Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zaqatalanın zəngin cüdo irsi və Olimpiya çempionlarının yetişdiyi "uğurlu zal" - REPORTAJ VİDEO

Zaqatala, 5 iyun, AZƏRTAC

AZƏRTAC idmanın təbliğinə yönəlmiş "Bölgələrdə idman" layihəsi çərçivəsində növbəti reportajını təqdim edir. Bu dəfə agentliyimizin bölgə müxbiri zəngin cüdo ənənələri olan Zaqatala rayonuna yollanıb.

Zaqatalada idmana hər zaman böyük maraq olub. Bu rayonda futboldan sonra ən çox sevilən idman növünün cüdo olduğunu desək, yanılmarıq.

Gənclər və İdman Nazirliyinin Zaqatala Uşaq-Gənclər İdman Məktəbinin direktoru, Azərbaycan Cüdo Federasiyasının Cüdo Təlim Mərkəzinin rəhbəri, Əməkdar məşqçi Əfqan Rzayev bizi mərkəzin zalında qarşılayır. O bildirir ki, günün ikinci yarısından başlayaraq axşam saatlarına kimi bu zal idmançılarla dolub-daşır: "Bəzən vaxt məhdudiyyəti yarananda azyaşlıların təlim-tədrisini daha tez başlayırıq, yuxarı yaş qrupları üçün isə əlavə məşqlər təşkil edirik".

Əfqan müəllimlə söhbətimizdə cüdonun Zaqataladakı formalaşma tarixindən də söz açırıq. Məşqçi elə dayandığımız bu zalda 1983-cü ildən ilk məşqlərə başladığını qeyd edib. "Zaqatalada cüdo idman növünün təməli 1980-ci ildə qoyulub. Rayonumuz 1980-ci illərin əvvəllərindən yığma komandanın təlim-məşq bazası rolunu oynayıb. Sovetlər dövründə Zaqatalanın Car kəndi ərazisində “Turbaza” adlı turizm-istirahət mərkəzi fəaliyyət göstərirdi. Cüdo üzrə yığma komandanın üzvləri orada məskunlaşar, bu zalda və dağlıq ərazilərdə, bəzən isə açıq havada təlim-məşq toplanışları keçərdilər”, - deyə o bildirib.

Əməkdar məşqçi o illərdə Azərbaycan yığma komandasının üzvlərinin və məşqçilərinin böyük bir ailəni xatırlatdığını vurğulayır. Avropa və dünya birinciliklərində uğur qazanan bir çox idmançının məhz bu zalda yetişdiyini söyləyən Əfqan Rzayev əlavə edir: "Olimpiya çempionları Nazim Hüseynov, Elnur Məmmədli, eləcə də dünya çempionu Elxan Məmmədov məhz bu zalda məşq edərək beynəlxalq yarışlara yollanıb və yüksək nəticələr qazanıblar".

Mütəxəssisin yaddaşına həkk olunan xoş xatirələrdən biri də zaqatalalı idmançıların qazandığı uğurların əvvəlcə Bakıda, ardınca isə mütləq bu zalda daha təntənəli şəkildə qeyd olunmasıdır. Deyir ki, bu, həm də yeniyetmə və gənclərə böyük motivasiya olurdu.

Əməkdar məşqçi vaxtilə məhz bu zalda Azərbaycan çempionatlarının və dəfələrlə ölkə birinciliklərinin təşkil olunduğunu da vurğulayır. Bir sözlə, Zaqatala 10 ildən artıq bir müddətdə yığma komandanın bazası kimi fəaliyyət göstərib, bölgədə zəngin cüdo ənənələri və tarixi bir irs formalaşıb.

1980-ci ildən başlayan bu ənənələrin bu gün də uğurla davam etdiyini vurğulayan Əfqan müəllim mərkəzin hazırkı fəaliyyəti barədə məlumat verib: "Təkcə bu zalda 200-dən çox yeniyetmə və gənc davamlı olaraq məşqlərdə iştirak edir. Sevindirici haldır ki, idmançılarımız arasında respublika çempionatlarının, ölkə birinciliklərinin, beynəlxalq turnirlərin, həmçinin Avropa birinciliklərinin qalib və mükafatçıları az deyil".

Zaldan yetişən idmançılar sırasında Avropa Gənclər Olimpiya Festivalının qalibləri də var. Məktəbin yetirmələri olan Ramin Qurbanov, Gözəl Zutova, Kamilla Tooluyeva, Dilqəm Vəliyev, Oruc Əliyev və onlarla digər cüdoçunun adını qürurla çəkmək olar.

