Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqın “Ərbab”ı, Ordubadın ipək irsi: Rzaqulu Rzayevin yadigarı bərpa edilir FOTO VİDEO

Naxçıvan, 15 aprel, AZƏRTAC

Ordubad... Ümummilli Lider Heydər Əliyevin "Azərbaycanın incisi" adlandırdığı qədim və əsrarəngiz yurd yeri. Bu diyar əsrlər boyu sənətkarlığın, xüsusilə də ipəkçiliyin əsas mərkəzlərindən biri kimi tanınıb. Həmin şöhrətin təməlində isə XIX əsrdə – 1865-ci ildə yaradılan ilk ipək fabriki və onun qurucusu, xalq arasında "Ərbab" kimi tanınan Rzaqulu Rzayev dayanır.

Bu gün həmin tarixi məkan yenidən dirçəlir. Milli-mənəvi dəyərlərimizin daşıyıcısı olan bu bina artıq təkcə keçmişin yadigarı deyil, gələcəyə ötürülən mədəni irs nümunəsi kimi bərpa olunur. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"na əsasən, burada genişmiqyaslı təmir-bərpa işləri aparılır.

Görülən işlərin əsas məqsədi sadəcə bir tikilini yeniləmək deyil, bu layihə bütövlükdə Ordubadın zəngin tarixini, ipəkçilik ənənələrini və xalq yaddaşında yaşayan dəyərləri qoruyaraq gələcək nəsillərə çatdırmağı hədəfləyir.

AMEA-nın Naxçıvan Bölməsinin şöbə müdiri, dosent Aytən Cəfərova deyir ki, Rzaqulu Rzayevin əsas uğuru yalnız ənənəvi əl üsulu ilə kifayətlənməməsi idi. O, dövrün müasir dəzgah və texnologiyalarını Ordubada gətirərək istehsalatda inqilab etmişdi. 96 çeşməli 24 ədəd dəzgahın gətirilməsi sayəsində Ordubad ipəyi yüksək inkişaf səviyyəsinə çatmış, ipəkçilik sənayesi güclənmişdi.

Onun sözlərinə görə, ipəkçilik burada üç sahənin – tutçuluq, baramaaçma və ipəkəyirmənin vəhdəti əsasında inkişaf edib. Bu sintez həm sənayeni, həm də kənd təsərrüfatını gücləndirməklə yanaşı, bölgədə məşğulluğun artmasına da böyük töhfə verib.

1969-cu ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Ordubadın ipəkçilik sənayesi özünün intibah dövrünü yaşadı. Müəssisə müasir avadanlıqlarla təchiz olundu, işçilərin sayı 1000 nəfərə çatdı. İşçilərin sosial təminatı və gündəlik qida ehtiyaclarının qarşılanması həmin dövr üçün nümunəvi addımlardan idi.

Rzaqulu Rzayev təkcə sənayeçi kimi deyil, həm də xarakteri və ədaləti ilə xalqın yaddaşına həkk olunub. Onun haqqında danışılan rəvayətlər zəhmətə verdiyi dəyəri nümayiş etdirir. Dosent Aytən Cəfərova Rzaqulu bəyin sürgündən qayıtdıqdan sonra ona qarşı vaxtilə hörmətsizlik edən şəxsə verdiyi ibrətamiz cavabı xatırladır: “Sovetləşmə dövründə digər bəylər və iş adamları kimi Rzaqulu Rzayevin də var-dövləti əlindən alınır və o, Gəncəyə sürgün olunur. Sürgün olunmazdan əvvəl insanların qarşısına çıxarılır və ona qarşı təhqiramiz ifadələr səsləndirilir. Həmin zaman nökərçiliklə məşğul olan biri onun əynindəki paltarı çıxarmağa cəhd edir. Bu hadisə Rzaqulu Rzayevi çox incidir və yaddaşında dərin iz buraxır. Beş il sonra Ordubada qayıdan Rzaqulu bəy həmin şəxsi yenə köhnə vəziyyətdə, əvvəlki kimi yaşadığını görür və kinayə ilə deyir: “Əgər yenə də köhnə vəziyyətində, paltarında yaşayacaqdınsa, işləyəcəkdinsə, niyə mənim paltarımı əynimdən çıxarmağa çalışırdın?”. Bu sözlər onun həm qürurunu, həm də həyat fəlsəfəsini ifadə edir”.

Digər bir hadisə isə onun “zəhmətsiz qazanc olmaz” prinsipini göstərir. Aytən Cəfərova bu barədə danışarkən deyir:

"Günlərin birində bir nəfər ondan işlə təmin olunmasını xahiş edir. Rzaqulu bəy ona yerdəki kərpicləri bir tərəfdən götürüb digər tərəfə daşımağı tapşırır. Sonda isə həmin şəxsə zəhmətinin haqqını verir. Növbəti dəfə müraciət zamanı isə eyni kərpicləri yenidən əvvəlki yerinə qaytarmağı tapşırır. Bu zaman həmin şəxs təəccüblə soruşur ki, “Bəy, bunun mənası nədir? Mən eyni işi görürəm”. Rzaqulu bəy isə deyir: “Mənası budur ki, sən qazandığın pulu öz zəhmətinlə qazanmalısan”. Bu yanaşma göstərir ki, Rzaqulu bəy əməyə və zəhmətə böyük dəyər verib. Elə buna görə də xalq onu bu gün də “Ərbab” adı ilə yad edir, onun nüfuzunu və işində ustalığını xüsusi vurğulayır".

