ABŞ səfirliyi ölkəsinin komandasının Türkiyə ilə oyununun birgə izlənilməsi üçün səhər yeməyi təşkil edib VİDEO
Bakı, 26 iyun, AZƏRTAC
ABŞ-nin Azərbaycandakı səfirliyi futbol üzrə dünya çempionatı çərçivəsində keçirilən ABŞ–Türkiyə oyununu birgə izlənilməsi münasibətilə səhər yeməyi təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbir iyunun 26-da Bakıda baş tutub.
Mərasimdə diplomatik korpus və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
D qrupunun III turunun matçında “ay-ulduzlular” 3:2 hesablı qələbəyə seviniblər.
Tədbirin məqsədi futbol azarkeşlərini bir araya gətirmək və dünya çempionatının həyəcanını birlikdə yaşamaqdır.
Müxbir - Cavid Əliyev