Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO
Bakı, 9 avqust, AZƏRTAC
Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, yarış Binə Atçılıq Mərkəzində təşkil olunub.
Son yarış günündə final görüşləri keçirilib. Böyüklər arasında qızların mübarizəsində Fatimə Hüseynli qızıl medal qazanıb, oğlanların yarışında isə Nurlan Rəhimli birinci olub.
U-15 kateqoriyasında Selcan Məmmədli və Məhəmməd İsmayılov qızıl medallara sahib çıxıblar.
U-18 kateqoriyasında Sümeyyə Bədəlli ilə Sərdar Vəliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, üç gün davam edən yarışda ümumilikdə 50-yə yaxın idmançı mübarizə aparıb.
Müxbir - Cavid Əliyev
Fotoqraf - Tofiq Babayev
Videoqraf - Ələkbər Baxşıyev