliyyət göstərdiyini, həmin il ictimai fəallığına görə “İlin könüllüsü” nominasiyası üzrə təltif olunduğunu və “Davam” Gənclər Hərəkatının idarə heyətinin üzvü seçildiyini də bildirib.

O, gənclərin dövlət tərəfindən yaradılan imkanlardan xəbərdar olmasının və bu imkanlardan fəal şəkildə istifadə etməsinin vacibliyini vurğulayıb: “Hər bir gənc hədəflərinə doğru özü təşəbbüs göstərməli, özünü sınamalı və mərhələli şəkildə daha böyük məqsədlərə doğru irəliləməlidir. Kiçik addımlar atmaq, layihələrdə iştirak etmək və yeni biliklər qazanmaq yolu ilə gənclər həm şəxsi bacarıqlarını inkişaf etdirir, həm də cəmiyyət üçün faydalı fəaliyyət göstərə bilir. Mən hesab edirəm ki, uğur əldə etmək üçün həmişə aktiv olmaq, öyrənmək və cəsarətli olmaq vacibdir”.

Sonda o qeyd edib ki, artıq 10 ildən çoxdur vokal sənəti ilə məşğuldur və iki solo konsert proqramı ilə çıxış edib: “Ən böyük məqsədim kollektiv fəaliyyət mədəniyyətini gücləndirmək və gənclərin cəmiyyətə faydalı fərdlər kimi formalaşmasına töhfə verməkdir”.

Riad Cəbrayılov, yalnız vokal sənəti ilə deyil, eyni zamanda gənclərin yaradıcılıq və ictimai fəaliyyət sahəsində inkişafına verdiyi töhfələrlə seçilir. Onun fəaliyyəti göstərir ki, istedadı cəmiyyətə faydaya çevirmək mümkündür və hər bir gənc üçün ilham mənbəyidir.

Riad Cəbrayılov - On illik vokal sənəti, solo konsertlər və çoxsaylı layihələr VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH

Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi ŞƏRH

DVX: Vergi bəyannamələri və onlayn kassalarla bağlı texniki çətinliklər qısa müddətdə həll olunacaq

Fransada növbəti prezident seçkisində iştirak edəcək namizədlərə çağırış olunub

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb - ŞƏRH

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB

Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb

İngiltərənin Tetford şəhərində miqrasiya əleyhinə etirazlar davam edir

Geosiyasi baxımdan "Yaşıl Enerji Kabeli" layihəsi Cənubi Qafqazın qlobal əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır - RƏY

Azərbaycan parlament diplomatiyası beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir

Şimali Kipr Prezidenti: Nikosiya BMT Baş katibinin adanı minalardan təmizləmək təklifini rədd edib

Mütəxəssis: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

Səbaildə obyektdə baş verən yanğın məhdudlaşdırılıb – YENİLƏNİB 2 VİDEO

Səbaildə obyektdə baş verən yanğın məhdudlaşdırılıb – YENİLƏNİB 2 VİDEO

“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub

“Meta” şirkəti uşaqların təhlükəsizliyinə dair iş üzrə yenidən cərimələnib

Fransada sosialistlər arasında narazılıq yaranıb, partiya rəhbərliyinin qarşısında şərt qoyulub

Mançesterdə elektrik kəsintisinə görə dəmir yolunda gecikmələr davam edir

Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib

“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib

Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsinin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

X.N.Fərhadovun Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Deputat: ABŞ-də paraflanan sülh sənədi Cənubi Qafqazda yeni geosiyasi mərhələnin əsasını qoyub

İ.Ş.Davudovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İ.Ş.Davudovun Azərbaycan Respublikasının Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

X.N.Fərhadovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.Z.Nağdəliyevin Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

A.A.Məhərrəmovun Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində

Azərbaycan coğrafi informasiya sistemləri sahəsində istehlakçı deyil, töhfə verən ölkə ola bilər – MÜSAHİBƏ

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mikayıl Cabbarov: “SOCAR karbamid” qabaqcıl texnologiyalar sayəsində uğurlu rəqəmsal transformasiya nümunəsi kimi qiymətləndirilir

Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır

“Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək

Azərbaycan Respublikası Media və Yayım Şurasının STRUKTURU

“Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 449-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova

ABŞ-də “Boeing” təyyarələrinin icbari yoxlaması aparılacaq

Meşə yanğınları Avropa ölkələrinə 19 milyard avrodan çox iqtisadi zərər vurub

Proqram mühəndisliyinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib

Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatıb

Dövlət Xidməti enerji sektorunda kibertəhlükəsizlik üzrə yüksəksəviyyəli simulyasiya təlimi keçirib