Əməkdar məşqçi hazırda yığma komandaların heyətində yer alan zaqatalalı idmançıların sayının da yetərincə olduğunu xatırladır. O, idmançıların əzmkarlığı sayəsində növbəti Avropa və dünya çempionatlarından, Qran-Pri yarışlarından, beynəlxalq turnirlərdən yeni qələbə soraqları gələcəyinə əmindir.

Zalda məşq edən və fasiləyə çıxan yeniyetmə idmançılarla da həmsöhbət oluruq. Onlardan biri – Zahidə Davudova rayonun ucqar Mamrux kəndindən gəlib. Bir neçə ildir cüdo ilə məşğul olan Zahidə məşqçisinin dediyinə görə, əzmkarlığı və mübarizliyi ilə seçilir. Yeniyetmə idmançı bizimlə söhbətində qarşıdakı yarışlara ciddi hazırlaşdığını və məşqçilərinin etimadını doğrultmağa çalışacağını bildirir.

Digər perspektivli idmançı isə Tofiq Cumayevdir. Altı yaşından cüdo ilə məşğul olan Tofiqin hazırda 12 yaşı var. Azyaşlılar arasında ölkə miqyaslı turnirlərin qalibi və respublika birinciliyinin gümüş mükafatçısı olan cüdoçu indi növbəti respublika çempionatına hazırlaşır.

Hazırda Zaqatala şəhərindəki Cüdo Təlim Mərkəzi ilə yanaşı, rayonun bir neçə kəndində də bölmələr fəaliyyət göstərir. Suvagil kəndində 3, Muxax kəndində 1, Zaqatala Olimpiya İdman Kompleksində isə daha 1 məşqçi-müəllim uşaqlara bu idman növünün sirlərini aşılayır.

Bundan əlavə, rayonda müstəqil cüdo klubları da fəaliyyətini uğurla davam etdirir. Mosul kəndində, Əliabad qəsəbəsində, həmçinin rayon mərkəzində fəaliyyət göstərən “Turan” cüdo klubları buna əyani sübutdur. Bu şəbəkə tarixi ənənələrin Zaqatalada daha səmərəli və geniş miqyasda təbliğinə imkan yaradır. Ən başlıcası isə yeniyetmə və gənclər asudə vaxtlarını səmərəli keçirir, zərərli vərdişlərdən uzaq olurlar. Bu, sağlam və vətənpərvər gəncliyin yetişməsi üçün böyük zəmindir.

Beləcə, Əməkdar məşqçi Əfqan Rzayevlə bu idman növünün tarixi və perspektivləri barədə xeyli söhbətləşdik. Artıq Cüdo Təlim Mərkəzinin müəllim və idmançı heyəti ilə sağollaşmaq vaxtıdır. Zaldan xoş təəssüratlarla və növbəti uğurlar zamanı görüşmək ümidi ilə ayrılırıq. İnanırıq ki, yaxın gələcəkdə keçiriləcək yerli və beynəlxalq turnirlərdən Zaqatala idmançıları yenə yüksək nəticələrlə dönəcəklər. Biz isə Azərbaycan cüdo tarixinə “uğurlu zal” kimi düşən bu mərkəzdən yeni qələbə reportajlarımızı oxucularımıza təqdim edəcəyik.

Müxbir - Rasim İslamoğlu

Zaqatalanın zəngin cüdo irsi və Olimpiya çempionlarının yetişdiyi "uğurlu zal" -  REPORTAJ  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

Cəbrayılda mina partlayıb, 1 nəfər xəsarət alıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb

Azərbaycan Kubokunda daha üç oyun keçirilib

Aygün Attar: Azərbaycan beynəlxalq münasibətlərdə təşəbbüskar aktor kimi mövqeyini gücləndirir

BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub

“AzerGold”un rəhbəri “Yüksəliş”in qalibi ilə fəaliyyətin səmərəli planlaşdırılmasına dair təcrübəsini bölüşüb

Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişlənir - ŞƏRH

Azərbaycan-Mərkəzi Asiya münasibətlərində keyfiyyətcə yeni mərhələ formalaşır - ŞƏRH

Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirib

Səyyar ASAN xidmət İsmayıllıda

Dövlət müəssisələrinin rəqəmsal monitorinqi” altsistemində 1113 müəssisə qeydiyyatdan keçib

MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər

Dövlət İdarəçilik Akademiyasında yeni dərslik təqdim edilib: “Davamlı inkişaf siyasəti”

Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib, 23 motoxuliqan saxlanılıb VİDEO

Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib, 23 motoxuliqan saxlanılıb VİDEO

Rumıniyalı səyyah: Şuşa qalasında olduq və bizə Qarabağın simvolu olan Xarıbülbül barədə məlumat verildi

Azərbaycanlı alim Özbəkistanda beynəlxalq konfransda məruzə edib

Fransada lisey şagirdinin şikayəti əsasında “qətlə cəhd” ittihamı üzrə araşdırma başlanıb

Ekspert: Bakının təşəbbüskar diplomatiyaya keçidi kifayət qədər ciddi strateji dəyişiklikdir

ABŞ-dən olan səyyah: Şuşa çox gözəl şəhərdir

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər

Orta Dəhlizin inkişafı Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrini genişləndirir - ŞƏRH

Ekspert: Azərbaycan və Mərkəzi Asiya arasında əməkdaşlıq vahid regional platformaya çevrilir

Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb

Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir

“Sabah”ın sabiq futbolçusu: Messidəki bacarıqları sonra heç bir oyunçuda görmədim

Dünəndən sabaha: Azərbaycan gəncliyinin tarixi missiyası

Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 149 icazə verilib

Tramp administrasiyası iş icazələri üçün əcnəbi tələbələrdən 70 min dollar almağı planlaşdırır

Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB VİDEO

Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB VİDEO

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində informasiya sistemlərinin fəaliyyətində yaranmış fasilələrin səbəbi açıqlanıb

Londondakı yeganə Azərbaycan restoranından REPORTAJ

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq

Kanadalı yazıçı Enn Karson ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü YENİLƏNİB

Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub

Şohin Talbakzoda: İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu mühüm platformaya çevrilib

Cənubi Koreya ilk hipersəs raketini uğurla sınaqdan keçirib

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

Mərkəzi Asiya ilə logistika əməkdaşlığının genişlənməsi Azərbaycanın Orta Dəhlizdə rolunu daha da gücləndirəcək - ŞƏRH

Dizayner Aynur Xəlilova “Filtrsiz” podkastının qonağı olub VİDEO

Dizayner Aynur Xəlilova “Filtrsiz” podkastının qonağı olub VİDEO

Bakıda itkin şəxslərin ekspertizası, molekulyar genetikası və DNT əsaslı identifikasiyası üzrə müzakirələr aparılıb VİDEO

Bakıda itkin şəxslərin ekspertizası, molekulyar genetikası və DNT əsaslı identifikasiyası üzrə müzakirələr aparılıb VİDEO

Müstəqil media adı altında dezinformasiya: təsadüf, yoxsa məqsədli qərəz?

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalının qonağı Canq Ci ilə MÜSAHİBƏ

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığında media əməkdaşlığının rolu vurğulanıb

GDU-da şəhid məzun Fərman Əsədlinin adına auditoriya yaradılıb

Media: Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində həyat normal axarına qayıdır

Müdafiə Nazirliyi: Türkiyə hərbi güc və vasitələrinin Səudiyyə Ərəbistanına göndərilməsi istiqamətində tədbirlər görüb

Milli Kitabxanada Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb

Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır

“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb

Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub VİDEO

Kolumbiya nümayəndəsi: İtkin düşmüş şəxslərin axtarışı etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər VİDEO

Kolumbiya nümayəndəsi: İtkin düşmüş şəxslərin axtarışı etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər VİDEO

“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb

“Azərbaycanda alman izləri - ortaq tarix” - Berlində təqdimat

Çindən Azərbaycana dəmir yolu ilə daşınan blok-qatarların sayı 40 faiz artıb

“Azərkosmos” Beynəlxalq Kosmik Hüquq İnstitutu ilə memorandum imzalayıb

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük VİDEO

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük VİDEO

Azərbaycanın Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı səylərin əlaqələndirilməsində mühüm rol oynayır

“Asos” milyonlarla müştərinin məlumatlarının oğurlandığını açıqlayıb

Avropa Parlamentində Gürcüstanla bağlı fikir ayrılığı yaranıb

Fatih Birol: İndiyədək strateji neft ehtiyatlarından 325 milyon barel bazara çıxarılıb

Qətərin şimalında neft tankeri vurulub, xəsarət alanlar var

Diyeqo Qayol: Meksika Azərbaycanla insan identifikasiyası sahəsində əməkdaşlığı məmnunluqla qarşılayar

Azərbaycan və Mərkəzi Asiya ölkələri regional təhlükəsizliyi təmin etmək əzmindədir