"Ərbabın iş yeri" adlanan tarixi binanın bərpası artıq yekun mərhələyə qədəm qoyur. Layihə rəhbəri Fərid Kazımlı bildirir ki, işlərin təxminən 50 faizi tamamlanıb. Onun sözlərinə görə, bina ilkin vəziyyətinə qaytarılacaq, mövcud ornamentlər bərpa ediləcək: “Hazırda yerləşdiyimiz otaq əsas fond və mühafizə otağı kimi fəaliyyət göstərəcək. Bu məkanda alimlər, bərpaçılar, rəssamlar və digər mütəxəssislər çalışacaqlar. Digər hissələr isə Mədəniyyət Nazirliyinin müəyyən etdiyi iş bölgüsünə uyğun olaraq istifadə ediləcək”.

Bina iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə, əsas hissənin yan tərəfində ictimaiyyət üçün açıq olan kafeteriya yerləşəcək. İkinci mərtəbədə inzibati heyət üçün otaqlar nəzərdə tutulub. Bundan əlavə, həmin mərtəbədə muzey bölməsi fəaliyyət göstərəcək. Muzey hissəsinin yaxınlığında isə geniş konfrans zalı istifadəyə veriləcək.

Bərpa işlərinin bu ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. Bu layihə sübut edir ki, zaman keçsə də, zəhmətə verilən dəyər və xalqın yaddaşında yaşayan şəxsiyyətlər unudulmur. "Ərbabın iş yeri" gələcəkdə həm yerli sakinlər, həm də turistlər üçün Ordubadın ən mühüm mədəniyyət mərkəzlərindən birinə çevriləcək.

Müxbir- Nail Əsgərov

 

Xalqın “Ərbab”ı, Ordubadın ipək irsi: Rzaqulu Rzayevin yadigarı bərpa edilir  FOTO  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səbaildə obyektdə baş verən yanğın məhdudlaşdırılıb – YENİLƏNİB 2 VİDEO

Səbaildə obyektdə baş verən yanğın məhdudlaşdırılıb – YENİLƏNİB 2 VİDEO

“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub

“Meta” şirkəti uşaqların təhlükəsizliyinə dair iş üzrə yenidən cərimələnib

Fransada sosialistlər arasında narazılıq yaranıb, partiya rəhbərliyinin qarşısında şərt qoyulub

Mançesterdə elektrik kəsintisinə görə dəmir yolunda gecikmələr davam edir

Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib

“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib

Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsinin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

X.N.Fərhadovun Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Deputat: ABŞ-də paraflanan sülh sənədi Cənubi Qafqazda yeni geosiyasi mərhələnin əsasını qoyub

İ.Ş.Davudovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İ.Ş.Davudovun Azərbaycan Respublikasının Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

X.N.Fərhadovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.Z.Nağdəliyevin Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

A.A.Məhərrəmovun Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində

Azərbaycan coğrafi informasiya sistemləri sahəsində istehlakçı deyil, töhfə verən ölkə ola bilər – MÜSAHİBƏ

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mikayıl Cabbarov: “SOCAR karbamid” qabaqcıl texnologiyalar sayəsində uğurlu rəqəmsal transformasiya nümunəsi kimi qiymətləndirilir

Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır

“Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək

Azərbaycan Respublikası Media və Yayım Şurasının STRUKTURU

“Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 449-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova

ABŞ-də “Boeing” təyyarələrinin icbari yoxlaması aparılacaq

Meşə yanğınları Avropa ölkələrinə 19 milyard avrodan çox iqtisadi zərər vurub

Proqram mühəndisliyinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib

Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatıb

Dövlət Xidməti enerji sektorunda kibertəhlükəsizlik üzrə yüksəksəviyyəli simulyasiya təlimi keçirib

Dövlət Neft Fondu Perunun ən böyük elektrik enerjisi istehsalçısı olan şirkətə investisiya yatırıb

Ucarda 1 tondan çox çətənə kolu məhv edilib

Azərbaycanın gənc qolfçusu beynəlxalq turnirin qalibi olub

“Sinxua”: Orta Dəhlizin strateji əhəmiyyətinin artması Azərbaycanı nəqliyyat-logistika habına çevirir

Qeyri-peşəkar müdaxilələr avtomobillərdə yanğın təhlükəsi yaradır – Ekspert rəyi

Gənc alim və tədqiqatçılar üçün yay düşərgəsi təşkil olunacaq

ADSEA: Su təchizatı şəbəkələrində aparılan təmir işlərini yalnız yay mövsümü ilə əlaqələndirmək düzgün deyil