Dövlət Neft Fondu Perunun ən böyük elektrik enerjisi istehsalçısı olan şirkətə investisiya yatırıb

Ucarda 1 tondan çox çətənə kolu məhv edilib

Azərbaycanın gənc qolfçusu beynəlxalq turnirin qalibi olub

“Sinxua”: Orta Dəhlizin strateji əhəmiyyətinin artması Azərbaycanı nəqliyyat-logistika habına çevirir

Qeyri-peşəkar müdaxilələr avtomobillərdə yanğın təhlükəsi yaradır – Ekspert rəyi

Gənc alim və tədqiqatçılar üçün yay düşərgəsi təşkil olunacaq

ADSEA: Su təchizatı şəbəkələrində aparılan təmir işlərini yalnız yay mövsümü ilə əlaqələndirmək düzgün deyil

“Brent” nefti iyulun 13-dən bəri ilk dəfə 83 dollardan yuxarı ticarət edilir

Bu saata olan əsas xəbərlər

Vaşinqton görüşü: Azərbaycan sülh gündəliyini və regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən dövlətə çevrildi

BMU məzunu ABŞ-nin nüfuzlu universitetində təhsilini davam etdirəcək

Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub

Vidadi Rzayev: Qarabağ” son 3 oyunda qol vura bilməsə də, transferləri uğursuz hesab etmirəm

Naxçıvanın ümumtəhsil məktəblərinə 2255 kompüter verilib

ADPU-da 600 bal və yuxarı nəticə göstərən ilk 10 tələbəyə “Uğur” təqaüdü veriləcək

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayacaq

Ötən gün narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib

Magistratura təhsili əmək bazarında üstünlük yaradırmı?

Tərtərdə yanğın törədərək iki nəfəri öldürən və cinayəti gizlətməyə çalışan şəxs ifşa edilib

Dayazlaşan Dunay çayında Qədim Roma dövrünə aid körpünün qalıqları üzə çıxıb

Tovuzda pensiya və sosial müavinətlərə dair ictimai dinləmə olacaq

Penitensiar müəssisələrin kitabxana fondları zənginləşdirilib

Kətanda əbədiləşən Azərbaycan sevgisi

“Fitch Ratings” agentliyi İpoteka və Kredit Zəmanət Fondunun reytinqini yenidən “BBB-/stabil” səviyyəsində təsdiqləyib

Ankara Ceyhan limanını “Türkiyə Rotterdamına” çevirməyi planlaşdırır

Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Azərbaycan-Ukrayna münasibətləri: Strateji tərəfdaşlığın yeni vizyonu - TƏHLİL

Türk xalqlarının İslamaqədərki fəlsəfi irsi sistemli şəkildə araşdırılıb

Vaşinqton görüşündə Azərbaycanın irəli sürdüyü prinsipial mövqelər aktuallığını qorudu - ŞƏRH

RF Müdafiə Nazirliyi: Rusiya səmasında 200-dən çox dron məhv edilib

Qızılın qiyməti yanvardan bəri ən güclü həftəlik artım nümayiş etdirir

Nazirlik: “Əmək və Məşğulluq” altsistemində hazırda 65 mindən çox aktiv vakansiya var

Rəqəmsal arxeologiya üzrə təlimlər Ağstafa və Gədəbəydə davam edir

Birinci yarımildə "Mobil Notariat”ın üzərindən rəsmiləşdirilən notariat hərəkətlərinin sayı məlum olub

Avropada qaz anbarlarının doluluq nisbəti 2011-ci ildən bəri ən aşağı səviyyədədir

Alimlər: Qlobal istiləşmə düyü məhsuldarlığını azaldır

Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmə

Bakıda badminton üzrə beynəlxalq turnir keçiriləcək

Yarım ildə KOB evlərində biznes subyektlərinə 234 mindən çox xidmət təqdim olunub

Azərbaycan Avrasiyada mühüm nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib- ŞƏRH

İyulda Bakı metrosundan 16 milyondan çox sərnişin istifadə edib

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Kolleclərə qəbul üzrə ixtisas seçimi avqustun 9-dək davam edəcək

Naxçıvanda kanalda batma təhlükəsilə üzləşmiş şəxs xilas edilib

Azərbaycan nefti 93,37 dollara satılır VİDEO

Azərbaycan nefti 93,37 dollara satılır VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

21 yaşlı gənc “Yeni Xan qızı" kanalında batıb VİDEO

21 yaşlı gənc “Yeni Xan qızı" kanalında batıb VİDEO

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 2 dəfəyədək artıb