Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO
Bakı, 13 iyun, AZƏRTAC
Çövkən üzrə Azərbaycan milli komandası Bakıda keçirilən 2-ci dünya çempionatında final oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, yığma həlledici görüşdə Çili seçməsi ilə qarşılaşıb. Görüş komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da çövkən üzrə Azərbaycan yığması dünya çempionu olub.
Üçüncü yeri isə Nigeri 3:2 hesabı ilə üstələyən Uruqvay komandası tutub.
Müxbir - Cavid Əliyev
Fotoqraf - Tofiq Babayev