Tengiz Txilava: Azərbaycanın ŞƏT+ formatında iştirakı əldə etdiyi siyasi və iqtisadi uğurların nəticəsidir VİDEO
Tbilisi, 2 sentyabr, AZƏRTAC
Azərbaycanın ŞƏT-də "Dialoq üzrə tərəfdaş" statusuna malik olması rəsmi Bakının son illərdə əldə etdiyi siyasi və iqtisadi uğurların nəticəsidir. Bu statusun fonunda Azərbaycanın bu təşkilatla əməkdaşlığı bir qədər fərqli müstəvidə müəyyənləşir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında gürcü politoloq Tengiz Txilava söyləyib.
Onun sözlərinə görə, bu gün Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanla və Azərbaycanın əsas strateji müttəfiqi olan Gürcüstanla əməkdaşlıq məsələsini çox ciddi şəkildə nəzərdən keçirir.
“Bu, bizim üçün çox vacibdir. Ona görə də hesab edirəm ki, Prezident İlham Əliyevin bu tədbirdə iştirakı və yüksəksəviyyəli görüşləri bizim üçün, eləcə də region üçün çox böyük əhəmiyyət daşıyır”, - deyə T.Txilava bildirib.