“Brent” nefti iyulun 13-dən bəri ilk dəfə 83 dollardan yuxarı ticarət edilir

Bu saata olan əsas xəbərlər

Vaşinqton görüşü: Azərbaycan sülh gündəliyini və regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən dövlətə çevrildi

BMU məzunu ABŞ-nin nüfuzlu universitetində təhsilini davam etdirəcək

Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub

Vidadi Rzayev: Qarabağ” son 3 oyunda qol vura bilməsə də, transferləri uğursuz hesab etmirəm

Naxçıvanın ümumtəhsil məktəblərinə 2255 kompüter verilib

ADPU-da 600 bal və yuxarı nəticə göstərən ilk 10 tələbəyə “Uğur” təqaüdü veriləcək

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayacaq

Ötən gün narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib

Magistratura təhsili əmək bazarında üstünlük yaradırmı?

Tərtərdə yanğın törədərək iki nəfəri öldürən və cinayəti gizlətməyə çalışan şəxs ifşa edilib

Dayazlaşan Dunay çayında Qədim Roma dövrünə aid körpünün qalıqları üzə çıxıb

Tovuzda pensiya və sosial müavinətlərə dair ictimai dinləmə olacaq

Penitensiar müəssisələrin kitabxana fondları zənginləşdirilib

Kətanda əbədiləşən Azərbaycan sevgisi

“Fitch Ratings” agentliyi İpoteka və Kredit Zəmanət Fondunun reytinqini yenidən “BBB-/stabil” səviyyəsində təsdiqləyib

Ankara Ceyhan limanını “Türkiyə Rotterdamına” çevirməyi planlaşdırır

Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Azərbaycan-Ukrayna münasibətləri: Strateji tərəfdaşlığın yeni vizyonu - TƏHLİL

Türk xalqlarının İslamaqədərki fəlsəfi irsi sistemli şəkildə araşdırılıb

Vaşinqton görüşündə Azərbaycanın irəli sürdüyü prinsipial mövqelər aktuallığını qorudu - ŞƏRH

RF Müdafiə Nazirliyi: Rusiya səmasında 200-dən çox dron məhv edilib

Qızılın qiyməti yanvardan bəri ən güclü həftəlik artım nümayiş etdirir

Nazirlik: “Əmək və Məşğulluq” altsistemində hazırda 65 mindən çox aktiv vakansiya var

Rəqəmsal arxeologiya üzrə təlimlər Ağstafa və Gədəbəydə davam edir

Birinci yarımildə "Mobil Notariat”ın üzərindən rəsmiləşdirilən notariat hərəkətlərinin sayı məlum olub

Avropada qaz anbarlarının doluluq nisbəti 2011-ci ildən bəri ən aşağı səviyyədədir

Alimlər: Qlobal istiləşmə düyü məhsuldarlığını azaldır

Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmə

Bakıda badminton üzrə beynəlxalq turnir keçiriləcək

Yarım ildə KOB evlərində biznes subyektlərinə 234 mindən çox xidmət təqdim olunub

Azərbaycan Avrasiyada mühüm nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib- ŞƏRH

İyulda Bakı metrosundan 16 milyondan çox sərnişin istifadə edib

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Kolleclərə qəbul üzrə ixtisas seçimi avqustun 9-dək davam edəcək

Naxçıvanda kanalda batma təhlükəsilə üzləşmiş şəxs xilas edilib

Azərbaycan nefti 93,37 dollara satılır VİDEO

Azərbaycan nefti 93,37 dollara satılır VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

21 yaşlı gənc “Yeni Xan qızı" kanalında batıb VİDEO

21 yaşlı gənc “Yeni Xan qızı" kanalında batıb VİDEO

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 2 dəfəyədək artıb

"Azəristiliktəchizat" ASC vətəndaşlara müraciət edib

Bu gün bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr olacaq

Tailandda məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Yekaterinburqa dron hücumu olub

Buenos-Ayresdə etiraz aksiyası toqquşma ilə nəticələnib

Paytaxtın bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Rumıniya hökuməti elektrik enerjisi istehlakını məhdudlaşdırmaq qərarına gəlib

Avropada istidən 25 mindən çox insan ölüb

Britaniya hökuməti “Paramount” ilə “Warner Bros. Discovery”nin birləşməsinə razılıq verib

Bütün ermənilərin katolikosu bu gün hakim qarşısına çıxacaq

ABŞ Kiber Komandanlığı şəxsi heyəti arasında intihar hadisələrini araşdırır

ÜST legioner xəstəliyinin yayılmasının səbəbini açıqlayıb

Amerikalı astronavtlar quraşdırma işlərindən sonra Beynəlxalq Kosmik Stansiyaya qayıdıblar

Husi silahlıları Səudiyyə Ərəbistanında mülki şəxslərə hücum ediblər

Almaniyanın Aİ ÜDM-dəki payı son 15 ilin ən aşağı səviyyəsinə düşüb

"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb VİDEO

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb VİDEO

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək